Ankarada səfərdə olan Azərbaycan nümayəndə heyəti Atatürkün xatirəsini ehtiramla yad edib
Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev dekabrın 12-də Ankaraya səfəri çərçivəsində Türkiyə Respublikasının banisi və ilk Prezidenti Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edib.
ARANTV.AZ xəbər verir ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisinin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri dahi dövlət xadiminin xatirəsini ehtiramla yad ediblər.
Elçin Quliyev məqbərənin fəxri qonaqlar kitabında ürək sözlərini yazıb, “Anıtkabir” muzeyini ziyarət edib.