Cəbhədən Xəbər 

Şoyqu Zakir Həsənovla Qarabağdakı vəziyyəti müzakirə edib

Rusiya müdafiə naziri Sergey Şoyqu azərbaycanlı həmkarı Zakir Həsənovla telefonla danışıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, nazirlər Qarabağdakı son vəziyyəti müzakirə ediblər. “Müdafiə qurumlarının rəhbərləri Qarabağda vəziyyətin sabitləşdirilməsi və Qafqazda təhlükəsizliyin dəstəklənməsi yollarını müzakirə ediblər. Tərəflər həmçinin humanitar şəraitdə sülhməramlı əməliyyatın gedişatı barədə fikir mübadiləsi aparıblar”, – məlumatda deyilir.

Read More
Cəbhədən Xəbər 

Vətən müharibəsində iştirak etmiş hərbçilər təltif olunublar – FOTO/VİDEO

Əlahiddə Ümumqoşun Orduda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamları ilə təltif edilmiş Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, medalların təqdim edilməsi mərasimində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vətən müharibəsi iştirakçıları ilə görüşən Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Ordu quruculuğu siyasətindən və 44 günlük müharibə ilə qazanılan Zəfərdən danışıb. General-polkovnik Kərəm…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi: “Ermənilərin informasiya təxribatı davam edir”

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qurumdan bildirilib ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir.

Read More
Cəbhədən Xəbər 

Əlahiddə Ümumqoşun Orduya sovqat verilib

Naxçıvan Muxtar Respublikasında xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması ordumuzun gücünü daha da artırır. Xalq-ordu birliyini özündə əks etdirən amillərdən biri də əlamətdar günlərdə hərbi hissələrə sovqat aparmaq, əsgərlərimizə mənəvi dəstək olmaqdır. Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, bu ənənənin davamı olaraq Novruz bayramında Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsinə 25 ton 920 kiloqram alma təqdim edilib. Bayram münasibətilə hərbi hissələrə sovqatların verilməsi şəxsi heyət tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb.

Read More
Cəbhədən Xəbər 

MN: Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində toqquşma olmayıb

Erməni mənbələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca guya vəziyyətin gərginləşdiyi barədə verilən xəbərlər həqiqəti əks etdirmir. Azərbaycan Müdafiə Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma və ya insident baş verməyib. Erməni mənbələri tərəfindən süni şəkildə vəziyyət şişirdilir. Məqsəd qəsdən isterikaya səbəb ola biləcək abu-hava yaratmaq, ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltməkdən ibarətdir. Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur. Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir.

Read More
Cəbhədən Xəbər 

Laçında itkin düşən hərbçilərin axtarışı davam edir

Laçında itkin düşən hərbi qulluqçuların axtarışı davam edir. ARANTV.AZ  xəbər verir ki,  Müdafiə Nazirliyindən bildirilib ki, martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir. Yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq hərbi qulluqçularımızın tapılması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Pakistanın Quru Qoşunları komandanı ilə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı general Qamar Caved Bacva ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə Azərbaycan ilə Pakistan arasında ikitərəfli əlaqələrin, o cümlədən hərbi əməkdaşlıq və strateji tərəfdaşlığın yüksələn xətlə inkişafından danışılıb. Həmçinin Azərbaycan, Pakistan və Türkiyənin iştirakı ilə ikitərəfli, eləcə də üçtərəfli birgə hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Sonda hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak etdilər – FOTO

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistan Günü münasibətilə keçirilən hərbi paradı izləyib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, paradda fəxri qonaq qismində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib. Müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.  

Read More
Cəbhədən Xəbər 

Müdafiə naziri Pakistan Ordu Muzeyini ziyarət edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan Ordu Muzeyini ziyarət edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qonaqlara muzeydə nümayiş etdirilən eksponatlar haqqında ətraflı məlumat verilib. Müdafiə naziri general-polkovnik Z.Həsənov Ordu Muzeyinin fəxri qonaqlar kitabına xatirə sözlərini yazıb.

Read More