Cəbhədən Xəbər 

Hərbi hissələrdə bayram mərasimləri qapalı keçirilir: Valideynlərlə görüşlər qadağan edilib

“Vətəndaşlardan daxil olan sorğuları nəzərə alaraq bildiririk ki, şəxsi heyətin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxucu xəstəliklərə yoluxmasının qarşısının alınması məqsədilə hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir”. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə valideynlər, ictimaiyyət və media nümayəndələrinin bayram tədbirlərində iştirakı məhdudlaşdırılıb, valideynlərlə görüşlər qadağan edilib. “Qeyd olunanları nəzərə alaraq vətəndaşlardan bu qərarı anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik”, – məlumatda deyilir.

Read More
Cəbhədən Xəbər 

Naxçıvan istiqamətində yerləşən mövqelərimiz atəşə tutuldu

Naxçıvan istiqamətində yerləşən mövqelərimiz atəşə tutulub. ARANTV.AZ  bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir: “İyunun 16-sı saat 00:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Yeğeqnadzor rayonunun Bardzruni yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub”.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Çin hərbi təhsil sahəsində birgə tədbirlər planlaşdırır

Azərbaycan Ordusu və Çin Xalq Azadlıq Ordusunun nümayəndələri hərbi təhsil sahəsində birgə tədbirlərin planlaşdırılması istiqamətində görüləcək işlərə dair ətraflı fikir mübadiləsi aparıb. ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Çin Xalq Azadlıq Ordusunun Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin nümayəndə heyətinin Azərbaycana səfəri davam edir. Səfər çərçivəsində Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Çinin hərbi nümayəndə heyəti ilə görüş keçirilib. Azərbaycan Ordusu və Çin Xalq Azadlıq Ordusunun nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran…

Read More
Cəbhədən Xəbər 

Hərbi Qənimətlər Parkına düşməndən ələ keçirilmiş növbəti texnikalar gətirilib

Xocalı rayonu ərazisində aşkar olunan “2K11 Kruq” zenit-raket kompleksinin tərkibinə daxil olan “1S32” raket tuşlama stansiyası, iki ədəd “2P24” buraxıcı qurğusu Bakı şəhərində Hərbi Qənimətlər Parkında yerləşdirilib. ARANTV.AZ xəbər verir ki, bu barədə 15 İyun – Milli Qurtuluş Günündə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Hərbi Qənimətlər Parkına media nümayəndələri üçün təşkil edilən tur zamanı məlumat verilib. Hərbi qulluqçu mayor Əsgər Məmmədov qeyd edib ki, buradakı texnikalar zenit raket kompleksinin tərkib hissələrindən biridir: “2K11 Kruq” zenit-raket kompleksinin “2P24” tipli 2 ədəd atıcı qurğusu, bir ədəd isə raket tuşlama stansiyası – “1S32” parkın…

Read More
Cəbhədən Xəbər 

Biz elə bir güclü ordu yaratmışıq ki…

Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz Respublikamızda ixtisaslaşmış hərbi təhsilin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi zaman Ulu Öndər Heydər Əliyevi düşündürən əsas məsələlərdən biri də azərbaycanlı gənclərin orduya hazırlanması və hərbi məktəblərə cəlb edilməsi idi. Hələ Sovet imperiyasının ən sərt dövründə Heydər Əliyev Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı. Bu gün gənclərin təhsil aldıqları xüsusi təyinatlı təhsil müəsissəsinin əsası 1971-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində qoyulmuşdur.…

Read More
Cəbhədən Xəbər 

Ordumuzun Naxçıvan istiqamətindəki mövqeləri növbəti dəfə atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 14-ü saat 13:55-də Böyük Vedi rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb”, – məlumatda qeyd olunub.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Azərbaycan Ordusunu Qurban bayramı münasibətilə təbrik edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini Qurban bayramı münasibətilə təbrik edib. ARANTV.AZ  xəbər verir ki, təbrikdə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər! Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan müsəlman dünyasının mənəvi birlik, həmrəylik, qardaşlıq rəmzinə çevrilən müqəddəs Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığı özündə yaşatmaqla, humanizmin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündə təcəssüm etdirir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici…

Read More
Cəbhədən Xəbər 

Baş Qərargah rəisi Azərbaycan Ordusunun təlimini izlədi, göstərişlər verdi

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev mühəndis bölmələri ilə keçirilən taktiki-xüsusi təlimi izləyib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mühəndis qoşunlarının hissə və bölmələrinin sərəncamında olan müasir silah və texnikaya baxış keçirildikdən sonra komandir heyətinin məruzələri dinlənilib. Baş Qərargah rəisinə məruzə olunub ki, plana əsasən, həyəcan siqnalı ilə qaldırılan bölmələr döyüşə hazır vəziyyətə gətirilərək, cəmləşmə rayonlarına çıxarılıb. Təlimdə əsas diqqət Vətən müharibəsi və ondan sonrakı əməliyyatlar, eləcə də dünyanın müxtəlif yerlərində baş verən silahlı münaqişələrin təcrübəsi nəzərə…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Slovakiya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiqlənib. ARANTV.AZ  xəbər verir ki, Prezident İlham Əliyev bu barədə fərman imzalayıb. Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Slovakiya Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Çin generalları görüşdülər

İyunun 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Çin Xalq Azadlıq Ordusunun Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəis müavini general-mayor Yao Qinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarları ziyarət edilib, üzərlərinə gül dəstələri düzülərək xatirələrinə ehtiram nümayiş etdirilib. Nümayəndə heyətini salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib və bu səfərin hərbi əməkdaşlığımıza öz töhfəsini verəcəyini əminliklə ifadə edib. Azərbaycan ilə Çin arasında münasibətlərin müsbət istiqamətdə inkişafında…

Read More