Müdafiə Nazirliyində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə anım tədbirləri keçirilib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələrində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Anım mərasimlərində əvvəlcə soyqırımı qurbanlarının, eləcə də ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirələri bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Azad olunmuş Xocalı rayonunun Fərrux kəndində və respublikamızın digər bölgələrində keçirilən tədbirlərdə çıxış edənlər ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə hər il…
Read More