Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib. ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Tədbirdə Müdafiə, Gənclər və İdman, Fövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları, Yasamal, Xəzər, Suraxanı, Sabunçu, Qaradağ, Nizami, Nəsimi, Nərimanov, Binəqədi, Səbail, Xətai və Pirallahı rayonlarının Gənclər və İdman idarələrinin nümayəndələri, hərbi liseyin zabitləri, eləcə də “Şahin” hərbi-idman oyununun hakimləri iştirak ediblər. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda…
Read More