Cəbhədən Xəbər 

Zakir Həsənov ASELSAN şirkətinin idarə heyətinin sədri ilə görüşüb

Noyabrın 23-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ASELSAN şirkətinin idarə heyətinin sədri və baş direktoru cənab Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, qonaqları salamlayan Müdafiə naziri ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində müsbət addımlar atıldığını, hər iki ölkə başçılarının dostluq və qardaşlıq münasibətlərinin Azərbaycan-Türkiyə əlaqələrinin bütün istiqamətlərdə genişlənməsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Nazir Vətən müharibəsində istifadə olunan ASELSAN şirkətinin istehsalı olan texniki avadanlıqların yüksək keyfiyyətə malik olduğunu xüsusi vurğulayıb. Görüşdə müasir döyüş əməliyyatlarının aparılmasının yeni üsul və…

Read More
Cəbhədən Xəbər 

Daha 1 erməni hərbçisinin qalıqları TAPILDI

Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 1 erməni hərbçisinin meyitinin qalıqları tapılıb. ARANTV.AZ xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, cəsədin qalıqları işğaldan azad olunmuş Füzuli şəhəri ərazisində aşkarlanaraq qarşı tərəfə təhvil verilib. Qeyd edilib ki, cəsədin şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə ekspertizası təyin edilib. Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixindən bu günə qədər aparılan axtarış tədbirləri nəticəsində 1702 erməni hərbçisinin cəsədi və ya qalıqları tapılıb.

Read More
Cəbhədən Xəbər 

Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 137 mina aşkarlanıb

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb. ANAMA-dan bildirilib ki, noyabrın 15-dən 20-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 25 piyada əleyhinə mina, 112 tank əleyhinə mina və 88 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. 157 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Read More
Cəbhədən Xəbər 

Azad olunan ərazilərdə daha 137 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb. ANAMA-dan “İki sahil”ə verilən məlumata görə, noyabrın 15-dən 20-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 25, tank əleyhinə 112 mina və 88 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Nəticədə 157 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Read More
Cəbhədən Xəbər 

ABŞ Azərbaycana daha 30 minaaxtaran it verəcək

Bugünə qədər ABŞ-ın Marşal İrsi İnstitutu Azərbayacana 40 xilasedici minaaxtaran it hədiyyə edib. ARANTV.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb. “İtlər mina və partlayıcı sursatların təmizlənməsi əməliyyatlarına cəlb olunub və 30 milyon kvadratmetrdən çox ərazini təmizləyiblər. Növbəti 1,5 il ərzində ANAMA-ya minatəmizləmə işlərində kömək etmək üçün əlavə xilasedici minaaxtaran 30 it hədiyyə ediləcək”, – səfirliyin məlumatında deyilir.

Read More
Cəbhədən Xəbər 

Əlahiddə Ümumqoşun Ordunun növbəti kursunu uğurla bitirənlər yuxarı vəzifələrə təyin olundu – FOTO/VİDEO

Əlahiddə Ümumqoşun Orduda növbəti dəfə təşkil edilmiş zabit heyətinin təkmilləşdirmə kursunu uğurla bitirən məzunlar yuxarı vəzifələrə təyin olunublar. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu münasibətlə təntənəli mərasim keçirilib. Mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Polkovnik Mübariz Rzayev kurs zamanı keçirilmiş məşğələlərdə əsas diqqətin 44 günlük Vətən müharibəsində qazanılan təcrübənin öyrənilməsinə yönəldildiyini, silahlanmaya yeni daxil edilmiş ən müasir silah və hərbi texnika nümunələrinin real döyüş şəraitində tətbiq edildiyini qeyd edib. Məzunlar adından çıxış edən mayor Amil Tağıyev kursda qazandıqları yeni taktiki…

Read More
Cəbhədən Xəbər 

Ağdam rayonuna media-tur təşkil olunub

Müdafiə Nazirliyi tərəfindən Ağdam rayonuna kütləvi informasiya vasitələrinin nümayəndələri üçün media-tur təşkil olunub. Müdafiə Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, media nümayəndələri bu ərazilərdə dislokasiya olunan hərbi hissələrdə xidmət edən, həmçinin Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulardan müsahibələr götürüb və çəkilişlər aparıblar. Hərbi qulluqçular torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarından xatirələrini media nümayəndələri ilə bölüşüblər. Media-tur çərçivəsində kütləvi informasiya vasitələrinin nümayəndələri, həmçinin şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam rayonu ərazisində müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət modul…

Read More
Cəbhədən Xəbər 

Ermənistanın Zəngəzurdakı sərhəd döyüşlərində itkilərinin real sayı bilindi – FOTO

Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar zamanı erməni tərəfinin itkilərinin əsl sayı üzə çıxıb. “Caliber” “Telegram” kanalı bu barədə Azərbaycan və Rusiyadakı hərbi dairələrdə olan mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, Zəngəzur bölgəsindəki sərhəd döyüşlərində Ermənistan 21 hərbçisini itirib. Saxlanılan erməni hərbçilərinin sayı 30 nəfər olub. Ermənistan silahlı qüvvələrinin yaralılarının sayı isə 100-ə çatır.  

Read More