Cəbhədən Xəbər 

MN: “Azad edilən ərazilərdə 140 km-dən artıq yeni təminat yolu çəkilib” – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərimizdə mühəndis işləri davam etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən yollar minalardan təmizlənir, abadlaşdırılır, döyüş mövqelərinin və səngərlərin möhkəmləndirilməsi işləri həyata keçirilir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizə yeni təminat yolları çəkilir. Azad edilmiş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində may ayının 1-dən 19-dək olan müddət ərzində…

Read More
Cəbhədən Xəbər 

Abdullah Ağar: Azərbaycan İkinci Qarabağ müharibəsində imkansızı bacardı

İkinci Qarabağ müharibəsi hər kəsin öhdəsindən gələ biləcəyi bir iş deyildi. Azərbaycan imkansızı bacardı. ARANTV.AZ xəbər verir ki, bunu Trend-in suallarını cavablayarkən Türkiyənin tanınmış hərbi-siyasi eksperti Abdullah Ağar deyib. Onun sözlərinə görə, Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstək, Azərbaycan xalqının, ordusunun mübarizə əzmi ilə müharibədə qalibiyyət əldə olundu. “Qələbə ilə yaranan yeni reallıq daha da inkişaf etdirilməlidir. Bunun üçün də bütün ünsürlərin – siyasi, hərbi, demoqrafik, texnoloji, mənəvi – hər biri birlikdə koordinasiyalı şəkildə istifadə edilməlidir və edilir. Digər bir tərəfdən isə Azərbaycan-Türkiyə münasibətləri güclənməlidir. Çünki Azərbaycan – Türkiyə əməkdaşlığı bir çox…

Read More
Cəbhədən Xəbər 

İki aydan çoxdur itkin düşən əsgərlərin axtarışı ilə bağlı rəsmi AÇIQLAMA

Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində itkin düşmüş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.   Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.   Bildirilib ki, hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, hərbi qulluqçuların tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazilərdə axtarış tədbirləri aparılır: “Dağlara yağan qar hələ də əriməyib. Bunlar isə axtarış tədbirlərini çətinləşdirir. Lakin buna baxmayaraq itkin düşən hərbçilərimizin axtarışı davam edir”.   Qeyd edək ki, martın 5-də Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən…

Read More
Cəbhədən Xəbər 

Kəlbəcərdə mövqelərimiz intensiv atəşə tutulub – RƏSMİ

Mayın 17-dən 18-ə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan istifadə edərək bölmələrimizi atəşə tutub. Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

12 mindən çox şəxsə niyə “Müharibə veteranı” adı verilmir? – Müdafiə Nazirliyi AÇIQLADI

“Vətəndaş Əsgərov Vüqar Əli oğlunun 09.03.2022-ci il tarixində “Müharibə veteranı” adının verilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciətinə cavab olaraq bildirilib ki, onun döyüş əməliyyatlarında iştirakını təsdiq edən sənədlərin tamamlanması üçün zəruri işlər görülür”. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, həmin vətəndaş 29.04.2022-ci il tarixində təkrar olaraq müraciət edib: “Nazirlikdən V.Əsgərova zəruri sənədlərin hazır olması barədə məlumat verilib. Əlavə olaraq izah olunub ki, ondan başqa 12000-dən artıq Vətən müharibəsi iştirakçısının arayış-məlumatları tam hazırlanıb yekunlaşdıqdan sonra baxılması və qərar verilməsi üçün müvafiq komissiyaya göndəriləcək. Bildiririk ki, Vətən müharibəsində iştirak etmiş 76000 nəfərə…

Read More
Cəbhədən Xəbər 

PUA bölmələrimiz şərti kəşfiyyat əməliyyatlarını yerinə yetirdi – VİDEO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq pilotsuz uçuş aparatları (PUA) ilə təlim-məşq uçuşları icra edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi qulluqçuların əvvəlcə nəzəri və praktiki bilikləri, eləcə də simulyasiya trenajorlarında pilotsuz uçuş aparatlarının (PUA) idarə edilməsi üzrə bacarıqları yoxlanılıb. Təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri müxtəlif hündürlüklərdə ərazi kəşfi apararaq şərti düşmənin yerüstü hədəflərinin koordinatlarının təyin edilməsi və əldə edilən məlumatların idarəetmə məntəqələrinə ötürülməsi üzrə tapşırıqları yerinə yetiriblər. Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən təlimlərin…

Read More
Cəbhədən Xəbər 

Azad olunan ərazilərdə daha 242 mina aşkarlanıb – FOTO

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, mayın 9-dan 14-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 183, tank əleyhinə 59 mina və 493 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 399 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.  

Read More
Cəbhədən Xəbər 

Quru Qoşunlarının təlimindən görüntülər – VİDEO

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının “N” hərbi hissəsində atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmaları yerinə yetirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, çalışmalara cəlb olunan heyətə təhlükəsizlik qaydaları və atışın şərtləri çatdırılıb. Atışdan əvvəl atəş hazırlığı üzrə normativlər yerinə yetirilib. Hərbi qulluqçular əvvəlcədən hazırlanmış mövqedən hədəfə yerindən atəş açmaq üzrə tapşırıqları uğurla icra ediblər. Təlim prosesi Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla həyata keçirilib.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyindən Seyfəlidəki partlayışlarla bağlı əhaliyə XƏBƏRDARLIQ

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Döyüş sursatlarının utilizasiya prosesi 17.05.2022-ci il tarixdən 21.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək”, – nazirlikdən qeyd olunub.

Read More
Cəbhədən Xəbər 

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib – FOTO/VİDEO

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinə ehtiram olaraq Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə anım mərasimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, vətən müharibəsi şəhidləri Əkbər Mustafayev, Mirsədi Bağırlı, Şövqü İsmayılzadə, Baxış Rəhimli, Behbud Behbudlu və Elməddin Yusifovun xatirələrinə həsr olunan mərasimlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları, döyüş yoldaşları iştirak ediblər. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının…

Read More