Cəbhədən Xəbər 

Xocalıda tapılmış meyit qalıqlarının azərbaycanlılara aid olduğu sübut edilib – RƏSMİ + VİDEO

Məlum olduğu kimi, cari ilin mart ayının sonunda Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində qazıntı zamanı bir neçə insana aid naməlum meyit qalıqları aşkar edilib. Mütəxəssislər tərəfindən aparılan ekspertizalar nəticəsində Fərrux yüksəkliyində tapılmış məzarların üzərində hər hansı qəbirüstü abidə və ya tanınma lövhəsinin olmadığı, həmçinin bu qalıqların antropoloji xüsusiyyətlərinə görə Azərbaycan türklərinin daxil olduğu avropoid irqinin Kaspi yarımtipinə aid olması müəyyənləşdirilib. Bununla bağlı Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Bildirilib ki, eyni zamanda, erməni tərəfinin iddiasının ziddinə olaraq meyitlər xristian ənənəsi ilə, xüsusən…

Read More
Cəbhədən Xəbər 

Türkiyə Azərbaycandakı komandolara təlim keçib – FOTO

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlığı ölkəmizdəki quru qoşunların komandolarına təlim keçib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Türkiyənin Azərbaycandakı Xüsusi Komandanlığının koordinasiyası ilə davam edən “Komandonun əsasları kursları” ilə “Dözümlülük təlimləri” çərçivəsində Azərbaycanın beş briqadasında “Uzun məsafəli müqavimət yürüşü” icra edilib. Qeyd edək ki, keçirilən təlimin əsas məqsədi Azərbaycan Ordusunun Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.  

Read More
Cəbhədən Xəbər 

Qarabağ qaziləri ilə görüş KEÇİRİLDİ – FOTO

Mədəniyyət naziri Anar Kərimov Qarabağ müharibəsi qaziləri ilə görüşüb. ARANTV.AZ xəbər verir ki, görüş nazirliyin “Səhnədən səngərə: Qazilər” layihəsi çərçivəsində baş tutub. A.Kərimov çıxışına qazilərə təşəkkür etməklə başlayıb: “Müharibədə və ondan sonra Azərbaycan Prezidentinin, xalqının böyüklüyünün şahidi olduğumuza görə qürur duyuram. Bu qəhrəmanlığı, yumruq kimi birləşməni mütləq əbədiləşdirməliyik. Həmçinin bunun gələcək nəsillərə ötürülməsi çox vacibdir. Biz öz köklərimizə bağlı xalqıq. Qələbəmizə səbəblərdən biri də bizim köklərimizə sadiqliyimizdir”. Nazir vurğulayıb ki, mədəniyyət sahəsindən olan qazilər Vətən müharibəsi dövründə iki cəbhədə vuruşublar: “Onlar həm düşmənə qarşı döyüşlərdə, həm də mədəniyyət cəbhəsində qəhrəmandırlar.…

Read More
Cəbhədən Xəbər 

MN dövlət hesabına mənzil almaq istəyən hərbçilərə müraciət edib

Müdafiə Nazirliyi dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunmaq istəyən ehtiyatda olan (zabit, gizir, “miçman” və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçulara müraciət edib. ARANTV.AZ  nazirliyin saytına istinadən xəbər verir ki, müraciətdə deyilir: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq xidmət müddətində məhkumluğu aşkar edilmiş ehtiyatda olan (zabit, gizir, “miçman” və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Türkiyənin hərbçiləri məşqlər keçirir – VİDEO

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin Mühəndis Qoşunlarının hərbi qulluqçularının iştirakı ilə silahlanmada olan müasir texnika və avadanlıqların tətbiqi ilə mühəndis təminatı üzrə taktiki-xüsusi məşqlər keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, keçirilən dərslərin mövzusuna əsasən istehkamçılar minaaxtaranların taktiki-texniki xüsusiyyətlərini öyrənir, onlardan istifadə qaydaları barədə nəzəri biliklərini artırırlar. Xüsusi hazırlanmış mühəndis şəhərciyində istehkamçılar ərazinin kəşfi, minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi mövzusunda fəaliyyətləri praktiki olaraq icra edib.  

Read More
Cəbhədən Xəbər 

“Tərtər işi” ilə bağlı axtarışda olan gizir – YENİLƏNİB + FOTO

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq “Tərtər işi” ilə bağlı bir nəfər barəsində axtarış elan edilməsi haqda məlumat yayıb. “Qafqazinfo”nun məlumatına görə, qanunsuz həbs edilən hərbçilərə işgəncə verməkdə təqsirləndirilən Əzizov Polad Seyfəddin oğlunun daha əvvəl saxlanıldığı, sonradan buraxıldığı məlum olub. Belə ki, 1982-ci il təvəllüdlü gizir Polad Əzizov 2015-ci ilin oktyabrında Xüsusi Təyinatlı Qüvvələrdən və Ordu sıralarından tərxis olunub. Lakin o, 2016-cı ilin aprelində yenidən ordu sıralarına bərpa edilib və həmin ilin dekabrında Tərtər əlahiddə kəşfiyyat taborunda xüsusi təyinatlı bölükdə xidmətə başlayıb. 2017-ci ilin mayında isə Polad Əzizov Tərtərdə aşkara çıxarılan…

Read More
Cəbhədən Xəbər 

Kəlbəcərdə 20 nəfəri daşıyan avtobusun yolunun üzərində mina aşkarlandı

Aprelin 16-da Kəlbəcər rayonun Günəşli kəndinin bir qrup sakini doğma yurdlarına ziyarət zamanı sıx yaşayış evləri olan kənd daxilindəki yolun üzərində tank əleyhinə mina tapılıb. ARANTV.AZ xəbər verir ki, mina Müdafiə Nazirliyinin minaaxtaran hərbiçilərinin peşəkarlığı və sayıqlığı nəticəsində aşkar olunub. Ziyarətdə Kəlbəcər sakinlərindən, dövlət qurumlarının nümayəndələrindən və İTV-nin çəkiliş qrupundan ibarət ümumilikdə 20 nəfər iştirak edirmiş. Heyəti daşıyan avtobus yolunun üzərindəki tank əleyhinə minanı qəhrəman minaaxtaran əsgər Mərdalı Fərhad oğlu Aşurov aşkarlayıb. İlkin araşdırmalarla müəyyən edilib ki, tank əleyhinə mina bura 2020-ci il noyabrın 10-dan 25-dək olan müddətdə – Kəlbəcərin…

Read More
Cəbhədən Xəbər 

Azad olunan ərazilərdə daha 125 mina aşkarlanıb – FOTO

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, aprelin 11-dən 16-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 59, tank əleyhinə 66 mina və 297 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 445.8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.  

Read More
Cəbhədən Xəbər 

Ağdamda yol çəkən texnika minaya düşüb – FOTO

Ağdamda yol inşaatında işləyən tikinti texnikası minaya düşüb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağdamın işğaldan azad edilmiş hissəsində baş verib. Belə ki, Ağdam-Füzuli yolunun inşasında çalışan yol inşaatı texnikası Yusifcanlı kəndi ərazisində tank əleyhinə minaya düşüb. Texnikanı idarə edən Fərzəliyev Alim xəsarət almayıb. Baş Prokurorluğun mətbuat xidmətindən faktı APA -ya təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.  

Read More
Cəbhədən Xəbər 

MN-dən XƏBƏRDARLIQ: “Seyfəli poliqonunda utilizasiya həyətə keçiriləcək”

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, döyüş sursatlarının utilizasiya prosesi 18.04.2022-ci il tarixdən 23.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Read More