Müdafiə naziri yeni yaradılan komando hərbi hissəsində olub – FOTO/VİDEO
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni yaradılan əməliyyat (komando) hərbi hissəsində şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimində iştirak edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin abidəsi önünə əklil qoyularaq xatirələri hörmət və ehtiramla anılıb. Müdafiə naziri beretlərin təqdim edilmə mərasiminə dəvət olunan Vətən müharibəsi iştirakçıları ilə görüşərək onların problemləri və istəkləri ilə maraqlanıb. Sonra şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimi keçirilib. Mərasimin açılışında ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda…
Read More