Cəbhədən Xəbər 

Ulu Öndərin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib – VİDEO

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar dekabrın 12-də Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində, Əlahiddə Ümumqoşun Ordu, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib. ARANTV.AZ xəbər verir ki,  hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslar keçirilib, Ulu Öndərin adını daşıyan muzeylərə ekskursiyalar təşkil olunub, həmçinin dahi şəxsiyyət Heydər Əliyevin şərəfli həyat və fəaliyyətindən bəhs edən sənədli filmlər nümayiş etdirilib. Şəxsi heyət və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirlərdə Ulu Öndərin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən…

Read More
Cəbhədən Xəbər 

Yaşar Gülər DSX rəisi Elçin Quliyevi qəbul edib – FOTO

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevi qəbul edib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Türkiyə MN-in “X” hesabında paylaşım edilib. Qeyd edilib ki, Yaşar Gülər nazirliyə gələn general-polkovnik Elçin Quliyevi qarşılayaraq qardaş ölkənin komandanı ilə görüş keçirib.

Read More
Cəbhədən Xəbər 

Hərbi Hava Qüvvələrində voleybol üzrə birincilik keçirilib

Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrində (HHQ) hərbi qulluqçular arasında voleybol birinciliyi keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, birinciliyin açılış və bağlanış mərasimlərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Çıxış edənlər qalib komandaları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, hərbi qulluqçuların fiziki hazırlığının yüksək səviyyədə saxlanılmasında bu cür idman yarışlarının əhəmiyyətini xüsusi vurğulayıblar. Bildirilib ki, HHQ-nin müxtəlif hərbi hissələrini təmsil edən komandalar birincilikdə inamla mübarizə aparıblar.…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov türkiyəli generalı qəbul etdi – VİDEO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər. Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayıb və onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Müdafiə naziri Azərbaycan-Ermənistan şərti sərhədində…

Read More
Cəbhədən Xəbər 

Milli Müdafiə Universitetində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini – Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov ölkəmizdə səfərdə olan Gürcüstan Respublikasının Milli Müdafiə Akademiyasının rektorunun müavini polkovnik Zurab Zerekidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, nümayəndə heyətinin üzvlərinə Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan islahatlar barədə ətraflı məlumat verilib. Görüşdə hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Read More
Cəbhədən Xəbər 

Komando bölmələrinin döyüş hazırlığı yüksək səviyyədə saxlanılır – VİDEO

2024-cü ilin hazırlıq planına əsasən, komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib. ARANTV.AZ  xəbər verir ki, təlimin ssenarisinə uyğun olaraq, şərti düşmən mövqelərinə qəfil hücum və mövqelərin tutulması üzrə tapşırıqlar yerinə yetirilib. Ələ keçiriləcək mövqelərin əraziləri taktiki və vizual olaraq qiymətləndirilib, daha sonra minaatanların atəş dəstəyi ilə qəfil hücum icra edilib. Keçirilən taktiki-xüsusi təlimdə yüksək peşəkarlıq nümayiş etdirən komandolar atəş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər.

Read More
Cəbhədən Xəbər 

Həqiqi hərbi xidmətlə bağlı YENİLİK

Müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduqlarına görə xaric edilən və ya müddətli həqiqi hərbi xidmət keçmiş şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndəriləcəklər. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində…

Read More
Cəbhədən Xəbər 

Hərbi-həkim komissiyasının müayinəsi ilə bağlı YENİLİK

Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif edilən dəyişikliklər üçüncü oxunuşa təqdim edilib. ARANTV.AZ bildirir ki, layihəyə əsasən, xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlar hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcəklər. Bildirilir ki, xidməti uyğunsuzluğa görə – müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa – buraxılmaya təqdim olunanların da hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcək. Sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Türkiyəyə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Başsağlığında deyilir: “Cari ilin 9 dekabr tarixində, İsparta vilayətində təlim uçuşu zamanı UH-1 tipli helikopterin qəzaya uğraması nəticəsində altı hərbi qulluqçunun şəhid olması barədə xəbər məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Baş vermiş qəzada şəhid olmuş qəhrəman türk hərbçilərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”.

Read More