Cəbhədən Xəbər 

Ermənistan ordusu Tovuz istiqamətində mövqelərimizi atəşə tutub

Aprelin 3-ü saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Ordumuzun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Müdafiə Nazirliyi partlayışlarla bağlı məlumat yaydı

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi  04.04.2022-ci il tarixdən 09.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Read More
Cəbhədən Xəbər 

“Caliber”: “Aprel döyüşləri və ya sonuncu imtahan” – VİDEO

Azərbaycan ordusunun zəfər tarixinə qızıl hərflərlə yazılan şanlı Aprel döyüşlərinin üzərindən altı keçir. “Caliber”in növbəti təhlili də məhz Azərbaycan ordusunun sözügedən döyüşlərdəki parlaq zəfərinə həsr olunub. Qeyd olunub ki, Aprel döyüşləri 2020-ci ilin payızında Azərbaycan ordusunun qazandığı tarixi qələbəyə və otuz il ərzində işğal altında olan doğma torpaqlarımızın azad edilməsinə gətirib çıxaran hadisələr zəncirində mühüm halqalardan birini kəsb edib. Ətraflı “Caliber”in videosunda:  

Read More
Cəbhədən Xəbər 

Hərbi ekspert: “Aprel döyüşləri Vətən müharibəsinin mesajı idi”

“Aprel döyüşləri Azərbaycanın hərb tarixində artıq özünəməxsus yer tutub. Mən deyərdim ki, işğal dövründən sonra birinci dəfə idi ki, işğalçıların atəşkəsi pozması və təxribatına Azərbaycan belə formada cavab verirdi. Talış istiqamətində olan yüksəkliklər və Lələtəpədən Azərbaycanın yaşayış məntəqələri mütəmadi olaraq iriçaplı silahlardan və hətta artilleriya və minaatanlardan atəşə tutulurdu. Belə olduğu halda Azərbaycan Ordusu tapşırıq, əmr aldı ki, həmin istiqamətlərdə dinc sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə təhlükə yaradan mənbələr ələ keçirilsin, düşmən oradan geri atılsın”. Bunu “Report”a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib. “Bu tapşırığı Azərbaycan qısa müddətdə yerinə yetirdi.…

Read More
Cəbhədən Xəbər 

Neftçala sakini: “Qardaşım 30 il əvvəl Fərruxda itkin düşüb” – FOTO

Neftçala rayon sakini Əsgərov Bəxtiyar Ağabala oğlu 30 il əvvəl Xocalı rayonunun Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşüb. “Report”un Aran bürosu xəbər verir ki, o, 1973-cü il iyunun 19-da Neftçala rayonunun Mirqurbanlı kəndində doğulub. Səkkizinci sinfi kənd məktəbində bitirən B.Əsgərov daha sonra rayonda peşə məktəbində oxuyub. O, peşə məktəbində sürücü-traktorçu ixtisasına yiyələnib. İtkin düşmüş şəxsin qardaşı Murad Əsgərov bildirib ki, B.Əsgərov 1992-ci ilin sentyabrın 19-da Xocalının Fərrux yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdə iştirak edib: “Qardaşım 1991-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Bir il Udmurtiya Respublikasında hərbi xidmətdə oldu. Sonra doğma…

Read More
Cəbhədən Xəbər 

Azad Kəlbəcərin artıq qeyd olunmayan işğal günü

Bu gün – 2 aprel tarixi Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı günüdür. ARANTV.AZ-ın məlumatına görə, 28 ildən sonra Kəlbəcərin işğal gününü məğlub dövlət kimi qeyd etmirik. Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində 53 340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal…

Read More
Cəbhədən Xəbər 

Qələbənin ilk müjdəçisi: Aprel döyüşləri – VİDEO

Altı il əvvəl Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar başladı. Hərb tarixinə “Aprel döyüşləri” kimi düşən bu savaşın nəticələri dərin hərbi və siyasi məzmuna malik idi. Məhz Aprel döyüşləri Vətən müharibəsində ərazilərimizin azad edilməsi ilə nəticələnən parlaq qələbənin müjdəçisi oldu. Ermənilərin Azərbaycanın işğal olunan ərazilərində qurulan və alınmaz qala iddia edilən müdafiə sisteminə ilk dəfə məhz Aprel döyüşlərində sarsıdıcı zərbə vuruldu. Əbəs yerə deyil ki, Aprel döyüşlərinin nəticələrinin hərbi-siyasi əhəmiyyəti Qarabağ münaqişəsinin həlli baxımdan böyük əhəmiyyətə malikdir. Bununla da düşmənin illərdir yaratdığı “erməni əsgərinin məğlubedilməzliyi” mifi darmadağın oldu. Aprel döyüşləri münaqişə bölgəsindəki…

Read More
Cəbhədən Xəbər 

“Bayraktar”lar yenə havada: Azərbaycan Ordusu Naxçıvanda təlim keçir – VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən, komanda-qərargah təlimi keçirilir. Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən verilən məlumata görə, komanda-qərargah təliminin ssenarisinə uyğun olaraq, müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən Naxçıvan Qarnizonu Qoşunlarının birləşmə və hissələri “Həyəcan” siqnalı ilə qaldırılıb. Təlimdə komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbul edib aktiv radioelektron mübarizə şəraitində yuxarı qərargaha məruzə etməsinə, tabelikdə olanlara çatdırmasına, döyüşün təşkili üzrə bacarıq və vərdişlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib. Çətin keçiləbilən dağlıq ərazilərdə aşkar edilən şərti düşmənin terror qruplaşmaları xüsusi həmlə qruplarımız tərəfindən dronların və pilotsuz…

Read More
Cəbhədən Xəbər 

Milli Qəhrəman Şükür Həmidovun doğum günü münasibətilə anım tədbiri keçirilib

Aprelin 1-də İkinci Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsinin şəhidi polkovnik Şükür Həmidovun doğum günü münasibətilə anım tədbiri keçirilib. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə Nazirliyinin bir qrup zabiti, Qubadlı rayon İcra Hakimiyyətinin və Qubadlı rayon Mədəniyyət Evinin əməkdaşları, Vətən müharibəsinin iştirakçıları, ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları onun məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar. Anım mərasimində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad…

Read More