Cəbhədən Xəbər 

Minaatan və artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirildi – VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan ordusunda minaatan və artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlimlər keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hərbi hissələrin çöl çıxışları dövründə keçirilən döyüş atışlı taktiki təlimlərdə bölmələrin komanda müşahidə məntəqəsinin açılması və atəş mövqeyini tutması tapşırıqları icra olunub. Vətən müharibəsində əldə edilən təcrübələr nəzərə alınaraq keçirilən döyüş atışlı taktiki təlimlərdə əsas məqsəd atəş vasitələrindən düzgün istifadə etməklə tapşırıqların vaxtında və dəqiq icra edilməsi üçün şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də komandir heyətinin bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsidir. Minaatan və…

Read More
Cəbhədən Xəbər 

Qubadlı əməliyyatının detalları məlum oldu – VİDEO

Baku TV işğaldan azad olunmuş Qubadlı rayonundan reportaj hazırlayıb. Qubadlı istiqamətində döyüşlərdə iştirak edən hərbçilər əməliyyatların detallarından danışıb. “Cəbrayıldan Qubadlıya qədər dağları, dərələri piyada gəlmişik”, – deyə çavuş Samir Ağayev bildirib. Qeyd olunub ki, döyüşlərin çətinliyinə, düşmənin bütün hiylələrinə baxmayaraq, onları geri çəkilməyə məcbur ediblər.

Read More
Cəbhədən Xəbər 

Nəşi iki aydan sonra tapılan şəhid cüdoçu Pərvin Məmmədovun anım günüdür – FOTO

Bu gün Vətən müharibəsi şəhidi Məmmədov Pərvin Natiq oğlunun anım günüdür. ARANTV.AZ-ın xəbərinə görə, 4 oktyabr 2002-ci ildə Xaçmaz rayonunun Şıxlar kəndində doğulmuş Pərvin hərbi xidmətdən əvvəl idmanın cüdo növü ilə məşğul olub, rayondaxili yarışlarda mükafatlar əldə edib. Goranboy rayonundakı N saylı hərbi hissənin əsgəri olan Pərvin müharibənin ilk günlərindən ön cəbhəyə qoşulub. O, keçmiş Ağdərə rayonunun (indiki Tərtər) Suqovuşan və Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Əsgər yoldaşlarının danışdığına əsasən, ayağından güllə yarası alıb, daha sonra mühasirəyə düşüb. O, oktyabrın 2-də şəhid olub. Neytral ərazidə qalan nəşi isə noyabrın 22-də…

Read More
Cəbhədən Xəbər 

Ağdam və Füzuli rayonlarında minatəmizləmə əməliyyatlarının görüntüləri – VİDEO

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin qrupları digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir. Bu ilin yanvarından başlayan əməliyyatlar əsasən Ağdam və Füzuli rayonlarında həyata keçirilir. Bu rayonların kənd və qəsəbələrində, eləcə də içməli su hövzələrinin kənarlarında minalar uğurla təmizlənir. FHN-in bu ərazilərdə xidmət göstərən əməkdaşları ən son avadanlıq və təchizatlarla təmin olunub. Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov şəhid ailələri ilə görüşüb – VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Qusar şəhəri ərazisindəki Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşların xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülərək ehtiram ifadə olunub. Müdafiə naziri burada Qusar Rayonu İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri və ictimaiyyət nümayəndələri ilə görüşüb. Görüş zamanı Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov Vətən müharibəsində qazanılan qələbənin xalqımıza böyük sevinc yaşatdığını vurğulayaraq, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə…

Read More
Cəbhədən Xəbər 

Hərbçilərə sosial şəbəkələrlə bağlı QADAĞA QOYULUR

Azərbaycanda hərbi qulluqçuların fəaliyyəti ilə bağlı qadağalar müəyyən edilir. Trend-in məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb. Yeni qanun layihəsinə əsasən, hərbi qulluqçulara tətil etmək, seçkili orqanlarda vəzifə tutmaq, siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına, dini qurumlara və həmkarlar ittifaqlarına üzv olmaq, yığıncaqlarda, nümayişlərdə, küçə yürüşlərində və piketlərdə iştirak etmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına mülki peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil almaq, daimi yaşayış üçün xaricə getmək, siyasi və dini təbliğatla məşğul olmaq, dövlət sirrini yaymaq, komandirlərin (rəislərin)…

Read More
Cəbhədən Xəbər 

Ordumuz Zəngəzurda belə irəliləyib VİDEO

Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəisi general-mayor Arşak Karapetyanın bir sıra absurd və primitiv təxribatları ötən ilin noyabrında üçtərəfli sülh sazişinin imzalanmasından sonra regionda bərqərar olmuş sülhün nə qədər kövrək olduğunu göstərdi. Ermənistan tərəfindən ilkin razılaşmaların bəndlərinin gecikdirilməsi, sonra isə yerinə yetirilməməsi (hansı ki, münaqişədən sonrakı dövrdə uzunmüddətli qarşıdurmanın davamlı regional sülhə çevrilməsi üçün bir növ transformatora çevrilməli idi) siyasi həllin mahiyyətini təhlükə altına qoydu. Ermənistan hakimiyyəti iki ölkənin sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı ilk növbədə dialoq yolu ilə yekun qərar vermək əvəzinə, ənənəvi Paşinyan imitasiyasına əl atır. Ermənistan hökumətinin…

Read More