Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun artilleriya bölmələrində atəş tapşırıqları icra olundu – VİDEO

Quru Qoşunlarının artilleriya bölmələrində atəş tapşırıqları icra olunub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə artilleriya bölmələri yerdəyişmə icra etdikdən sonra təyin olunan yerlərdə atəş mövqelərini tutublar. Təlimdə artilleriya qurğularının döyüşə və səfər vəziyyətinə gətirilməsi, müxtəlif qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə məşq etdirilib. Komandir heyətinin çevik qərarqəbuletmə qabiliyyəti, eləcə də hərbi qulluqçuların bilik və bacarıqları təkmilləşdirilib. Bölmələr şərti düşmən hədəflərini sərrast atəşlə məhv edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Read More
Cəbhədən Xəbər 

Dövlətə xəyanət maddəsi ilə DTX-nin həbs etdiyi Aydın Zəkiyev erməni kəşfiyyatına necə kömək edib? – VİDEO

“Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları Vətən müharibəsi dövründə Azərbaycan ərazisindəki azsaylı xalqların nümayəndələri ilə sosial şəbəkələr üzərindən azərbaycanlı ad-soyadları, qadın ad-soyadları vasitəsilə, milli hissləri ilə oynayaraq əlaqələr qururdular. Və sonradan onlar üçüncü dövlət ərazisinə çıxarılaraq əməkdaşlığa cəlb olunurdular. Bəzi hallarda iradəsi zəif insanlar, sosial mənada özünü həyatda tapa bilməyənlər, ermənilərin ideyalarını qəbul etmiş şəxslər, təəssüf ki, Ermənistan xüsusi xidmət orqanlarının təbliğatının qurbanına çevrilmişlər”. ARANTV.AZ-ın məlumatına əsasən, bu barədə İTV-də yayımlanan “Görünməyən qəhrəmanlar – DTX” sənədli filmində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşı bildirib. Onun sözlərinə görə, DTX-nin bu sahədə həyata keçirdiyi tədbirlər…

Read More
Cəbhədən Xəbər 

Xüsusi təyinatlıların təlimində qəzalar baş verdiyi halda meyitin geri göndərilməsi proseduru müəyyənləşir

“Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təlimində qəzalar, insidentlər baş verdiyi halda, meyitin geri göndərilməsi qaydası müəyyənləşir. ARANTV.AZ xəbər verir ki, bu, “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsində əksini tapıb. Sənəddə qeyd edilib ki, ev sahibi ölkə (ESÖ) yaralanma və ya ölüm halında göndərən ölkəni (GÖ) məlumatlandırır. Ölüm halında ESÖ GÖ-nün qaydalarına riayət edilməsini təmin etmək üçün cəsədlə bağlı prosedurların aparılmasından və ya yarılmadan əvvəl GÖ ilə koordinasiya edir. GÖ-nün təmsilçisi (mümkünsə həkim) yarılma zamanı iştiraketmə və yekun yarılma raportunun bir nüsxəsini əldəetmə səlahiyyətinə malikdir Bundan əlavə, cənazə yarılmanın başa çatmasından sonra daşınması üçün…

Read More
Cəbhədən Xəbər 

Hərbçilərimiz şərti hava hədəflərini məhv etdilər – VİDEO

Hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, praktiki atışlar zamanı heyətlər tərəfindən şərti düşmənin hava hədəfləri aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib. Şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının növbəti təlimi keçiriləcək

Azərbaycan, Türkiyə və Gürcüstan arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumu təsdiq ediləcək. ARANTV.AZ  xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənovdan TAPŞIRIQ: “Müasir silahların tətbiqinə hər an hazır olun”

Martın 28-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər müşavirəyə videobağlantı vasitəsilə qoşulublar. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb. Müdafiə naziri Ali Baş Komandanın Azərbaycan ordusunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığına yüksək qiymət…

Read More
Cəbhədən Xəbər 

MN: “Azərbaycan Ordusunun Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib”

Azərbaycan Respublikası Müdafiə Nazirliyi təəssüflə bildirir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 27 mart tarixli açıqlamasında əks olunan məqamlar həqiqətə uyğun deyildir. Bu barədə MN-in açıqlamasında bildirilib. Qeyd edilib ki, Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib. Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir. Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da həqiqətə uyğun deyil və Azərbaycan hərbçiləri arasında yaralanma…

Read More
Cəbhədən Xəbər 

Ədalət Verdiyev: Qarabağda gərginliyin səbəbkarı…

“Bu gün Qarabağda baş verən gərginliyin əsas səbəbkarı Ermənistanla bərabər, həm də Rusiyanın sülhməramlı kontingentidir. Əgər 16 ay əvvəl imzalanan Üçtərəfli Bəyanatın şərtləri Ermənistan tərəfindən vaxtında yerinə yetirilsəydi və Rusiya tərəfi də bu proseslərin yerinə yetirilməsinə nəzarətini tam həcmdə icra etsəydi, bu gün biz Qarabağ ərazisində nə erməni silahlıları görərdik, nə də erməni silahlılarının təxribatı ilə qarşılaşardıq”. ARANTV.AZ xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, görünən odur ki, Rusiya sülhməramlılarının Qarabağda apardıqları ikibaşlı oyunlar artıq sona çatmaqdadır: “Hazırda ordumuz son yerdəyişmə proseslərini davam etdirir.…

Read More
Cəbhədən Xəbər 

MN: “Rusiya Müdafiə Nazirliyinin açıqlaması Üçtərəfli Bəyanata ziddir”

Martın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə telefon danışığı zamanı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca yaranmış vəziyyət müzakirə edilmişdir. Söhbət zamanı Azərbaycan tərəfi bəyan etmişdir ki, məntəqələrdə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Lakin buna baxmayaraq martın 26-sı səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib. Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan 2020-ci il…

Read More