Cəbhədən Xəbər 

SON DƏQİQƏ! Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə- BÖLMƏLƏRƏ TAPŞIRIQ VERİLDİ

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Nazirə məruzə edilib ki, bölmələrdə günün nizam qaydalarına uyğun sutkaboyu döyüş növbətçiliyi yüksək səviyyədə təşkil olunur və fasiləsiz xidmət aparılır. Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri hərbi qulluqçuların döyüş və psixoloji hazırlığını yüksək qiymətləndirib General-polkovnik Z.Həsənov xidməti-döyüş fəaliyyətinin daha keyfiyyətli təşkili, eləcə də ayıq-sayıqlığın artırılmasına dair aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürdü

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Vəli Asəf oğlu odlu Abbasov silahdan istifadə etməklə özünü öldürüb. Bu barədə BiG.AZ-a Respublika Hərbi Prokurorluğundan məlumat verilib. Bildirilib ki, daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib: “Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan-Özbəkistan hərbi mütəxəssisləri praktiki məşğələləri izləyiblər – FOTO

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında imzalanmış 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Özbəkistanın Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində özbəkistanlı qonaqlar Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsində olub. “Qonaqları salamlayan general-mayor Anar Kərimov nümayəndə heyətinə Azərbaycan Ordusunun azad edilmiş ərazilərdə mühəndis-istehkam bölmələri tərəfindən həyata keçirilən mühəndis təminatı üzrə tədbirlər barədə məlumat verib. Görüşdə təcrübə mübadiləsi baxımından bu cür səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb,…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Sentyabrın 5-i saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. ARANTV.AZ xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib. “Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, – məlumatda vurğulanıb.

Read More
Cəbhədən Xəbər 

Antiterror tədbirləri tam və qəti Qələbəni təmin etdi

Ötən ilin sentyabrında Qarabağda 24 saatdan da az (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri nəticəsində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi, ordumuzun qəhrəmanlıq, şücaət və peşəkarlığı nəticəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda məhz Ermənistan tərəfinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın tələblərinə etinasız yanaşması uzunmüddətli və davamlı sülhün təmin olunması istiqamətində bütün səyləri puça çevirdi. Xüsusilə Bəyanatın 4-cü bəndində qeyd olunan: “Rusiya Federasiyasının sülhməramlı kontingenti…

Read More
Cəbhədən Xəbər 

TƏCİLİ! Naxçıvanda mövqelərimiz ATƏŞƏ TUTULDU

Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, sentyabrın 4-ü saat 19:35 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub. “Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, – məlumatda vurğulanıb.

Read More
Cəbhədən Xəbər 

Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv edilir

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd edilib. “Bildiririk ki, döyüş sursatlarının məhv edilməsi prosesi 3-6 sentyabr tarixlərində Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək”, – məlumatda vurğulanıb.

Read More
Cəbhədən Xəbər 

“Sərhədçi” İdman Mərkəzinin yaradılmasının 15-ci ildönümü münasibətilə tədbir keçirilib – VİDEO

Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İdman Mərkəzinin yaradılmasının 15-ci ildönümü münasibətilə tədbir keçirilib. DSX-dan “İki sahil”ə verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dahi öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ölkəmizdə bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük nailiyyətlərin əldə edildiyi, sərhədçi idmançıların mötəbər yarışlarda qalib gələrək Dövlət Bayrağımızı beynəlxalq arenalarda ucaltdıqları xüsusi qeyd olunub. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusu regionun söz sahibidir

Artıq dünya hərb tarixində Silahlı Qüvvələrimizin də möhtəşəm imzası var Vətən müharibəsindəki tarixi Qələbəmiz bir daha göstərdi ki,  Azərbaycan regionda ən güclü orduya malikdir. 44 gündə işğal altındakı 8 rayonumuzu,  bir qala şəhərimizi azad etdik. Bu, hər beş günə bir rayonun azad edilməsi demək idi. Postmüharibə dövründə Azərbaycan Ordusu daha da təkmilləşərək öz döyüş qabiliyyətini xeyli artırdı. Məhz bunun nəticəsidir ki,  ordumuz Qarabağdakı separatçı- terrorçu xuntaya və onun hər növ silah və sursatla təmin edilmiş silahlılarına qarşı keçirdiyi lokal xarakterli antiterror tədbirlərini qısa müddətdə, uğurla başa çatdırdı. Xunta ağ bayraq…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb – FOTO

Sentyabrın 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka di Canfrançesko ilə görüşüb. Bu barədə Musavat.com-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Müdafiə naziri Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin digər sahələrdə olduğu kimi hərbi sahədə də xüsusi xarakter daşıdığını və bunun hər iki ölkə ordusunun inkişafına töhfə verəcəyini bildirib. 2024-2025-ci illər ərzində Azərbaycanla İtaliya arasında hərbi sahədə planlaşdırılan 31 tədbirdən bir qisminin icra edildiyi qeyd olunub. Hərbi sahədə əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edən cənab L.Canfrançesko ölkələrimiz arasında qarşılıqlı səfərlərin mühüm əhəmiyyətə malik…

Read More