Cəbhədən Xəbər 

Əsgərliklə bağlı 4 vacib dəyişiklik – TAM SİYAHI

Azərbaycanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur. 4 vacib dəyişikliyi təqdim edirik: 1. Həqiqi hərbixidmətkeçmədə son yaş həddi aşağı endirilir. Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi 35-dən 30-a endirilir. 2. Azərbaycanda dinc dövrdə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilməsi halları müəyyən edilir. Dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər: – fəlsəfə doktoru və…

Read More
Cəbhədən Xəbər 

Hərbi xidmətdən azad edilənlər öz arzuları ilə hərbi xidmətə çağırıla bilərlər

Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilən vətəndaşlar öz arzuları ilə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırıla bilərlər. Musavat.com-un xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər: – fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar; – sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan-NATO hərbi əməkdaşlığı müzakirə edildi

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda səfərdə olan NATO Müdafiə Kollecinin komandanı general-leytenant Maks Nielse ilə görüşüb, Azərbaycan-NATO hərbi əməkdaşlığı müzakirə edilib. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Baş Qərargah rəisi Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar, Ordumuzun Vətən müharibəsində qazandığı qələbə və sonrakı dövrdə keçirilmiş hərbi əməliyyatlarda əldə olunan döyüş təcrübəsinin qoşunların hazırlığında tətbiqindən danışıb. General-polkovnik K.Vəliyev Azərbaycanın NATO ilə müxtəlif proqramlar çərçivəsində həyata keçirdiyi əməkdaşlığı yüksək qiymətləndirərək əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Göstərilən qonaqpərvərliyə görə…

Read More
Cəbhədən Xəbər 

Azərbaycanda əsgərliyin son yaş həddi endirilir

Hərbi xidmətə çağırış müddətinin yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir.   Bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.   Qüvvədə olan qanuna əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. Dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları olacaq.   Beləliklə, çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan…

Read More
Cəbhədən Xəbər 

Onlar əsgərliyə göndərilir, 4 günü 1 gün hesablanır

Milli Məclisdə “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişikliklər müzakirə olunub. Qanun layihəsinə əsasən, hərbi təhsil müəssisələrindən müvəffəqiyyətsizliyə, intizamsızlığa görə xaric edilən kursantlar hərbi hissələrə göndərilərək, müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqlar. Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov bildirib. O iddia edib ki, Milli Məclisdə xeyli mütəxəssis peşəkar olmadığı, ordunu bilmədiyi üçün plenar iclasa natamam sənəd çıxarıb: “Qanun layihəsinə görə, Ali Hərbi Məktəbdə oxuyan uşaq intizamsızlığa görə əsgərliyə göndərilməlidir və onun dörd günü bir gün sayılmalıdır. Sonra isə onu korpus komandirinə təqdim…

Read More
Cəbhədən Xəbər 

Ankarada səfərdə olan Azərbaycan nümayəndə heyəti Atatürkün xatirəsini ehtiramla yad edib

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev dekabrın 12-də Ankaraya səfəri çərçivəsində Türkiyə Respublikasının banisi və ilk Prezidenti Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edib. ARANTV.AZ  xəbər verir ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisinin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri dahi dövlət xadiminin xatirəsini ehtiramla yad ediblər. Elçin Quliyev məqbərənin fəxri qonaqlar kitabında ürək sözlərini yazıb, “Anıtkabir” muzeyini ziyarət edib.

Read More
Cəbhədən Xəbər 

Ulu Öndərin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib – VİDEO

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar dekabrın 12-də Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində, Əlahiddə Ümumqoşun Ordu, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib. ARANTV.AZ xəbər verir ki,  hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslar keçirilib, Ulu Öndərin adını daşıyan muzeylərə ekskursiyalar təşkil olunub, həmçinin dahi şəxsiyyət Heydər Əliyevin şərəfli həyat və fəaliyyətindən bəhs edən sənədli filmlər nümayiş etdirilib. Şəxsi heyət və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirlərdə Ulu Öndərin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən…

Read More
Cəbhədən Xəbər 

Yaşar Gülər DSX rəisi Elçin Quliyevi qəbul edib – FOTO

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevi qəbul edib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Türkiyə MN-in “X” hesabında paylaşım edilib. Qeyd edilib ki, Yaşar Gülər nazirliyə gələn general-polkovnik Elçin Quliyevi qarşılayaraq qardaş ölkənin komandanı ilə görüş keçirib.

Read More
Cəbhədən Xəbər 

Hərbi Hava Qüvvələrində voleybol üzrə birincilik keçirilib

Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrində (HHQ) hərbi qulluqçular arasında voleybol birinciliyi keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, birinciliyin açılış və bağlanış mərasimlərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Çıxış edənlər qalib komandaları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, hərbi qulluqçuların fiziki hazırlığının yüksək səviyyədə saxlanılmasında bu cür idman yarışlarının əhəmiyyətini xüsusi vurğulayıblar. Bildirilib ki, HHQ-nin müxtəlif hərbi hissələrini təmsil edən komandalar birincilikdə inamla mübarizə aparıblar.…

Read More