Modern ordu quruculuğunun yeni mərhələsi
Azərbaycan ümumi daxili məhsulda hərbi xərclərin ən çox olduğu ölkələrin siyahısında 5-ci yerdədir Pandemiya təhlükəsinin ortaya çıxdığı 2020-ci ildə bir çox şirkətlərin maliyyə itkisi ilə üzləşməsinə baxmayaraq iri hərbi sənaye müəssisələrinin gəlirinin artdığı müşahidə olundu. Hazırda da hərbi məqsədlər üçün dünya ölkələrinin ayırdığı maliyyə vəsaitinin həcmi qlobal miqyasda artmaqda davam edir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) son hesabatına görə, 2021-ci ildə dünyada hərbi xərclər ilk dəfə olaraq 2 trilyon dollarlıq həddi üstələyib. İnstitutun məlumatına görə, 2021-ci ildə dünyada ümumi hərbi xərclər 0,7 faiz artaraq, 2 trilyon 113 milyard dollar…
Read More