Category: Cəbhədən Xəbər
Featured posts
Hava terrorçuluğu – Pilotları lazerlə kor etmək istəyən kimdir?
Bəşəri cinayətlərə meylli olanlar hava terrorunun yeni üsulunu icad etməyə çalışırlar. Söhbət günahsız insanların kütləvi qətlinə gətirəcək yeni texnoloji təsir metodundan gedir. Xəbər verildiyi kimi, bu günlərdə Türkiyədən uçan Rusiya aviaşirkətinə məxsus təyyarənin pilotlarını səmada lazerlə kor etməyə çalışıblar. Bu barədə Aviaincident Telegram kanalı məlumat yayıb. Məlumatda qeyd olunur ki, noyabrın 10-da İstanbuldan Moskvaya uçan Boeing 737-800 təyyarəsində gözlənilməz vəziyyət yaranıb. Təyyarə hava limanına yaxınlaşarkən ekipaj təyyarənin solunda yaşıl lazer şüasının müşahidə edildiyini bildirib. Buna baxmayaraq, komandir pilot uçuşu davam etdirib. Nəticədə təyyarə Moskvanın Şeremetyevo hava limanına təhlükəsiz eniş edib.…
Read MoreHərbi hissədə komanda-qərargah təlimi keçirilib FOTO
2024-cü ilin hazırlıq planına əsasən, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib. ARANTV.AZ xəbər verir ki, təlimin ilkin mərhələsində bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb, tapşırıqlar dəqiqləşdirildikdən sonra döyüşə hazırolmanın müxtəlif dərəcələrinə gətirilməsi üzrə fəaliyyətlər icra olunub. Sonra bölmələrin ərazidə maskalanması, eləcə də müdafiə və mühafizənin təşkilinə dair fəaliyyətlər icra edilib. Qarşıya qoyulan tapşırıqlar təlimə cəlb olunan bölmələr tərəfindən dəqiq və vaxtında yerinə yetirilib.
Read MoreAzərbaycan hərbi qulluqçuları “Mavi Balina – 2024” təlimində iştirak ediblər
Aralıq dənizinin şərqində Türkiyə Respublikasının Silahlı Qüvvələrinin təşkilatçılığı ilə “Mavi Balina – 2024” təlimi keçirilib. ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimdə ümumilikdə 13 ölkədən 62 dəniz və hava qüvvə və vasitələri təlim tapşırıqlarını icra edərək, sualtı müdafiə döyüşlərinə, eləcə də müştərək dəniz əməliyyatlarına aid bilik və bacarıqlarını təkmilləşdiriblər. Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu “Mavi Balina – 2024” təlimində müşahidəçi qismində iştirak edib.
Read MoreMüdafiə Nazirliyi MƏLUMAT YAYDI: Bölmələr “Həyəcan” siqnalı ilə HƏRƏKƏTƏ KEÇDİ – FOTOLAR
2024-cü ilin hazırlıq planına əsasən, “N” saylı hərbi hissəsində komanda-qərargah təlimi keçirilib. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, təlimin ilkin mərhələsində bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb, tapşırıqlar dəqiqləşdirildikdən sonra döyüşə hazırolmanın müxtəlif dərəcələrinə gətirilməsi üzrə fəaliyyətlər icra olunub: “Sonra bölmələrin ərazidə maskalanması, eləcə də müdafiə və mühafizənin təşkilinə dair fəaliyyətlər icra edilib. Qarşıya qoyulan tapşırıqlar təlimə cəlb olunan bölmələr tərəfindən dəqiq və vaxtında yerinə yetirilib”.
Read MoreAzərbaycan HHQ komandanı Çində keçirilən beynəlxalq sərgidə iştirak edib FOTO
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Cuhai şəhərində keçirilən 15-ci Çin Beynəlxalq Aviasiya və Aerokosmik Sərgisində iştirak etmək üçün bu ölkəyə işgüzar səfər edib. ARANTV.AZ xəbər verir ki, dünyanın 100-dən çox ölkəsinin Hərbi Hava Qüvvələri (HHQ) komandanları və digər səviyyədə rəsmiləri, region və beynəlxalq təşkilatlardan rəsmi nümayəndə heyətlərinin iştirak etdiyi sərgi zamanı general-leytenant N.İslamzadə Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələri komandanı general-polkovnik Çan Dinqyu ilə görüşüb. Görüşdə Azərbaycan və Çin HHQ arasında hərbi və hərbi-texniki əməkdaşlığın…
Read MoreAzərbaycan-Türkiyə birgə hərbi təlimi keçiriləcək
Azərbaycan və Türkiyə hərbi dəniz qüvvələri birgə hərbi təlim keçirəcəklər. ARANTV.AZ xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Noyabrın 18-dən 29-dək davam edəcək təlimlərdə hər iki ölkənin sualtı hücum və sualtı müdafiə bölmələri iştirak edəcəklər. Təlimlər Aksaz/Muğlada keçiriləcək. Bundan başqa, Aksaz bölgəsi Aralıq dənizində iki ölkənin iştirakı ilə hərbi hava qüvvələrinin təlimi də planlaşdırılır.
Read MoreAzərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Rusiya Federasiyasında səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev noyabrın 12-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib. ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, tədbirdə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.
Read MoreMüdafiə Nazirliyi həftəlik icmalı təqdim edib – VİDEO
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. ARANTV.AZ icmalı təqdim edir:
Read MoreKimlər hərbi xidmətdən azad ediləcək? – AÇIQLAMA
Yüksək intellektə malik istedadlı çağırışçılar, 600-dən çox bal toplamış abituriyentlər hərbi xidməti Milli Müdafiə Universitetində çəkəcəklər. ARANTV.AZ xəbər verir ki, mövzu ilə bağlı big.az-a açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, indi elə bir zaman gəlib ki, süni intellekt və robot texnologiyaları orduların döyüş qabiliyyətinin artırılmasında mühüm bir həlqəyə çevrilib: “Bütün bunların idarə olunması üçün yüksək biliklərə, intellektə malik hərbi qulluqçular lazımdır. Buna görə də yeni yaradılan intellektual qabiliyyətli bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından 600 və yuxarı bal toplamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il…
Read More