Cəbhədən Xəbər 

Qarabağdakı Rusiya sülhməramlılarının komandanı dəyişdiriləcək

Azərbaycanın Qarabağ ərazisində müvəqqəti xidmət aparan Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin olunub. Belə ki, sülhməramlıların komandanı planlı rotasiyaya uyğun şəkildə dəyişdiriləcək. Hazırda təhvil-təslim işlərinin getdiyi bildirilir. Sözügedən vəzifədə general-leytenant Gennadi Anaşkini general-mayor Andrey Volkovun əvəzləyəcəyi qeyd olunur. Andrey Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin mayına qədər sülhməramlı kontingentə rəhbərlik edən general-leytenant Rüstəm Muradovun müavini olub. O, hazırda Rusiya Müdafiə Nazirliyinin Cənub hərbi dairəsinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəridir. Mənbə: RİA Novosti

Read More
Cəbhədən Xəbər 

Azərbaycan ordusunda birləşmənin komanda-qərargah təlimi keçirilib – VİDEO

Döyüş hazırlığı planına əsasən, Azərbaycan ordusunda birləşmənin ərazidə komanda-qərargah təlimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təlim-döyüş siqnalı ilə qaldırılan bölmələr təyin olunmuş rayonlarda cəmləşərək ərazidə idarəetmə orqanlarının açılması ilə döyüşə hazırolma vəziyyətinə gətirilib. Təlimin keçirilməsində əsas məqsəd hərbi hissənin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı qərargahın fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirmək, eləcə də komandirlərin döyüşdə bölmələri idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaqdır. Təlimdə şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra edib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusu regionun ən qüdrətli silahlı qüvvəsidir

2021-ci ildə işğaldan azad olan ərazilərdə müasir hərbi infrastruktur yaradılıb Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra ordu quruculuğu prosesini daha da sürətləndirib. Belə ki, 2021-ci ildə ordumuzun döyüş imkanlarının artırılması istiqamətində islahatlar davam etdirilib. Xüsusilə hərbi quruculuq, bütün qoşun növlərinin ən müasir texnika və silah-sursatla təchizatı və hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması üçün  bu sahəyə ayrılan xərclər artırılıb. Müharibədən sonra imzalanmış yeni müqavilələr əsasında Azərbaycan Silahlı Qüvvələrinə ən müasir hərbi texnikalar, silahlar verilib. Ölkəmiz  2021-ci ildə yalnız yeni silah və texnikaların alınması ilə kifayətlənməyib. Həmçinin ötən il…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi Qırmızı Bazar istiqamətindəki son vəziyyəti AÇIQLADI

“Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları məlumat yalandır”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb: “Azərbaycan Ordusu mülki əhalini və obyektləri atəşə tutmayıb. Hazırda bu istiqamətdə sakitlikdir. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur”.

Read More
Cəbhədən Xəbər 

İTV-nin çəkiliş qrupu postda duran erməni hərbçilərini susdurdu – VİDEO

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) əməkdaşları Azərbaycan və Ermənistan hərbçilərinin üz-üzə dayandıqları nöqtədə olublar. İTV-nin operatoru erməni hərbçilərinin dayandığı mövqeləri lentə alarkən qarşı tərəf buna etiraz etməyə cəhd göstərib. Öz növbəsində azərbaycanlı jurnalist qarşı tərəfə izah edir ki, sərhədlər delimitasiya və demarkasiya edilmədiyindən onlara heç bir qadağa və xəbərdarlıq edilə bilməz. Qeyd edək ki, çəkiliş barədə daha ətraflı məlumat yanvarın 11-də saat 22:30 İTV-nin “Radius” verilişində efirə gedəcək.

Read More
Cəbhədən Xəbər 

Azərbaycanda komandoların təlim-məşqlərindən görüntülər – VİDEO

Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində 2022-ci tədris ilinin ilk təlim-məşqləri keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, plana uyğun olaraq kəşfiyyat məlumatı əsasında şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyən edilib. Şəxsi heyət mümkün təxribatların qarşısını almaq məqsədilə daimi dislokasiya məntəqəsini tərk edərək əməliyyat rayonu istiqamətində irəliləyib. Komandolar tərəfindən şərti düşmənin təxribat-diversiya qrupunun mühasirəyə alınaraq zərərsizləşdirilməsi və tapşırıqların icrası zamanı saxlanılan şəxslərlə bağlı beynəlxalq humanitar hüquq norma və prinsipləri çərçivəsində tədbirlərin görülməsi üzrə fəaliyyətlər icra olunub. Şəxsi heyətin çətin iqlim…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov: “Terrorla mübarizədə daim Türkiyə Silahlı Qüvvələrinin yanındayıq”

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb. Başsağlığı mətnində deyilir: “Şanlıurfanın Akçakale bölgəsində xaincəsinə edilmiş terror hücumu nəticəsində, şanlı türk ordusunun 3 hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Terrora qarşı aparılan kəskin mübarizədə daim qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik. Şəhid olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah…

Read More
Cəbhədən Xəbər 

“Ermənistan Respublikasına xidmət edirəm” və ya revanşistlərin son ümidi – VİDEO

“Caliber” layihəsinin “Youtube” hesabında növbəti buraxılışı təqdim olunub. “Ermənistan Respublikasına xidmət edirəm” və ya revanşistlərin son ümidi” adlı videoda Ermənistanın mina terroruna diqqət yetirilib. Videoda Qaregin Njde kimi faşistlərin davamçılarının yeni “qəhrəmanı” olan minaları “Ermənistan Respublikasına xidmət edirəm” sözləri ilə təqdim etməsindən bəhs olunur. Videoda layihə müəllifləri həmçinin Laçının Minkənd kəndindəki məzarlıqda ermənilərin mina terroruna diqqət yetiriblər. Ermənilər bu ərazilərə dinc həyatın qayıdacağı zaman məhz mülki əhalinin öldürülməsi üçün bu cür iyrənc yollara baş vurublar. Ətraflı videoda:

Read More
Cəbhədən Xəbər 

Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunmasına dair tədbirlər planı hazırlandı

“Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsinə dair Müdafiə Nazirliyinin 2022-ci tədris ili üçün tədbirlər planı hazırlanıb. Bu barədə Müdafiə Nazirliyi məlumat paylaşıb. Bildirilib ki, bu istiqamətdə keçiriləcək tədbirlər çərçivəsində mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz irsin müdafiə edilməsi və digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılacaq. Hərbi qulluqçuların müharibə dövründə mədəni mülkiyyətin mühafizəsi məsələləri ilə bağlı maarifləndirilməsi işləri həyata keçiriləcək. Bundan başqa hərbçilərimiz işğaldan azad edilən ərazilərdə dağıdılmış mədəni abidələrin vəziyyəti ilə bağlı beynəlxalq təşkilatların diqqətinə çatdırılması istiqamətində…

Read More
Cəbhədən Xəbər 

Ermənilər Kəlbəcərdəki mövqelərimizi atəşə tutdu – VİDEO

Yanvarın 8-də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Read More