Cəbhədən Xəbər 

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı – FOTO

Mayın 11-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə toplantı keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə naziri mayın 10-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Şuşada birinci yaşayış kompleksinin açılışı zamanı şəhərə köçmüş ilk sakinlərlə görüşündəki çıxışından irəli gələn tapşırıqları toplantı iştirakçılarına çatdırıb. Ali Baş Komandanın çıxışının Azərbaycan Ordusunda bütün şəxsi heyətə çatdırılmasının əhəmiyyətini qeyd edən nazir bununla bağlı aidiyyəti…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan hərbçilərinin Türkiyədəki təlimindən görüntülər – VİDEO

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi davam edir. Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, təlimin növbəti günündə iştirakçılara təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqlar və onların icra ardıcıllığı, axtarış-xilasetmə tədbirinin görüləcəyi ərazinin relyefi, quruluşu və iqlimi ilə bağlı zəruri məlumatları əks etdirən brifinq təqdim edilib. Təlimin planına əsasən, ərazinin vizual müşahidəsi aparılmaqla şərti düşmən obyekti qiymətləndirilib, daha sonra onun avtomobil kolonu pusquya salınıb və terror qruplaşmasının üzvləri ələ keçirilib. Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və aviasiya vasitələrinin də iştirak etdiyi təlimin…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək

Azərbaycanda ölkəmizlə yanaşı Türkiyə və Gürcüstanın iştirakı ilə təbii fəlakətlər zamanı axtarış və xilasetmə işləri üzrə birgə hərbi təlimlər keçiriləcək. ARANTV.AZ-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, təlimlər 13-18 may tarixinə planlaşdırılıb. Hərbi qurum, həmçinin Konyada Türkiyə, Azərbaycan, Qətər, Polşa, Rumıniya və Səudiyyə Ərəbistanının da iştirak etdiyi “Anadolu Ankası-2024” təliminin uğurla davam etdiyini vurğulayıb. Qeyd edək ki, mayın 6-da başlayan beynəlxalq təlim mayın 17-nə qədər davam edəcək. Təlimdə Azərbaycanı Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi…

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın bir qrup hərbçisi Türkiyəyə yola salınıb – VİDEO

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə keçirilən “EFES – 2024” çoxmillətli təlimi davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusunun çoxmillətli təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən şəxsi heyəti Türkiyəyə yola salınıb. “EFES – 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.

Read More
Cəbhədən Xəbər 

Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi – FOTO

Birinci Qarabağ müharibəsi zamanı Füzulidə itkin düşən və 30 il sonra meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndindəki kütləvi məzarlıqda tapılan Vüqar Telman oğlu Həsənovun nəşi Sabirabad rayonuna gətirilib. “Report”un məlumatına görə, Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Üçtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşən və 31 ildən sonra meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində tapılan hərbçi, 1973-cü il aprelin 21-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olmuş Həsənov Vüqar Telman oğlunun nəşi doğulduğu Sabirabad rayonunda ailəsinə təhvil verilib. Vida mərasimindən sonra şəhid V.Həsənov rayonun Muğan Gəncəli kənd qəbiristanlığında dəfn olunub.  

Read More
Cəbhədən Xəbər 

Şəhidimizin xanımı: “Xocalıdan gələnləri gördü, dedi, mən döyüşə getməliyəm” – FOTO/VİDEO

32 ildən sonra şəxsiyyəti müəyyənləşən itkin düşmüş şəhidlərimizindən biri də Cəlal Rüstəmovdur. Onun nəşi Tərtər rayonunun Şəhidlər xiyabanında dəfn edilib və bu yaxınlarda şəxsiyyəti müəyyənləşən 73 nəfərdən biridir. Cəlal Əbdülhəkim oğlu Rüstəmov 1965-ci ilin 9 aprel tarixində İsmayıllı rayonunun Mican kəndində anadan olub. Xocalı soyqırımından sonra Azərbaycanda və ölkədən kənarda yaşayan yüzlərlə azərbaycanlı könüllü döyüşmək üçün ordu sıralarına yazılıb. Xocalıda baş verən dəhşətlərdən təsirlənən Cəlal Rüstəmov da Rusiyadakı əmək fəaliyyətinə son verərək Azərbaycana qayıdıb. O, artıq mart ayında könüllü batalyonların tərkibində döyüşürdü. Cəlal Rüstəmov Ağdərə döyüşünün fəal iştirakçılarından biri olmuş Azərbaycanın Milli Qəhrəmanı Şikar…

Read More
Cəbhədən Xəbər 

Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimlərdə – FOTO/VİDEO

Türkiyənin Konya şəhərində “Anadolu Ankası – 2024” (“Anatolian Phoenix – 2024”) beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ilkin mərhələdə təlim iştirakçılarına brifinq təqdim olunub. Brifinqdə təlimin məqsədi, ssenarisi, keçiriləcəyi ərazi, müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar və təhlükəsizlik qaydaları baradə ətraflı məlumat verilib. Müxtəlif ölkələrin hərbçilərinin iştirak etdiyi təlimdə Azərbaycanı Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər. “Anadolu Ankası – 2024” təlimi mayın 17-dək davam edəcək.…

Read More
Cəbhədən Xəbər 

Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı – YENİLƏNİB

Qubadlı rayonu ərazisində sümük fraqmenti aşkar edilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyünün aşkar edilməsi faktı üzrə Qubadlı Rayon Prokurorluğunda araşdırma aparılır. 13:06 Ağdərədə sümük fraqmentləri aşkarlanıb. ARANTV.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, işğaldan azad olunmuş Ağdərə rayonu, Suqovuşan qəsəbəsi ərazisində mayın 5-də yeni binaların tikintisi ilə əlaqədar qazma işləri aparılan…

Read More
Cəbhədən Xəbər 

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlanıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, işğaldan azad olunmuş Ağdərə rayonu, Suqovuşan qəsəbəsi ərazisində mayın 5-də yeni binaların tikintisi ilə əlaqədar qazma işləri aparılan zaman insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkar edilib. Fakt üzrə Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More