Cəbhədən Xəbər 

Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir

Bakıda yerli və qardaş Türkiyədən olan təcrübəli həkim heyətinin iştirakı ilə Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir. ARANTV.AZ  xəbər verir ki,  bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, konqresin açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Müdafiə Nazirliyinin Tibb İdarəsi rəisi vəzifəsini icra edən polkovnik Anar İsmayılov konqres müddətində aparılan çıxışların həkimlərin gələcək fəaliyyətinə müsbət təsir göstərəcəyindən əmin olduğunu bildirib. Qeyd olunub ki, keçirilən konqresin əsas məqsədi revmatoloqların davamlı…

Read More
Cəbhədən Xəbər 

Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub – BİRGƏ MƏLUMAT

Qış mövsümündə havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar Azərbaycanın Müdafiə və Səhiyyə nazirlikləri birgə məlumat yayıb. Musavat.com-un məlumatına görə, birgə məlumatda bildirilir ki, son günlər Azərbaycanda qış mövsümündə havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması ehtimalı yaranır. “Bununla əlaqədar adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub. Hərbi hissələrin qapalı və ictimaiyyətlə məhdud ünsiyyət şəraitində olması komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların sağlamlıgının qorunması məqsədilə effektiv qabaqlayıcı tədbirlərin keçirilməsinə imkan yaradır. Şəxsi heyətlə…

Read More
Cəbhədən Xəbər 

Naxçıvanda şərti düşmənin planlı və plandankənar hədəfləri məhv edilib

Əlahiddə Ümumqoşun Ordunun 2024-cü il üçün hazırlıq planına uyğun olaraq komanda-qərargah təlimi keçirilib, şərti düşmənin planlı və plandankənar hədəfləri məhv edilib. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Təlimə cəlb olunan bölmələr “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılıb, onların manevr imkanları, komandirlərin və qərargahların əməliyyat şəraitində idarəetmə bacarıqları yoxlanılıb. Real döyüş şəraitinə uyğun keçirilən təlimdə raket və artilleriya bölmələri şərti düşmənin planlı və plandankənar hədəflərini atəşlə məhv ediblər. Komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib.

Read More
Cəbhədən Xəbər 

Dedilər, ordumuzun Azərbaycana qarşı şansı yoxdur…

Ermənistan parlamentində “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyan hökumətin son mövqeləri və bəyanatları ilə bağlı narazılığını ifadə edib. Musavat.com-un məlumatına görə, o, bildirib ki, hökumətin bəzi nümayəndələri Azərbaycanın şərtləri ilə müqavilə bağlamağın zəruriliyini vurğulayıb və bunu Ermənistan ordusunun Azərbaycana qarşı döyüşmək şansının olmadığını əsas gətirərək müdafiə ediblər. Abramyanın sözlərinə görə, baş nazir Nikol Paşinyan ordunun rolunu azaltmağa çalışaraq, “ordunu müqəddəsləşdirməmək” çağırışı ilə çıxış edib və ölkənin qəhrəmanlarının yalnız vergi ödəyiciləri olduğunu bəyan edib. Deputatın fikrincə, bu cür bəyanatlar cəmiyyətdə müxtəlif sosial zümrələr arasında gərginlik yaratmaq məqsədi güdə bilər. Abramyan hökumətin…

Read More
Cəbhədən Xəbər 

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi əlaqələr müzakirə edilib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının hərbi nümayəndə heyəti ilə görüşüb. ARANTV.AZ xəbər verir ki,  qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. Müdafiə naziri ölkələrimiz arasında dostluq və qardaşlıq prinsipi üzərində qurulan əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verildiyini və hər zaman Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət mərkəzində saxlanıldığını bildirib. Cari ilin 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən “ADEX” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Səudiyyə Ərəbistanının geniş tərkibdə nümayəndə heyəti ilə iştirakının…

Read More
Cəbhədən Xəbər 

Azərbaycanla NATO arasındakı əlaqələrin inkişafı perspektivləri müzakirə edilib

NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən keçirilən “15-ci NATO günləri” tədbiri çərçivəsində Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor cənab Aqil Qurbanov ölkəmizdə səfərdə olan Müttəfiqlərin Avropadakı Ali Komandanlığı (SHAPE) Qərargah rəisinin müavini – Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bruasdal Gunnsteinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə hər iki tərəf arasındakı münasibətlərin cari vəziyyəti yüksək qiymətləndirilib və qurulan əlaqələrin bundan sonra da inkişafı üçün perspektivdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) və digər…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov kəşfiyyat generalı ilə görüşdü – FOTO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin rəisi general-polkovnik Yaşar Kadıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Müdafiə Nazirliyindən (MN) Musavat.com-a bildirilib ki, müdafiə naziri qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. İki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. General-polkovnik Z.Həsənov Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi qeyd edib. Türkiyə nümayəndə heyətinə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab…

Read More
Cəbhədən Xəbər 

Hərbi Prokurorluq DİN-in Daxili Qoşunları ilə hərbi hissədə birgə tədbir keçirib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 55-ci ildönümü, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası və COP29-un mahiyyəti, eləcə də hüquqi biliklərlə bağlı maarifləndirmə ilə əlaqədar Hərbi Prokurorluq Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunları ilə birgə N saylı hərbi hissədə tədbir keçirib. Bu barədə “İki sahil”ə Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxslərinin və DİN-in Daxili Qoşunlarının yüksək rütbəli hərbi qulluqçularının Qəbələ rayonunda rayon rəhbərliyi ilə birgə keçirdikləri tədbirdən…

Read More
Cəbhədən Xəbər 

“Təməl dalğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Hərbi Dəniz Qüvvələrinin “N” hərbi hissəsində “Təməl dalğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib. ARANTV.AZ xəbər verir ki, tədbirdə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları iştirak edib. Çıxış edənlər bu cür kursların keçirilməsinin hərbi qulluqçuların ixtisas səviyyəsinin, eləcə də döyüş hazırlığının artırılmasına mühüm töhfə verdiyini qeyd ediblər. Bildirilib ki, kurs müddətində hərbi qulluqçular müxtəlif tapşırıqları yerinə yetirməklə peşəkar dalğıc bacarıqları əldə ediblər. Dalğıclar gəmi altına baxış, axtarış-xilasetmə əməliyyatları və digər vacib fəaliyyətləri həyata…

Read More
Cəbhədən Xəbər 

Təməl dalğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Hərbi Dəniz Qüvvələrinin “N” hərbi hissəsində “Təməl dalğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib. ARANTV.AZ  xəbər verir ki, tədbirdə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları iştirak edib. Çıxış edənlər bu cür kursların keçirilməsinin hərbi qulluqçuların ixtisas səviyyəsinin, eləcə də döyüş hazırlığının artırılmasına mühüm töhfə verdiyini qeyd ediblər. Bildirilib ki, kurs müddətində hərbi qulluqçular müxtəlif tapşırıqları yerinə yetirməklə peşəkar dalğıc bacarıqları əldə ediblər. Dalğıclar gəmi altına baxış, axtarış-xilasetmə əməliyyatları və digər vacib fəaliyyətləri həyata…

Read More