Cəbhədən Xəbər 

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilib VİDEO

2024-cü ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı keçirilib. ARANTV.AZ xəbər verir ki,  bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar. Təlim toplanışında müxtəlif mövzular üzrə tapşırıqlar icra edilib. Hərbi vəzifəlilərdən fiziki hazırlıq üzrə normativlər qəbul edilib, onlarla əlbəyaxa döyüş üsulları, habelə silahsız özünümüdafiə fəndlərinin öyrənilməsi və ilkin tibbi yardımın göstərilməsi üzrə məşğələlər…

Read More
Cəbhədən Xəbər 

Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib – FOTO/VİDEO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Bakıda səfərdə olan general-leytenant Tuncay Altuğun rəhbərlik etdiyi Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının nümayəndə heyəti ilə görüşüb. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər. Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə general-polkovnik K.Vəliyev qonaqları salamlayıb və onları…

Read More
Cəbhədən Xəbər 

Səfərbərlik Xidməti təcili AÇIQLAMA YAYDI

Həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil. ARANTV.AZ  xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, son günlər “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə bir sıra dəyişikliklərin edilməsi məsələsi cəmiyyətdə geniş müzakirə olunur: “Lakin əfsuslar olsun ki, bəzi xəbər saytlarında, sosial şəbəkə səhifələrində tirajlanan xəbərlər, həmçinin ekspertlər tərəfindən bildirilən fikirlər ictimaiyyət arasında çaşqınlıq yaradıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qanunun müvafiq müddəalarının…

Read More
Cəbhədən Xəbər 

Əsgərliklə bağlı 4 vacib dəyişiklik – TAM SİYAHI

Azərbaycanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur. 4 vacib dəyişikliyi təqdim edirik: 1. Həqiqi hərbixidmətkeçmədə son yaş həddi aşağı endirilir. Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi 35-dən 30-a endirilir. 2. Azərbaycanda dinc dövrdə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilməsi halları müəyyən edilir. Dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər: – fəlsəfə doktoru və…

Read More
Cəbhədən Xəbər 

Hərbi xidmətdən azad edilənlər öz arzuları ilə hərbi xidmətə çağırıla bilərlər

Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilən vətəndaşlar öz arzuları ilə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırıla bilərlər. Musavat.com-un xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər: – fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar; – sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan-NATO hərbi əməkdaşlığı müzakirə edildi

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda səfərdə olan NATO Müdafiə Kollecinin komandanı general-leytenant Maks Nielse ilə görüşüb, Azərbaycan-NATO hərbi əməkdaşlığı müzakirə edilib. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Baş Qərargah rəisi Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar, Ordumuzun Vətən müharibəsində qazandığı qələbə və sonrakı dövrdə keçirilmiş hərbi əməliyyatlarda əldə olunan döyüş təcrübəsinin qoşunların hazırlığında tətbiqindən danışıb. General-polkovnik K.Vəliyev Azərbaycanın NATO ilə müxtəlif proqramlar çərçivəsində həyata keçirdiyi əməkdaşlığı yüksək qiymətləndirərək əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Göstərilən qonaqpərvərliyə görə…

Read More
Cəbhədən Xəbər 

Azərbaycanda əsgərliyin son yaş həddi endirilir

Hərbi xidmətə çağırış müddətinin yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir.   Bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.   Qüvvədə olan qanuna əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. Dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları olacaq.   Beləliklə, çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan…

Read More
Cəbhədən Xəbər 

Onlar əsgərliyə göndərilir, 4 günü 1 gün hesablanır

Milli Məclisdə “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişikliklər müzakirə olunub. Qanun layihəsinə əsasən, hərbi təhsil müəssisələrindən müvəffəqiyyətsizliyə, intizamsızlığa görə xaric edilən kursantlar hərbi hissələrə göndərilərək, müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqlar. Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov bildirib. O iddia edib ki, Milli Məclisdə xeyli mütəxəssis peşəkar olmadığı, ordunu bilmədiyi üçün plenar iclasa natamam sənəd çıxarıb: “Qanun layihəsinə görə, Ali Hərbi Məktəbdə oxuyan uşaq intizamsızlığa görə əsgərliyə göndərilməlidir və onun dörd günü bir gün sayılmalıdır. Sonra isə onu korpus komandirinə təqdim…

Read More
Cəbhədən Xəbər 

Ankarada səfərdə olan Azərbaycan nümayəndə heyəti Atatürkün xatirəsini ehtiramla yad edib

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev dekabrın 12-də Ankaraya səfəri çərçivəsində Türkiyə Respublikasının banisi və ilk Prezidenti Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edib. ARANTV.AZ  xəbər verir ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisinin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri dahi dövlət xadiminin xatirəsini ehtiramla yad ediblər. Elçin Quliyev məqbərənin fəxri qonaqlar kitabında ürək sözlərini yazıb, “Anıtkabir” muzeyini ziyarət edib.

Read More