Cəbhədən Xəbər 

Xüsusi təyinatlılarımız şərti düşmənin canlı qüvvəsini məhv etdi

“Qafqaz Qartalı – 2024” birgə təlimi davam edir. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimin planına uyğun olaraq, ərazinin qorunma xüsusiyyətləri və maskalanma vasitələrindən istifadə etməklə xüsusi təyinatlılar şərti düşmənin yerləşmə məntəqəsinə qəfil basqın icra ediblər. Düşmənin komanda-idarəetmə məntəqələri, rabitə mərkəzləri sıradan çıxarılıb, eləcə də canlı qüvvəsi zərərsizləşdirilib. Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Həmin görüntüləri təqdim edirik:    

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Minskdə MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Minskdə MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək. ARANTV.AZ  xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan və Belarus müdafiə nazirləri Zakir Həsənov və Viktor Xrenin telefon danışığı zamanı MDB Müdafiə Nazirləri Şurasının iclasına hazırlıq məsələlərini müzakirə ediblər. Azərbaycanın müdafiə naziri iyulun 3-də Minskdə keçirilməsi planlaşdırılan iclasda iştirakını təsdiqləyib.

Read More
Cəbhədən Xəbər 

Ordumuzun hərbi qulluqçusu təlim zamanı həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu təlim zamanı həlak olub. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən bildirilib. “Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əhmədov Sənan Nürəddin oğlunun iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir”, – məlumatda vurğulanır. Allah rəhmət eləsin!

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Özbəkistanda rəsmi səfərdədir

İyunun 5-də Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Özbəkistan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Şuhrat Xalmuxamedovun dəvəti ilə bu ölkəyə rəsmi səfər edib. ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, general-polkovnik K.Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Daşkənddə Heydər Əliyev park-meydanında Ulu Öndərin abidəsini ziyarət edərək önünə əklil qoyub, Ümummilli Liderin xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirib. Daha sonra general-polkovnik K.Vəliyev özbəkistanlı həmkarı ilə görüşüb. Özbəkistan Respublikası…

Read More
Cəbhədən Xəbər 

Hərbi vəzifəlilərin təlim toplanışları davam edir – VİDEO

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi vəzifəlilərlə keçirilən növbəti təlim toplanışı davam edir. “İki sahil” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ehtiyatdan çağırılan hərbi vəzifəlilər hərbi hissələrdə yaradılan toplanış məntəqələrinin qərargahlarında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçir, eləcə də hərbi geyim və digər təminat növləri ilə təmin olunurlar. Toplanış zamanı hərbi vəzifəlilərə Ordumuzun arsenalında olan müasir silah və hərbi texnikanın taktiki-texniki xüsusiyyətləri, eləcə də istifadə qaydaları öyrədilir. Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, o cümlədən…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Türkiyəyə başsağlığı verdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Güraka başsağlığı ünvanlayıb. Müdafiə Nazirliyindən Musavat.com-a bildirilib ki, başsağlığında deyilir: “Kayseri şəhərində qardaş Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus SF-260D tipli hərbi təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilotların şəhid olması xəbəri məni çox kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, onlara Allahdan səbir diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Allah rəhmət eləsin”. Qeyd edək ki, Türkiyənin Kayseri vilayətində…

Read More
Cəbhədən Xəbər 

“Qafqaz Qartalı – 2024” birgə təliminin açılış mərasimi keçirilib

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Azərbaycanda keçirilən “Qafqaz Qartalı – 2024” birgə təliminin açılış mərasimi keçirilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə Azərbaycan, Türkiyə və Gürcüstan respublikalarının müdafiəsi və suverenliyinin qorunması uğrunda həlak olmuş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər üç ölkənin Dövlət Himnləri səsləndirilərək dövlət bayraqları qaldırılıb. Açılış mərasimində Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsini icra edən general-mayor Akif Pirverdiyev çıxış edərək, Müdafiə Nazirliyi rəhbərliyinin təbrikini şəxsi heyətə çatdırıb, təlim iştirakçılarına uğurlar arzulayıb. Mərasimin rəsmi hissəsi başa çatdıqdan…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov türkiyəli nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin rəisi general-polkovnik İsmail Günaydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qonaqları salamlayan müdafiə naziri onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Dövlət başçılarımızın səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini xüsusi vurğulayıb. Cari ilin 29-30 may tarixlərində Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerin dəvəti ilə qardaş ölkəyə işgüzar səfərindən məmnunluq ifadə edən general-polkovnik Z.Həsənov Türkiyədə keçirilən…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusu Naxçıvanda təlim keçdi

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) komanda-qərargah təlimi keçirilib. Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, komanda-qərargah təlimində bölmələr təlim rayonlarına çıxarılarkən onların manevr imkanları, komandirlərin və qərargahların yaranmış mürəkkəb əməliyyat şəraitində idarəetmə bacarıqları və qərargahların bölmələrin hərtərəfli təminatında fəaliyyətləri yoxlanılıb. Açılmış səhra və stasionar döyüşü idarəetmə məntəqələrində yuxarı komandanlıqdan alınmış tapşırığa əsasən əməliyyatların planlanmasına başlanılaraq optimal qərarın qəbulu üçün hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunub. Təlimin ikinci mərhələsi ənənəvi olaraq qərargahlar tərəfindən qəbul edilən qərarların, komandirlərin bölmələri idarəetmə bacarıqlarının və atəş-dəstək vasitələrinin effektiv istifadəsini görmək…

Read More
Cəbhədən Xəbər 

İndiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkib

Bu gün işğaldan azad olunmuş əraziləri öz hesabına əsaslı bərpa edən və yenidən quran Azərbaycan eyni zamanda, mina probleminin həllinə də böyük vəsaitlər sərf etmək məcburiyyətindədir. Bu işlərə texniki avadanlıq, mütəxəssislər və uzunmüddətli planlar daxildir. Hökumət bu sahədə ciddi addımlar ataraq həm təhlükəsizlik, həm də sosial-iqtisadi inkişafı təmin etməyə çalışır. Bu baxımdan beynəlxalq əməkdaşlıq və dəstək bu prosesin daha sürətli və effektiv həyata keçirilməsinə kömək edə bilər. Azərbaycan bu istiqamətdə ardıcıl işlər görür. Belə ki, Zəngilan şəhərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP)…

Read More