Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimi keçirilib – FOTO/VİDEO
Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın ruhlarına ehtiram məqsədilə anım mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Birinci Qarabağ müharibəsi şəhidləri Emin Musayev, Adil Əliyev və Əli Həsənovun xatirəsinə həsr olunan mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Mərasimdə çıxış edənlər şəhidlərimizin şərəfli ömür və döyüş yolundan, ərazi bötüvlüyümüz uğrunda gedən…
Read More