Cəbhədən Xəbər 

Erməni müxalifətinin ehtirasları: Fərarilər son döyüşə gedirlər… – VİDEO

Azərbaycan öz qətiyyətli addımları və aydın siyasi mövqeyi ilə 44 günlük müharibədə bütün erməni ictimaiyyətinə Qarabağın onun ayrılmaz tərkib hissəsi olduğunu göstərib. Bu barədə “Caliber”in “Youtube” kanalında yayımlanan növbəti təhlildə qeyd olunub. Layihə müəllifləri müharibə dövründə hərbi əməliyyatlardan yayınmaq üçün əlindən gələni etmiş şəxslərin bu gün İrəvan küçələrindəki növbəti “Miatsum” tamaşasından bəhs edib. Həmçinin erməni müxalifətinin fəallığının arxasında dayanan əsas səbəblərdən birinin Brüssel görüşü zamanı Ermənistan hökumətinin ötürdüyü pozitiv siqnallar olduğuna diqqət çəkilib.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Türkiyə ordusunun kəşfiyyat rəisi ilə görüşdü – FOTO

Aprelin 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Rafet Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Qonaqları salamlayan müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatların davam etdirildiyini qeyd edib. R.Dalkıran qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyini xüsusi qeyd edib. Görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri, eləcə də maraq doğuran digər məsələlər ətrafında fikir…

Read More
Cəbhədən Xəbər 

Azərbaycanda bir həftədə 200-dən çox mina aşkarlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, aprelin 4-dən 9-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 106, tank əleyhinə 141 mina və 156 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 237 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.  

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusu Ağdərə yüksəklikləri istiqamətində irəliləyib VİDEO

Ermənistan rəhbərliyi özünün regiondakı mənasız mövcudluğunu nümayiş etdirmək cəhdlərinə əl ataraq, müxtəlif provokasiyalar həyata keçirərək hazırda bütün dünyanın diqqətinin Ukraynada olduğu bir vaxta hamıya şikayətlənmək xəttini tutub. Bu barədə “Caliber”in “Youtube” kanalında yayımlanan növbəti materialda qeyd olunub. “ATƏT-in Minsk qrupunun faktiki olaraq yoxa çıxması isə Ermənistan hakimiyyətində təmsil olunanların sinir sistemlərini daha da sıradan çıxarıb” – müəllif qeyd edir. Video süjetdə qeyd olunub ki, bütün bu hadisələrin fonunda bir qrup silahlı erməni separatçının Azərbaycan ərazisində öz mövcudluğunu qoruyub saxlamaq istəməsi və ara-sıra təxribatlara əl atması isə artıq heç nəyi dəyişməyəcək.…

Read More
Cəbhədən Xəbər 

1997-ci ildəki əməliyyatda sağ qalan yeganə kəşfiyyatçımız…

1997-ci ilin aprelində düşmən arxasına keçərək, vacib döyüş tapşırığını yerinə yetirərkən aşkarlanan, əsir düşməmək üçün özlərini partladan yeddi qəhrəman kəşfiyyatçıya və qrupun sağ qalan yeganə üzvünə həsr olunmuş veriliş yayımlanıb. ARANTV.AZ xəbər verir ki, AZTV-də “Jurnalist araşdırması” verilişində şəhidlərin ailələri Xocavənd rayonuna yollanıblar. Aqil Mürsəl oğlu Əhmədov həmin əməliyyatda sağ qalan təık kəşfiyyatçıdır. Sözügedən verilişi təqdim edirik:

Read More
Cəbhədən Xəbər 

MN: Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib. “Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 11.04.2022-ci il tarixdən 16.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək”.

Read More
Cəbhədən Xəbər 

Hərbi polisin yaranmasının 30-cu ildönümü qeyd edilir – VİDEO

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi polisinin yaranmasının 30-cu ildönümü qeyd olunur. Müdafiə Nazirliyindən bildirilib ki, fəaliyyətə başladığı gündən çətin və şərəfli yol keçən bu qurum 1992-ci ildə müdafiə nazirinin əmri ilə yaradılıb. Yaradılmasında əsas məqsəd dövlətin və xalqın mənafeyinin müdafiəsində, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında iştirak etməkdən ibarət olan hərbi polis qarşıya qoyulan tapşırıqları istənilən şəraitdə yerinə yetirməyə qadirdir. Ruh yüksəkliyi sarsılmaz olan hərbi polisin şəxsi heyəti həmişə mənəvi-psixoloji hazırlıq baxımından əzmkarlıq nümayiş etdirib. Hərbi polis naryadları ölkənin paytaxt və digər şəhərlərində, həmçinin hərbi qarnizonların yerləşdiyi yaşayış məntəqələrində…

Read More
Cəbhədən Xəbər 

Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub – RƏSMİ

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 6-sı axşam saatlarında dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Kəlbəcərdə tapşırıqlar verdi – FOTO/VİDEO

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunlarının Ümumqoşun Təlim Mərkəzində yeni inşa edilmiş inzibati binada yaradılan şərait, həmçinin təlim sahəsində görülən işlərlə tanış olub. Məruzə olunub ki, müxtəlif qoşun növləri bölmələrinin təyinatı nəzərə alınmaqla real döyüş şəraitinə uyğunlaşdırılan mərkəzdə təlimlərə cəlb ediləcək hərbi qulluqçuların döyüş hazırlığının və…

Read More