Cəbhədən Xəbər 

Azərbaycan Ordusu “Bayraktar”ları havaya qaldırıb təlim keçdi – VİDEO

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş hazırlığı planına uyğun olaraq “Bayraktar” pilotsuz uçuş aparatları (PUA) ilə təlim-məşq uçuşları icra edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, döyüş atışlı təlim-məşq uçuşlarında digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilərək dəqiq zərbələrlə məhv olunub. Aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilib. Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən məşqlərdə PUA operatorları tapşırıqları uğurla yerinə yetiriblər.

Read More
Cəbhədən Xəbər 

Minaya düşən ANAMA əməkdaşı Bəhruz Nəsirov danışdı – VİDEO

ANAMA-nın əməkdaşı Bəhruz Nəsirov 20 ilə yaxındır ki, minatəmizləmə işi ilə məşğuldur. Amma bu qədər peşəkar olmasına baxmayaraq, o da ermənilərin basdırdığı sürpriz minanın zərərçəkənlərindəndir. Bəhruzun azyaşlı oğlu Tapdıq Nəsirov deyir ki, o da atasından bütün təlimatları alıb, təhsil aldığı orta məktəbdə şagirdlər arasında təbliğ edir. Bəhruz Nəsirov söhbət zamanı qeyd edib ki, minatəmizləmə əməliyyatı aparılarkən beynəlxalq minatəmizləmə standartlarına əsasən, yaxınlıqda mülki şəxs varsa, o zaman bütün əməliyyatlar dayandırılır, təhlükəsizlik qaydalarına riayət olunur: “Bəzi insanlar hələ də yanlış fikirdədir. Onlar düşünürlər ki, mina üzərinə ayaq basdılarsa və üzərində dayanıblarsa, mina…

Read More
Cəbhədən Xəbər 

Qəzada həlak olan hərbçilər II Şəhidlər xiyabanında dəfn olunublar YENİLƏNİB

“Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olanlar dəfn edilib. Qəza nəticəsində şəhid olan hərbçilər II Şəhidlər xiyabanında torpağa tapşırılıb. *** Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində həlak olanların II Şəhidlər xiyabanında dəfn mərasimi keçirilir. ARANTV.AZ xəbər verir ki, mərasimdə həlak olanların ailə üzvləri, yaxınları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə…

Read More
Cəbhədən Xəbər 

Onların hər biri vətənimizin başını uca etdilər

Silahdaşlarımızı itirdik. Onların hər biri şəhidlik zirvəsinə ucalaraq vətənimizin başını uca etdilər. ARANTV.AZ  xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev ötən gün baş vermiş helikopter qəzasında şəhid olanlarla keçirilən vida mərasimi zamanı deyib. “Vətən sağ olsun. Şəhidlərimizin yaxınlarına DSX-nin bütün şəxsi heyəti adından başsağlığı verirəm. Əmin ola bilərsiniz ki, onların vətənə göstərdiyi xidmətlər yaşadılaraq, gələcək nəsillərə ötürüləcək”, – deyə DSX rəisi bildirib.

Read More
Cəbhədən Xəbər 

Bu şəhidlər Vətən müharibəsində də qəhrəmanlıq göstəriblər

“Şəhidlərimizin əziz xatirəsi onları tanıyanların qəlbindən silinməyəcək”. ARANTV.AZ  xəbər verir ki, bunu DSX rəisinin müavini, general-leytenat İlham Mehdiyev Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə vida mərasimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün vida mərasimi keçirilən şəhidlərimiz Vətən müharibəsində də qəhrəmanlıq göstəriblər: “Onlar üzərlərinə düşən işin öhdəsindən layiqincə gəliblər”.

