Cəbhədən Xəbər 

Ədalət Verdiyev: Qarabağda gərginliyin səbəbkarı…

“Bu gün Qarabağda baş verən gərginliyin əsas səbəbkarı Ermənistanla bərabər, həm də Rusiyanın sülhməramlı kontingentidir. Əgər 16 ay əvvəl imzalanan Üçtərəfli Bəyanatın şərtləri Ermənistan tərəfindən vaxtında yerinə yetirilsəydi və Rusiya tərəfi də bu proseslərin yerinə yetirilməsinə nəzarətini tam həcmdə icra etsəydi, bu gün biz Qarabağ ərazisində nə erməni silahlıları görərdik, nə də erməni silahlılarının təxribatı ilə qarşılaşardıq”. ARANTV.AZ xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, görünən odur ki, Rusiya sülhməramlılarının Qarabağda apardıqları ikibaşlı oyunlar artıq sona çatmaqdadır: “Hazırda ordumuz son yerdəyişmə proseslərini davam etdirir.…

Read More
Cəbhədən Xəbər 

MN: “Rusiya Müdafiə Nazirliyinin açıqlaması Üçtərəfli Bəyanata ziddir”

Martın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə telefon danışığı zamanı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca yaranmış vəziyyət müzakirə edilmişdir. Söhbət zamanı Azərbaycan tərəfi bəyan etmişdir ki, məntəqələrdə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Lakin buna baxmayaraq martın 26-sı səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib. Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan 2020-ci il…

Read More
Cəbhədən Xəbər 

Nüfuzlu nəşrlər Azərbaycanın döyüş təcrübəsindən yazırlar – VİDEO

Azərbaycanın 44 günlük Vətən müharibəsində müasir hərbi texnikalardan düzgün istifadə edərək parlaq qələbə qazanması dünya gündəmindən düşmür. Reallıq ondan ibarətdir ki, 21-ci əsr müharibəsi necə olmalıdır sualına cavab axtaranlar məhz 2-ci Qarabağ döyüşlərini təhlil etməli olurlar. ARANTV.AZ xəbər verir ki, ABŞ-ın nüfuzlu “The Waşinqton Post” qəzeti və ”The Atlantic” jurnalında Azərbaycanın 44 günlük müharibədəki taktikası dünya hərb tarixində inqilab kimi təqdim edilir. Məqalələrdə vurğulanıb ki, II Dünya müharibəsi tankların, Azərbaycanın parlaq qələbə qazandığı 44 günlük Vətən müharibəsi isə dronların effektiv tətbiqi ilə yadda qaldı. ”The Atlantic” jurnalında qeyd edilib ki, pilotsuz…

Read More
Cəbhədən Xəbər 

Xankəndidə şivən qoparan Araikin başına toplaya bildiyi “izdiham” – VİDEO

Azərbaycan ordusunun bölgədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi işlərini aparması Qarabağdakı erməniləri qorxuya salıb. Hətta ötən gecə Xankəndidə yaşayan ermənilər etiraz aksiyasına belə toplaşıblar. Etirazçıların qarşısına separatçı quldurların başçısı Araik Arutyunyan çıxıb və “hərarətli” nitqlə çıxış edib. Hərçənd Araiki dinləyənlərin sayı o qədər də çox olmayıb. Separatçı A.Arutyunyan təkcə 50-60 nəfərlik bir qrup qarşısında danışa bilib. Sözügedən kadrlar isə həm Qarabağdakı ermənilərin sayı barədə şişirdilmiş rəqəmlərin həqiqəti əks etdirmədiyini, həm də separatçıların pafoslu çıxışlarına artıq məhəl qoyulmadığını göstərib. Eyni zamanda kadrlardan bəlli olur ki, ermənilərin süni şəkildə bölgədə yaratmağa çalışdıqları…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi: “Qeyri-qanuni erməni silahlıları geri çəkilməyə məcbur ediliblər”

Martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstəriblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur ediliblər. Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib. Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Read More
Cəbhədən Xəbər 

Qarabağdakı erməni təxribatının detalları: Xüsusi təyinatlılarımız diversiya qrupunun dərsini verdilər – FOTO

Martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin Azərbaycan Ordusunun bölmələrinə qarşı törətməyə çalışdıqları təxribatın detalları bəlli olub. Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb. Qeyd olunub ki, yeddi nəfərlik erməni diversiya qrupu Azərbaycan Ordusunun mövqelərinə soxulmağa cəhd göstərib. Diversiya qrupunun qarşısı Azərbaycan xüsusi təyinatlıları tərəfindən alınıb. Daşbaşı yüksəkliyində qeydə alınmış hadisə zamanı diversiya dəstəsinin iki döyüşçüsü məhv edilib, daha ikisi yaralanıb. Sağ qalan ermənilər yaralılarla birlikdə ərazidən qaçıblar. Erməni diversiya qrupunun təxribat cəhdi zamanı Azərbaycan Ordusunun sıralarında itki olmayıb.  

Read More
Cəbhədən Xəbər 

Azərbaycan zabitindən hərbi-siyasi dərs – VİDEO

Sosial şəbəkələrdə Azərbaycan Ordusunun zabitinin rusiyalı sülhməramlılarla dialoqunu əks etdirən görüntülər yayılıb. Belə ki, həmin görüntülərdə Silahlı Qüvvələrin zabitinin sülhməramlılara Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış bəyanatın müddəalarını izah etdiyi görünür. Həmin görüntüləri təqdim edirik:

Read More
Cəbhədən Xəbər 

Şoyqu Zakir Həsənovla Qarabağdakı vəziyyəti müzakirə edib

Rusiya müdafiə naziri Sergey Şoyqu azərbaycanlı həmkarı Zakir Həsənovla telefonla danışıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, nazirlər Qarabağdakı son vəziyyəti müzakirə ediblər. “Müdafiə qurumlarının rəhbərləri Qarabağda vəziyyətin sabitləşdirilməsi və Qafqazda təhlükəsizliyin dəstəklənməsi yollarını müzakirə ediblər. Tərəflər həmçinin humanitar şəraitdə sülhməramlı əməliyyatın gedişatı barədə fikir mübadiləsi aparıblar”, – məlumatda deyilir.

Read More
Cəbhədən Xəbər 

Vətən müharibəsində iştirak etmiş hərbçilər təltif olunublar – FOTO/VİDEO

Əlahiddə Ümumqoşun Orduda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamları ilə təltif edilmiş Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, medalların təqdim edilməsi mərasimində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vətən müharibəsi iştirakçıları ilə görüşən Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Ordu quruculuğu siyasətindən və 44 günlük müharibə ilə qazanılan Zəfərdən danışıb. General-polkovnik Kərəm…

Read More