Cəbhədən Xəbər 

Hərbi gücümüzün artırılması əsas hədəflərdəndir

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir «Hesab edirəm ki, növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı və mən müxtəlif vaxtlarda bu məsələ ilə bağlı öz sözlərimi demişdim. Demişdim ki, bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür…

Read More
Cəbhədən Xəbər 

Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktik konfrans çərçivəsində Alyansın Baş Katibinin əməliyyatlar üzrə köməkçisinin müavini xanım Burcu Sanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Abdullayev NATO nümayəndə heyəti ilə görüşüb. Görüşdə NATO ilə əməkdaşlığın əsas hüquqi bazası hesab olunan “Fərdi uyğunlaşdırılmış tərəfdaşlıq proqramı” (ITPP) layihəsində göstərilən öhdəliklərin icrası ilə bağlı cari vəziyyət və beynəlxalq təhlükəsizlik missiyalarında hərbi qulluqçularımızın iştirakı barədə danışılıb. Həmçinin Azərbaycan Ordusu tərəfindən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK)…

Read More
Cəbhədən Xəbər 

Qırıcılarımız havaya QALDIRILDI – Kəşfiyyat aparılıb

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əvvəlcə pilotların təlim uçuşlarının şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb, şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra hərbi pilotlar Su-25 və Su-25 ML hücum təyyarələrinə nəzarət baxışı keçiriblər. Plana uyğun olaraq, havaya qalxma və yerə enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər təlim tapşırıqları icra…

Read More
Cəbhədən Xəbər 

“Hərbçilər arasında I açıq Kikboksinq çempionatı” keçirilib

Mərkəzi Ordu İdman Klubunun (MOİK) təmsilçiləri Türkiyə Respublikasının Antalya şəhərində keçirilən “Hərbçilər arasında I açıq Kikboksinq çempionatı”nda iştirak ediblər. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, yarışlarda MOİK-in zabiti Beynəlxalq Hərbi İdman Şurasında Azərbaycan nümayəndə heyətinin üzvü mayor Tofiq Niftəliyevin rəhbərliyi ilə təmsilçilərimiz müxtəlif çəki kateqoriyaları üzrə 7 qızıl, 1 gümüş və 4 bürünc medalı qazanıblar. Ümumilikdə komanda hesabı üzrə MOİK təmsilçiləri 11 ölkə arasında birinci yerə layiq görülüblər. Qeyd edək ki, çempionatda Azərbaycanla yanaşı Almaniya, Bosniya və Herseqovina, Ekvador, Fransa, Monqolustan, Özbəkistan, Polşa, Qazaxıstan,…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib

Müdafiə naziri Zakir Həsənov bu gün keçirilən xidməti müşavirə zamanı bəzi tapşırıqlar verib. Bu barədə BiG.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, qış mövsümü tədbirlərinin gücləndirilməsinin, xüsusilə dağlıq ərazilərdə, sərt iqlim şəraitində yerləşən bölmələrdə ərzaq, əşya, yanacaq, odun ehtiyatının normalara uyğun saxlanmasının, şəxsi heyətin sağlamlığına diqqət yetirilməsinin, mövsümi xəstəliklərdən qorunma və isti geyimlə təmin edilməsinin zəruriliyi bildirilib. General-polkovnik Z.Həsənov qoşun xidmətinin təşkilinə, şəxsi heyətin döyüş hazırlığı və fərdi peşəkarlığına xüsusi diqqət yetirilməsi ilə bağlı aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub. Müdafiə naziri Z.Həsənov döyüş növbətçiliyinin aparılması, eləcə də gündəlik xidməti…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib, Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti təhlil olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə videobağlantı formatında nazir müavinləri, qoşun növləri komandanları, Əlahiddə Ümumqoşun Ordunun komandanı, Milli Müdafiə Universitetinin rektoru, baş idarə, idarə rəisləri, hərbi birlik və birləşmə komandirləri ilə xidməti müşavirə keçirilib. Bu barədə “Report”a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar iştirakçılara çatdırılıb. Xidməti müşavirə zamanı Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti və qoşun xidmətinin təşkili təhlil olunub. Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin daha da yüksəldilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də döyüş…

Read More
Cəbhədən Xəbər 

Sərhəd Qoşunları komandanı azad olunan ərazilərdə yeni yaradılan strukturları açıqlayıb

Zəngilan, Qubadlı və Laçın rayonlarında işğaldan azad olunduqdan sonra Dövlət Sərhəd Xidməti 1 əlahiddə sərhəd diviziyası, 3 hərbi hissə, 11 sərhəd komendantlığı fəaliyyətə başlayıb. ARANTV.AZ  xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov “Şəmkir” Sərhəd Dəstəsində keçirilən brifinq zamanı deyib. O bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən bəri Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının 13 nəfər hərbi qulluqçusu dövlət sərhədini mühafizə edərkən şəhid olub: “Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə ölümlərindən sonra şəxsi şücaət göstərdiyinə görə əsgər İsgəndərov…

Read More
Cəbhədən Xəbər 

Sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur

“Məqsədimiz keçirilən mediaturda jurnalistlərə dövlət sərhədlərimizin mühafizəsi və müdafiəsi haqqında təsəvvür yaratmaq və bu sahədə mövcud vəziyyətlə onları tanış etməkdir. Bu baxımdan, Azərbaycan Sərhəd Mühafizəsinin inkişaf tarixi, son illərdə görülmüş işlər, həyata keçirilmiş tədbirlər barədə qısa məlumat vermək zəruridir”. ARANTV.AZ xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini – Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov Sərhəd Qoşunları Komandanlığının “Şəmkir” sərhəd dəstəsində keçirilən mətbuat konfransında deyib. Dövlət Sərhəd Xidmətinin, Sərhəd Qoşunları Komandanlığının yaradılması tarixi barədə danışan general-leytenant Araz Məmmədov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin sərhədlərimizin qorunması istiqamətində…

Read More
Cəbhədən Xəbər 

Müdafiə xərclərinin artması dövlətimizin təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməyə imkan verəcək

2025-сi ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsində müdafiə və milli təhlükəsizliyə ayrılan vəsaitin 8,4 milyard manata çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, bu, 2024-cü illə müqayisədə 1,3 milyard manat çoxdur. Mövzu ilə bağlı “İki sahil”ə açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını təqdir edib, bunu zəruri edən amillərə toxunub: “Azərbaycanın müdafiə xərclərinin artırılması hər şeydən öncə dövlətimizin təhlükəsizliyi ilə bağlıdır. Bildiyiniz kimi, Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müahribəsində qalib gələrək erməni faşizminə ağır zərbə vursa da, bu gün də ölkəmizə…

Read More