İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub – VİDEO
Yanvarın 22-də Müdafiə Nazirliyinin təşkilatçılığı ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 115 illiyinə həsr olunmuş tədbir keçirilib. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun, ictimaiyyət nümayəndələrinin və generalın ailə üzvlərinin iştirak etdiyi mərasimdə əvvəlcə fəxri qarovulun müşayiəti ilə məzarüstü abidə önünə Müdafiə Nazirliyi və Aslanovlar ailəsi adından əklillər qoyulub, güllər düzülüb. Ümummilli Lideri Heydər Əliyevin və xalqımızın igid oğlunun timsalında Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib. Tədbirdə…
Read More