Cəbhədən Xəbər 

Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib, tapşırıqlar verib – FOTO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev artilleriya bölmələri ilə keçirilən nümayiş döyüş atışlı taktiki təlimi izləyib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, Baş Qərargah rəisi səhra məntəqəsinə gələrək tapşırıqların icrası zamanı komandir və qərargah zabitlərinin xəritə üzərində qəbul edilən qərarlara dair məruzələrini dinləyib. Bildirilib ki, həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, döyüş texnikası və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətləri məşq ediblər. Qeyd olunub ki, praktiki atışların icrası zamanı təyin edilmiş hədəflər…

Read More
Cəbhədən Xəbər 

“Anadolu Ankası – 2024” təliminin Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilib – FOTO/VİDEO

Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Ankası – 2024” (“Anatolian Phoenix – 2024”) beynəlxalq axtarış-xilasetmə təlimində Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Yüksək Səviyyəli Müşahidəçi Günündə Azərbaycan Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı hərbi attaşelik aparatının nümayəndələri iştirak ediblər. Əvvəlcə iştirakçılara təlimin gedişatı, qarşıda duran tapşırıqların məqsədi və yerinə yetirilməsi barədə statistik məlumatlar, eləcə də beynəlxalq təlimə həsr olunmuş qısametrajlı videogörüntü təqdim olunub. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra təlim poliqonunda “Anadolu Ankası – 2024”…

Read More
Cəbhədən Xəbər 

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir – VİDEO

Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlimin planına uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, qurğuların döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqları yerinə yetiriblər. Həmçinin silahlanmada olan universal radiolokasiya komplekslərindən və pilotsuz uçuş aparatlarından istifadə etməklə şərti düşmən fəaliyyətinin izlənilməsi, ona məxsus artilleriya vasitələri ilə mübarizənin aparılması, eləcə də hava kəşfiyyat cihazlarının aşkar edilərək xüsusi texniki vasitələrlə endirilməsi üzrə tapşırıqlar da müvəffəqiyyətlə icra olunub. Təlimin keçirilməsində əsas diqqət…

Read More
Cəbhədən Xəbər 

Bu gün vəfat edən hərbçimizin FOTOSU – YENİLƏNİB

Azərbaycan Ordusunun hərbi qulluqçusu Sənan Kərəm oğlu Hüseynov vəfat edib. Oxu.Az Sənan Hüseynovun fotosunu əldə edib. Həmin fotonu təqdim edirik:   09:16 Azərbaycan Ordusunun hərbi qulluqçusu Sənan Kərəm oğlu Hüseynovun kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, xidmətdən kənarda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan ordusunun hərbçisi vəfat etdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu Sənan Kərəm oğlu Hüseynovun kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, xidmətdən kənarda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın bir qrup hərbçisi təltif edilib – FOTO

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu xarici dövlətlərlə hərbi birlik və hərbi əməkdaşlıqda fərqləndiklərinə görə medallarla təltif olunublar. “Report” xəbər verir ki, medallar Xocalı rayonunda yerləşən Rusiya sülhməramlılarının yolasalınma mərasimi zamanı təqdim olunub. Medalları Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının Baş Komandanının birinci müavini, Quru Qoşunlarının Baş Qərargah rəisi general-polkovnik Yevgeni Nikiforov təqdim edib.  

Read More
Cəbhədən Xəbər 

Otuz il əvvəl itkin düşən şəhid Sirac Nərimanov dəfn edildi – FOTO

Nərimanov Sirac Fehruz oğlu Birinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Sirac naməlum şəhidlərimizdən biri kimi Beyləqan rayonunun Şəfəq qəsəbəsi ərazisində dəfn olunmuşdu. Bir neçə gün əvvəl kimliyi məlum olan Sirac Nərimanovun nəşinin qalıqları öz ata-baba yurdu Füzulidə torpağa tapşırılıb. AZƏRTAC xəbər verir ki, şəhid Sirac Nərimanovun nəşi Füzulidə izdihamla qarşılanıb, ailəsinin yaşadığı və doğulub boya-başa çatdığı Füzuli rayonunun Babı kəndinə gətirilib. Şəhidlə vida mərasimi olub və cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra şəhidin nəşi kənd məzarlığına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri,…

Read More
Cəbhədən Xəbər 

Hərbi Hava Qüvvələrində MAXE olmaq istəyənlərin NƏZƏRİNƏ – VİDEO

Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər 2024-cü il mayın 13-dən iyunun 14-dək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər. “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin…

Read More
Cəbhədən Xəbər 

“Anadolu Ankası – 2024” təlimində növbəti mərhələnin tapşırıqları icra olunub – VİDEO

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Ankası – 2024” (“Anatolian Phoenix – 2024”) beynəlxalq axtarış-xilasetmə təlimində növbəti tapşırıqlar icra edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təlimin planına uyğun olaraq, qəzaya uğramış ekipaj üzvünün paraşüt-desant və axtarış-xilasetmə qrupları tərəfindən şərti düşmən arxasında axtarışı, aşkar olunan ekipaj üzvünün yerində sorğulanması və təxliyə edilməsi üzrə fəaliyyətlər uğurla icra olunub. Qeyd edək ki, mayın 17-nə qədər davam edəcək beynəlxalq təlimdə ölkəmizi Hərbi Hava Qüvvələrinin Paraşüt-desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər.

Read More
Cəbhədən Xəbər 

Müdafiə nazirinə yeni müavin təyin olunub

Müdafiə nazirinə müavin – Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub. “Report” xəbər verir ki, bu vəzifə general-mayor Müşfiq Məmmədova həvalə olunub. Xatırladaq ki, idarənin əvvəlki rəisi hazırda Azərbaycan Ordusunun Baş Qərargah rəisi olan Kərim Vəliyev idi. K.Vəliyev Baş Qərargah rəisi təyin olunduqdan sonra bu vəzifəni general-mayor Elçin Xəlilov icra edib. Qeyd edək ki, M.Məmmədov bu təyinata qədər Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub. O, eyni zamanda Azərbaycanın Bolqarıstanda akkreditə olunmuş hərbi attaşesi vəzifəsini də icra edib.

Read More