Read More
Cəbhədən Xəbər 

Laçın rayonuna media-tur təşkil edilib

Müdafiə Nazirliyi Laçın rayonunun işğaldan azad olunmasının birinci ildönümü ilə bağlı media-tur təşkil edib. Nazirliyin mətbuat xidmətindən “İki sahil”ə bildiriblər ki, kütləvi informasiya vasitələrinin nümayəndələri Laçın rayonu ərazisində dislokasiya olunan hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitləri ilə tanış olublar. Hərbçilərimizin gündəlik fəaliyyəti, azad olunan ərazilərdə aparılan xidmətin məsuliyyəti, həmçinin Vətən müharibəsində göstərilən qəhrəmanlıq nümunələrini ictimaiyyətə çatdırmaq məqsədilə hərbi qulluqçulardan müsahibələr alınıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində yaradılan şəraitdən məmnunluq ifadə edən hərbi qulluqçular burada rahat xidmət apardıqlarını bildiriblər.…

Read More
Cəbhədən Xəbər 

Əlahiddə Ümumqoşun Orduda döyüş atışlı taktiki təlimlər keçirilib – VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun artilleriya, reaktiv, minaatan və tankəleyhinə batareyaları ilə döyüş atışlı taktiki təlimlər keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, artilleriya bölmələri “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqələrindən təyinat rayonlarına hərəkət edərkən verilən müdaxiləyə əsasən hərəkətdən birbaşa döyüş düzülüşünə açılaraq döyüş tətbiqinə hazırlanıb. Döyüş şəraitinə tam yaxınlaşdırılmış şərtlərlə keçirilən taktiki təlimlərdə bölmələrin uzlaşmasına və səhra vərdişlərinin yüksəldilməsinə, taktiki və atəşlə manevrinə geniş yer verilib. “Düşmənin qəfil hücumunun dəf edilməsi və müdafiənin əlverişli hədlər üzrə bərpası zamanı artilleriya bölmələrinin…

Read More
Cəbhədən Xəbər 

Səngəçaldan qalxan helikopter “Qaraheybət” təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb

Bu gün Dövlət Sərhəd Xidmətinin helikopteri təlim məqsədi ilə Səngəçal aerodromundan qalxaraq “Qaraheybət” təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb. ARANTV.AZ  xəbər verir ki,  bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-pol­kovnik Elçin Quliyev deyib. General qəza nəticəsində həlak olanların ailələrinə başsağlığı verib. Elçin Quliyev hadisə nəticəsində yaralanan şəxslərin Dövlət Sərhəd Xidmətinin hospitalında müalicə olunduqlarını deyib.

Read More
Cəbhədən Xəbər 

Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirilib

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun artilleriya, reaktiv, minaatan və tankəleyhinə batareyaları ilə döyüş atışlı taktiki təlimlər keçirilib. Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, artilleriya bölmələri həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən təyinat rayonlarına hərəkət edərkən verilən müdaxiləyə əsasən hərəkətdən birbaşa döyüş düzülüşünə açılaraq döyüş tətbiqinə hazırlanıb. Döyüş şəraitinə tam yaxınlaşdırılmış şərtlərlə keçirilən taktiki təlimlərdə bölmələrin uzlaşmasına və səhra vərdişlərinin yüksəldilməsinə, taktiki və atəşlə manevrinə geniş yer verilib. “Düşmənin qəfil hücumunun dəf edilməsi və müdafiənin əlverişli hədlər üzrə bərpası zamanı artilleriya bölmələrinin…

Read More
Cəbhədən Xəbər 

Minaya düşmə hadisələrinin çoxu azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı baş verib

Statistik təhlil göstərir ki, minaya düşmə hadisələrinin 51 %-i azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı, 26 %-i təmizlənmiş ərazidən kənara çıxma hallarında baş verib. Azərbaycan Minatəmizləmə Agentliyindən verilən məlumata görə, ərazilər azad edildikdən sonra mülki şəxslər arasında 73 nəfər minaya düşmə hadisələrinin qurbanı olub, onlardan 49 nəfəri yaralanıb, 24 nəfəri isə ölüb. Son günlər minaya düşmə hadisələrinin artmasını nəzərə alaraq, əhalini mina və partlamamış sursatlarla kritik həddə çirklənmiş azad edilmiş ərazilərə qanunsuz səfərlərdən çəkindirməyə çağıran, intensivliklə və böyük zəhmət hesabına aparılan ərazilərin təmizlənməsi prosesinin başa çatmasını təmkinlə gözləməyə dəvət edən materialların…

Read More