Cəbhədən Xəbər 

Türkiyənin Quru Qoşunları komandanı Naxçıvana gəldi: BİRGƏ TƏLİMLƏR BAŞLAYIR

Türkiyənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olublar. ƏÜO komandanı general-leytenant Kənan Seyidov Türkiyənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokel ilə görüşüb, protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar. Brifinq zalında ƏÜO-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlər barədə məlumat verilib. Ordu…

Read More
Cəbhədən Xəbər 

Hərbçilərə ŞAD XƏBƏR – Maaşlar artırıldı

Hərbi qulluqçuların maaşlarının məbləğində dəyişiklik təsdiqlənib. Publika.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Qərara əsasən, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişiklik təsdiq edilib. Bu Qərar 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi məlumat yaydı: 10-13 mart tarixlərində…

İstifadəyə yararsız olan döyüş sursatlarının məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 10-13 mart tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda qeyd olunub.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi məlumat yaydı

Azərbaycan Müdafiə Nazirliyi (MN) Türkiyə ərazisinə qarşı həyata keçirilən və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pislədiyini bəyan edib. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanata qeyd olunub. Bildirilib ki, bu cür əməllər regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir: “Biz qardaş Türkiyə ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk. Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır”, – deyə MN-in bəyanatında vurğulanıb.

Read More
Cəbhədən Xəbər 

Türkiyəyə atılan raketlə bağlıAzərbaycandan İLK REAKSİYA

“Türkiyə ərazisinə qarşı həyata keçirilmiş və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pisləyirik”. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir. “Bu cür əməllər regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir. Biz qardaş Türkiyə ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə hökumətinin əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk. Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır”, – MN-dən bildirilib.

Read More
Cəbhədən Xəbər 

Bir nömrəli səfərbərlik nədir? – Müdafiə Nazirliyi AÇIQLADI

Müdafiə Nazirliyi “Bir nömrəli hərbi səfərbərlik” termininin nə mənaya gəldiyini açıqlayıb. Musavat.com bu barədə nazirliyə istinadla xəbər verir. Qeyd edilib ki, “Bir nömrəli hərbi səfərbərlik” zamanı Silahlı Qüvvələr tam döyüş hazırlığına gətirilir və ehtiyatda olan hərbi qulluqçuların çağırılması həyata keçirilir. Həmçinin hərbi hissələr döyüş mövqelərinə yaxud təyin olunmuş ərazilərə çıxarılır.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov türkiyəli həmkarı ilə danışdı

Martın 5-də Türkiyə milli müdafiə naziri Yaşar Gülerin təşəbbüsü ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub. Musavat.com xəbər verir ki, bu haqda Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Tərəflər arasında İranın silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları müzakirə olunub. Nazirlər həmçinin, ölkələrimiz arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi məlumat yaydı: 4 PUA ilə hücumu…

İran İslam Respublikası silahlı qüvvələrinin Baş qərargahının İranın bütün ölkələrin, xüsusən də müsəlman və qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşdığını bəyan etməsi və bu xüsusda İran tərəfindən Azərbaycana qarşı pilotsuz uçuş aparatları ilə bu gün törədilmiş hücumları təkzib etməsi heç bir halda məqbul sayıla bilməz. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, texniki vasitələrlə təsbit edilib ki, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hucum aktlarını törətmək üçün yönləndirilib, onlardan biri Azərbaycan ordusu tərəfindən sıradan çıxarılıb, digərləri isə mülki infrastrukturu, o cümlədən dərs saatlarında…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi məlumat yaydı – SON DƏQİQƏ

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlaması 5 mart tarixində İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastrukura hücum aktları həyata keçirilib. Pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları araşdırılır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi hər hansı hərbi zərurət olmadığı halda, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisində mülki infrastruktura qarşı törədilən hücumları qəti şəkildə pisləyir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Azərbaycan Respublikası Müdafiə nazirliyi ölkəmizin…

Read More
Cəbhədən Xəbər 

Hərbi xidmətlə bağlı MÜHÜM dəyişikliklər

Parlementdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Əsasnamə və digər qanun layihələri ilə bağlı müzakirələr aparılıb. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev plenar iclasda çıxış edərək layihə barədə məlumat verib. Musavat.com-un məlumatına görə, komitə sədri bildirib ki, bu Qanun layihəsində Azərbaycan Respublikasının qanunvericilik sisteminin təkmilləşdirilməsi və mövcud idarəetmə strukturuna uyğunlaşdırılması məqsədilə qeyd olunan qanunlarda müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur. Komitənin profilinə uyğun olaraq bir neçə qanun və əsasnamədə dəyişiklik edilməsi nəzərdə tutulub: “Belə ki, 2011-ci il 23 dekabr tarixli “Hərbi vəzifə və hərbi xidmət…

Read More