Cəbhədən Xəbər 

Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur

Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksəltmək məqsədi ilə hərbi hissələrdə müxtəlif xarakterli tədbirlər keçirilir. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən bildirilib. Şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərmək, şəxsi heyətin ruh yüksəkliyini daha da artırmaq və asudə vaxtının səmərəli təşkili məqsədilə Həzi Aslanov adına Ordu İdeoloji Mədəniyyət Mərkəzinin və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları hərbi hissələrdə mədəni-kütləvi tədbirlər keçiriblər. Tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Hərbi qulluqçulara vətənpərvərlik mövzusunda…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI – VİDEO

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş Ermənistan silahlı qüvvələrinə məxsus hava hücumundan müdafiə (HHM) sistemi və döyüş mövqeyinə baxış keçirilib. Bu barədə Musavat.com-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Xocalı rayonunda aşkar olunan hərbi obyektdən istismara yararlı “2K11 Kruq” zenit-raket kompleksinin tərkibinə daxil olan “1С32” raketlərin hədəfə yönləndirmə stansiyası, bir neçə “2П24” buraxıcı qurğusu və üzərində “3М8” idarəolunan zenit-raketləri ərazidən müsadirə edilib.

Read More
Cəbhədən Xəbər 

Mühəndis bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilib. ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məşğələlərə cəlb edilən şəxsi heyət mina və partlamamış döyüş sursatlarının aşkar edilərək zərərsizləşdirilməsi, mina sahələrində müxtəlif üsullarla keçidlərin açılması, maneələrin dəf edilməsi və digər tapşırıqları praktiki icra ediblər. Mühəndis təminatı tapşırıqlarını yerinə yetirən hərbi qulluqçularla keçirilən məşğələlərdə əsas məqsəd onların peşəkarlıq səviyyəsinin artırılması, silahlanmada olan müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarının təkmilləşdirilməsidir.

Read More
Cəbhədən Xəbər 

Müharibə bitdi… Bəs mina təhlükəsi necə?

Münaqişənin başa çatmasına baxmayaraq, Ermənistan Azərbaycan ərazisinə yerləşdirdiyi minaların yerləri haqqında tam və dəqiq məlumatı paylaşmaqdan imtina edir. Bu sözləri Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının açıq iclasında çıxışı zamanı deyib. Diplomat bildirib ki, bununla da Ermənistan 30 il işğalda saxladığı bölgədə Azərbaycanın yenidənqurma səylərinin həyata keçirilməsinin və yüz minlərlə məcburi köçkünün öz evlərinə qayıtması prosesini bilərəkdən gecikdirir: “Münaqişə həm də Azərbaycanı dünyanın ən çox minalanmış və çirkləndirilmiş ölkələrindən birinə çevirdi. Təxminən 1,5 milyon mina və naməlum sayda partlamamış döyüş sursatları bölgədə mülki əhali…

Read More
Cəbhədən Xəbər 

Qazaxın dörd kəndinin azad edilməsi Prezidentə məruzə edilib, Azərbaycan bayrağı ucaldılıb

Bu gün Qazaxın işğaldan azad edilən dörd kəndində Azərbaycanın Dövlət bayrağı ucaldılıb. ARANTV.AZ xəbər verir ki, Dövlət Sərhəd Xidməti Baş Qərargahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi, general-mayor Vüsal Sultanov bununla bağlı Prezident İlham Əliyevə məruzə edib. Qeyd edək ki, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşündə imzalanmış Protokola əsasən, delimitasiya işləri aparılıb. Nəticədə 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib. Bu gün Azərbaycan Respublikasının…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyinin nümayəndələri NATO-nun yüksək rütbəli zabitləri ilə görüşüb

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Brunsumda (Niderland krallığı) Müttəfiq Qüvvələrin Birləşmiş Komandanlığında (JFCBS) ekspert-qərargah görüşü keçiriblər. ARANTV.AZ xəbər verir ki, bu barədə JFCBS-in “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib. “Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin nümayəndələri son illərdə hərbi əməkdaşlığın praktiki aspektlərini qiymətləndirmək və gələcək üçün planları müəyyən etmək üçün JFCBS, Avropa Müttəfiq Qüvvələrinin Ali Qərargah Komandanlığı və NATO-nun Beynəlxalq Hərbi Qərargahından olan həmkarları ilə görüşüblər. Bu cür tərəfdaşlıqlar NATO-nun fəaliyyəti üçün çox vacibdir. İki tərəfdaş arasında dialoq, eləcə də hərbi əməkdaşlıq davam edəcək”, –…

Read More
Cəbhədən Xəbər 

Hərbi Polis İdarəsinin şəxsi heyəti ilə döyüş hazırlığı məşqləri keçirildi

2024-cü ilin hazırlıq planına əsasən, Hərbi Polis İdarəsinin şəxsi heyəti ilə döyüş hazırlığı üzrə məşqlər keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ölkəmizdə səfərdə olan Gürcüstan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis Departamentinin rəisi polkovnik Şalva Şenqelianın rəhbərlik etdiyi nümayəndə heyəti döyüş hazırlığı məşqlərini izləyib. Əvvəlcə hərbi qulluqçulara Müdafiə Nazirliyi rəhbərliyinin tədris dövrü ərzində, xüsusilə azad edilmiş ərazilərdə, hərbi polis bölmələrinin komendant xidməti fəaliyyətinin daha keyfiyyətli təşkili və sayıqlığın artırılması, həmçinin müvafiq dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin təşkilinə dair tələb və göstərişləri çatdırılıb. Döyüş hazırlığı məşqlərinə cəlb edilən hərbi polis bölmələri…

Read More
Cəbhədən Xəbər 

Ermənilərin mina terroru davam edir

Beynəlxalq ictimaiyyət isə bu problemin həllinə kifayət qədər dəstək vermir Hazırda azad edilmiş torpaqların minalardan təmizlənməsi prosesi sürətlə davam edir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi işlərinin 2026-cı ilə qədər davam etdirilməsi planlaşdırılır. Həmin ilin sonuna qədər  280 min hektar ərazi minalardan təmizlənmiş olacaq. Ötən il dövlət büdcəsindən ərazilərin minalardan təmizlənməsinə 110,2 milyon manat yönəldilib. Bu rəqəm “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb. Ərazilərin mina və partlamamış…

Read More
Cəbhədən Xəbər 

Gürcüstanın Hərbi Polis Departamentinin nümayəndə heyəti Azərbaycana səfər edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis Departamentinin rəisi polkovnik Şalva Şenqelianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olub. Əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin idarənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb. Hərbi Polis İdarəsində keçirilən görüşdə qonaqları salamlayan Hərbi Polis İdarəsinin rəisi polkovnik-leytenant Elgün Əliyev onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.…

Read More
Cəbhədən Xəbər 

Milli Müdafiə Universitetinin tabeliyində hərbi kolleclər yaradılıb

Azərbaycan Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində üç yeni hərbi kollec yaradılıb. ARANTV.AZ xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb. Bunlar Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kollecidir. Qərarla Azərbaycan Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki həmin xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələri də təsdiq edilib.

Read More