Xankəndi, Şuşa, Laçın, Bakı və Gəncədə 8 Noyabr – Zəfər Günü ilə bağlı yürüşlər təşkil olunacaq
8 Noyabr – Zəfər Günü münasibətilə Bakı, Gəncə, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq. ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir. Məlumata görə, Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, hərbi qulluqçular noyabrın 8-də saat 10:00-dan 12:00-dək yürüş edəcəklər. Yürüşlər aşağıdakı marşrutlar üzrə olacaq: Bakı şəhəri üzrə: * Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi; * Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi –…
Read More