Cəbhədən Xəbər 

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə buraxılış gününə həsr olunan mərasim keçirilib

Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin kursantlarının 2024-cü il üzrə təntənəli buraxılışına həsr olunan mərasim keçirilib. ARANTV.AZ  xəbər verir ki, 53-cü buraxılış mərasimi münasibətilə keçirilən tədbirdə Milli Müdafiə Universitetinin rəhbərliyi, liseyin şəxsi heyəti və rəhbərliyi, müəllimlər, məzunlar, valideynlər, Müdafiə Nazirliyinin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Hərbi orkestrin müşayiəti ilə şəxsi heyət Azərbaycanın Dövlət Himnini ifa etdikdən sonra liseyin Döyüş bayrağı təntənəli surətdə meydana gətirilib. Milli Müdafiə Universitetinin rektoru polkovnik…

Read More
Cəbhədən Xəbər 

Bir qrup azərbaycanlı kursant təhsilini Türkiyədə davam etdirəcək

Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunlarının bir qismi Türkiyədə təhsilini davam etdirəcək. ARANTV.AZ  xəbər verir ki, bu barədə türkiyəli professor Talat Canpolat hərbi liseyin kursantlarının 2024-cü il üzrə təntənəli buraxılışına həsr olunan mərasimdə deyib. O, iki ölkənin ordu quruculuğunda Ümummilli Lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün rolunu vurğulayaraq Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın son dövrdə daha da inkişaf etdiyini bildirib.

Read More
Cəbhədən Xəbər 

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

İyunun 14-ü saat 7:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Soylan rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Üç rayonumuz atəşə tutuldu

İyunun 12-si saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

“Qafqaz Qartalı-2024” təliminin təntənəli bağlanış mərasimi

“Qafqaz Qartalı – 2024” beynəlxalq təliminin bağlanışına həsr olunmuş təntənəli mərasim keçirilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bağlanış mərasimində əvvəlcə ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən azad olunması uğrunda gedən döyüşlərdə canlarını fəda edən şəhidlərimizin ruhu ehtiramla yad edilib. Daha sonra hərbi orkestrin ifasında Azərbaycan, Türkiyə və Gürcüstanın Dövlət himnləri səsləndirilib. Mərasimdə çıxış edənlər keçirilən təlimlərin üç ölkənin iştirakçı hərbi qulluqçuları arasında təcrübə mübadiləsinin aparılmasına, döyüş hazırlığının yüksəldilməsinə töhfə verdiyini bildirib. Qeyd olunub ki, təlim müddətində xüsusi təyinatlılar qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməyi…

Read More
Cəbhədən Xəbər 

Rusiya sülhməramlıları Azərbaycanı tam tərk etdilər: Xocalıda TARİXİ AN

“Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb”. ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib. Müdafiə Nazirliyinin yaydığı videoda Xocalı aeroportunda Azərbaycan bayrağının dalğalandırılması əks olunub. Həmin görüntüləri təqdim edirik:

Read More
Cəbhədən Xəbər 

“Qafqaz Qartalı – 2024” taktiki-xüsusi təlimi başa çatıb – VİDEO

Təsdiq olunan plana əsasən, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı – 2024” taktiki-xüsusi təlimi başa çatıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Hər üç ölkənin xüsusi təyinatlıları təlim zamanı aviasiya vasitələrinin dəstəyi ilə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə icra ediblər. “Qafqaz Qartalı – 2024” təlimində hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan-Avstriya hərbi əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Avstriya Federal müdafiə nazirinin Baş katibi doktor Arnold H.Kammelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilmiş ərazilərdə minatəmizləmə işləri ilə bağlı görülən tədbirlər barədə qonağı məlumatlandırıb. Görüşdə qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi, o cümlədən təhlükəsizlik sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının Avstriyanın təşkilatçılığı ilə keçirilən müxtəlif…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və İranda taktiki təlimlər keçiriləcək

2024-cü ilin hazırlıq planına uyğun olaraq, iyunun 12-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasında dislokasiya olunan bölmələri ilə taktiki təlim keçiriləcək. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Şəxsi heyət, döyüş texnikası, aviasiya vasitələri və pilotsuz uçuş aparatlarının cəlb olunduğu təlimdə əsas diqqət komandirlərin qərar qəbuletmə bacarıqlarının və onların peşəkarlıq səviyyəsinin daha da artırılmasına, eləcə də bölmələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib. Azərbaycanla İran arasında əldə olunmuş razılaşma əsasında İran İslam Respublikasının Ordusunun müvafiq qüvvə və vasitələrinin cəlb edilməsi ilə eyni vaxtda qonşu dövlətin ərazisində də taktiki təlim keçiriləcək. Hər…

Read More
Cəbhədən Xəbər 

SON DƏQİQƏ! İtkin düşən əsgərimizin cəsədi tapıldı – ACI XƏBƏR

İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi tapılıb. ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Read More