Cəbhədən Xəbər 

Hərbi qulluqçularımız “Anatolian Phoenix-2022” beynəlxalq təlimində iştirak edəcək

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları “Anatolian Phoenix-2022” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak etmək üçün Türkiyə Respublikasının Konya şəhərinə gediblər. Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib. Mayın 16-dan 27-dək davam edəcək təlimə Azərbaycan HHQ-nin aviasiya vasitələri də cəlb olunub.

Read More
Cəbhədən Xəbər 

Hərbi qulluqçuların psixoloji sahədə maarifləndirilməsi üçün məşğələlər keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqları tərəfindən hərbi hissələrdə metodiki məşğələlər keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Tədbirlər çərçivəsində gənc əsgərlərlə psixoloji iş fəaliyyətini həyata keçirən zabit psixoloqlarla metodiki məşğələlər keçirilib, gənc əsgərlərin hərbi xidmət şəraitinə uyğunlaşmasına köməklik göstərilməsi və hərbi qulluqçuların psixoloji dayanıqlığının yüksəldilməsi məqsədilə onlarla maarifləndirici söhbətlər aparılıb. Sonda zabit psixoloqları maraqlandıran suallar cavablandırılıb, lazımi tövsiyələr verilib.

Read More
Cəbhədən Xəbər 

Nazirlik əməkdaşı minaya düşdü – VİDEO

Bu gün Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi kapitan Süleyman Vaqif oğlu Heydərov piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, təcili olaraq həkim nəzarətinə götürülən yaralıya bütün lazımi tibbi yardım göstərilir.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşüb – FOTO

Mayın 12-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkədə səfərdə olan Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Nazir qonaqları salamlayaraq dövlət başçılarının qardaşlıq və dostluq münasibətlərinin hər iki ölkə arasında əməkdaşlığa böyük töhfə verdiyini xüsusi vurğulayıb. Z.Həsənov ölkələrimiz arasında digər istiqamətlərdə olduğu kimi hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində də əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. Nazir bu münasibətlərin regionda sülhün, təhlükəsizliyin və əmin-amanlığın möhkəmlənməsinə xidmət etdiyini deyib. Səmimi qəbula görə təşəkkürünü bildirən cənab S.Hacımüftüoğlu qarşılıqlı…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Qazaxıstanın birgə hərbi təlimlər keçirməsi müzakirə olundu – FOTO

Mayın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Baş Kəşfiyyat Departamentinin rəisi general-leytenant Serik İztleuovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qonaqları salamlayan müdafiə naziri dövlətlərimiz arasında əlaqələrin möhkəm tarixi bazaya və mehriban qardaşlıq münasibətlərinə əsaslandığını bildirib. General-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilən ərazilərdə görülən işlərlə bağlı nümayəndə heyətinə ətraflı məlumat verib. Müdafiə naziri, həmçinin Vətən müharibəsində əldə edilən…

Read More
Cəbhədən Xəbər 

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub – RƏSMİ

Mayın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Xankəndidə ATIŞMA: Erməni general-mayor saxlanıldı

Ermənistanda general-mayor Samvel Karapetyan (Oqanovski) Xankəndidə baş verən atışma işi ilə bağlı saxlanılıb. Atışma mayın 10-da saat 19:10 radələrində baş verib. Bir mülki şəxsin də saxlanıldığı bildirilir. Qeyd olunur ki, faktla bağlı “silah və ya silah qismində istifadə edilən əşyalarla xuliqanlıq” və “qanunsuz olaraq silah əldə etmə, saxlama və daşıma” bəndləri ilə cinayət işi başlanıb. İlkin araşdırma aparılır. Mənbə: Sputnik Ermənistan

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib – FOTO/VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına uyğun olaraq, mayın 10-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səslədirilməsi ilə başlayıb. Gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər. Sonra Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandanlığı gənc əsgərləri Hərbi andı qəbul etmələri münasibətilə təbrik edib, xidmətlərində nizam-intizamlı, vicdanlı və cəsarətli olmağı, həvalə edilmiş silah və texnikanı dərindən öyrənməyi, Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar. Yekunda şəxsi heyətin təntənəli marşla…

Read More
Cəbhədən Xəbər 

Azad edilmiş ərazilərdə ötən həftə tapılan minaların sayı AÇIQLANDI – FOTO

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı mayın 2-dən 7-dək aşkarlanan minaların sayını açıqlayıb. Agentlikdən verilən məlumata görə, Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 97, tank əleyhinə 35 mina və 86 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 344 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.  

Read More