Cəbhədən Xəbər 

FHN-in regional mərkəzlərində ağacəkmə aksiyaları keçirilib

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda 2024-cü ilin elan olunduğu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində FHN-in Şimal və Gəncə Regional mərkəzləri tərəfindən ağacəkmə aksiyası keçirilib. Bu barədə “İki sahil”ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Regional mərkəzlərin şəxsi heyətinin və Nazirliyin regionda yerləşən digər qurumlarının nümayəndələrinin iştirak etdiyi aksiyalar müvafiq olaraq Xaçmaz şəhəri, Heydər Əliyev prospektində və Gəncə şəhərində yerləşən Heydər Əliyev park-kompleksinin ərazisində təşkil olunub. Aksiyalar ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliğ edilməsi məqsədilə təşkil…

Read More
Cəbhədən Xəbər 

Hərbi prokuror Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə görüşüb

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası və COP-29, eləcə də hüquqi biliklərlə bağlı maarifləndirmə ilə əlaqədar Zəfər günü ərəfəsində Hərbi prokuror Xanlar Vəliyev Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi qulluqçularla görüş keçirib. Hərbi Prokurorluqdan “İki sahil”ə bildirilib ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin iştirakı ilə, Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksək…

Read More
Cəbhədən Xəbər 

Xəzər dənizində “AZIREX-2024” birgə taktiki təlimi keçiriləcək

Azərbaycan və İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə “AZIREX-2024” birgə taktiki təlimi keçiriləcək. Bu barədə Musavat.com-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Təlimlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında imzalanmış hərbi və hərbi-texniki əməkdaşlığa dair birgə komissiyanın iclasının protokoluna əsasən baş tutacaq. Noyabrın 2-də təlimdə iştirak etmək məqsədilə qonşu ölkəyə səfər etmiş Azərbaycan Ordusunun şəxsi heyət və döyüş gəmiləri Ənzəli dəniz limanına gəliblər. Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsində keçiriləcək “Dənizdə axtarış-xilasetmə” təliminə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin…

Read More
Cəbhədən Xəbər 

Ordumuzda tətbiq olunan yeni təlim-təcrübə konsepsiyası: Döyüş bacarıqları, intellektual və texniki potensialın harmoniyası…

Azərbaycan Ordusu müasir dünya orduları sırasında gücü və hərbi hazırlığı ilə fərqlənən bir güc strukturu kimi tanınır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu günbəgün güclənməkdədir. Ordumuzun nailiyyətlərinə qısa nəzər salsaq görərik ki, hələ 2016-cı ilin 2  aprel tarixində Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Azərbaycan Ordusu dördgünlük aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı. Daha bir uğur Aprel döyüşlərindən iki il…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov sərginin açılışında iştirak etdi – FOTOLAR

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Mərakeşə işgüzar səfəri davam edir. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Mərakeş Krallığının Hökumət Başçısı yanında Milli Müdafiə Administrasiyası üzrə səlahiyyətli naziri Abdellatif Ludiyinin dəvəti ilə bu ölkədə işgüzar səfərdə olan general-polkovnik Zakir Həsənov “Mərakeş Aviaşou 2024” sərgisinin təntənəli açılış mərasimində iştirak edib. Müxtəlif dövlət rəsmiləri və beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Mərakeş Krallığının hökumət başçısı və digər rəsmilər çıxış ediblər. Çıxışlardan sonra “Mərakeş Aviaşou 2024” sərgisi ziyarət olunub. General-polkovnik Z.Həsənov dünyanın aparıcı beynəlxalq şirkətlərinin təmsil olunduğu sərgidə təqdim…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Mərakeşdə işgüzar səfərdədir, hərbi əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərakeş Krallığının Hökumət Başçısı yanında Milli Müdafiə Administrasiyası üzrə səlahiyyətli naziri Abdellatif Ludiyinin dəvəti ilə Mərakeşdə işgüzar səfərdədir. Müdafiə Nazirliyindən Musavat.com-a bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov mərakeşli həmkarı ilə görüşüb. Azərbaycan Respublikasının müdafiə naziri “Mərakeş Aviaşou 2024” sərgisinə dəvətə görə həmkarına təşəkkür edib. Görüşdə Azərbaycan ilə Mərakeş arasında hərbi, hərbi-texniki əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda Azərbaycan Hökuməti adından müdafiə naziri mərakeşli həmkarı ilə “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Mərakeşə GETDİ – Hərbi əməkdaşlıq sazişi İMZALANDI

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərakeş Krallığının Hökumət Başçısı yanında Milli Müdafiə Administrasiyası üzrə səlahiyyətli naziri Abdellatif Ludiyinin dəvəti ilə Mərakeşdə işgüzar səfərdədir. Müdafiə Nazirliyindən Musavat.com-a bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov mərakeşli həmkarı ilə görüşüb. Azərbaycan Respublikasının müdafiə naziri “Mərakeş Aviaşou 2024” sərgisinə dəvətə görə həmkarına təşəkkür edib. Görüşdə Azərbaycan ilə Mərakeş arasında hərbi, hərbi-texniki əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda Azərbaycan Hökuməti adından müdafiə naziri mərakeşli həmkarı ilə “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında…

Read More
Cəbhədən Xəbər 

Yeni təlim-təcrübə konsepsiyası nələr vəd edir?

Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin dördgünlük Aprel döyüşlərində, 2018-ci ilin mayında Günnüt əməliyyatında, 2020-ci ilin iyununda Tovuz döyüşlərində, 2020-ci ilin 44 günlük Vətən müharibəsində  hərb tariximizə  şərəfli səhifələr yazdı. Ötən il sentyabrın 19-20-də ordumuzun bölmələri Qarabağda kök salmış terrorçu-separatçı qüvvələrə qarşı keçirdikləri lokal antiterror tədbirləri zamanı mülki əhaliyə və infrastruktura heç bir ziyan vermədən Azərbaycanın həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdilər. Ordumuz bütün bu uğurları, yəni  əldə etdiyi zəfərləri ilə XXI əsr dünya hərb tarixini heyrətə gətirməyi də bacardı. Şübhəsiz,…

Read More
Cəbhədən Xəbər 

Bizim ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında qərarlaşması möhkəm təmələ əsaslanan ordu quruculuğunda həyata keçirilən yeniliklərin, təkmilləşmənin təqdimatıdır “Növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı və mən müxtəlif vaxtlarda bu məsələ ilə bağlı öz sözlərimi demişdim. Demişdim ki, bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir.” Cənab İlham Əliyev yeni dövrün mühüm hadisələrindən olan 7 fevral prezident seçkilərində inamlı…

Read More
Cəbhədən Xəbər 

Hərbi vəzifəlilər atıcı silahlardan praktiki atışlar icra ediblər – VİDEO

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı praktiki məşğələlərlə davam edir. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, toplanış günlərində günün nizam qaydalarına uyğun olaraq, hərbi vəzifəlilərə ordumuzun arsenalında olan müasir silah və hərbi texnikanın taktiki-texniki xüsusiyyətləri, eləcə də istifadə qaydaları öyrədilir. Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə onlarla səhra şəraitində müxtəlif məşğələlər keçirilir. Toplanışın növbəti günündə hərbi vəzifəlilər atıcı silahlardan atış çalışmaları icra ediblər. Qeyd edək ki, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti…

Read More