Cəbhədən Xəbər 

HHM bölmələrimiz döyüş atışlı taktiki təlim icra edib – VİDEO

Cari ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə (HHM) bölmələrində döyüş atışlı taktiki təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Praktiki atışlardan əvvəl şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, təlimin məqsədi və atışın şərtləri izah olunub. Təlimdə heyətlər tərəfindən “İqla-S” daşına bilən zenit-raket qurğusunun döyüşə hazır vəziyyətə gətirilməsi, aşkar olunan şərti düşmənin hava hədəflərinin zərərsizləşdirilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Azərbaycan Ordusunda bölmələrin döyüş hazırlığının və şəxsi heyətin fərdi peşəkarlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlər davam edir.

Read More
Cəbhədən Xəbər 

Qubadlıda top mərmiləri aşkarlanıb

Qubadlıda top mərmiləri aşkar edilib. Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Qubadlı Rayon Polis Şöbəsinə rayonun Yazı düzü ərazisində qazıntı işləri aparılan zaman mərmilərin aşkar edilməsi ilə bağlı məlumat daxil olub. Əraziyə baxış keçirilən zaman müxtəlif kalibrli altı ədəd top mərmisi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov azad edilmiş ərazilərə dair göstərişlər verdi – FOTO/VİDEO

Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Polis İdarəsinin yaranmasının 32-ci ildönümü münasibətilə Gəncə hərbi polis bölməsində keçirilən tədbirdə iştirak edib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Şəxsi heyətlə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirildiyini qeyd edib. Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu əsas vəzifələrdən danışıb. Hərbi polis bölmələrinin xüsusilə azad edilmiş ərazilərdəki yaşayış məntəqələri və qoşunların dislokasiya yerlərində xidməti fəaliyyətini müsbət…

Read More
Cəbhədən Xəbər 

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir – VİDEO

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə cari ilin aprel ayının 1-dən başlayan qəbul davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Heydər Əliyev adına Hərbi İnstituta 2024/2025-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları: https://mod.gov.az//images/pdf/6820fc0062066317e21e6b2507739a3a.pdf Bakı və Gəncə şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən hərbi kolleclərə 2024/2025-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları: https://mod.gov.az//images/pdf/90e7f8bb492b3aaba8db4f491c41d9fc.pdf Hərbi liseylərə 2024/2025-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları: https://mod.gov.az//images/pdf/d8f357bcb988da7b395094a8e0b657a0.pdf Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə Hərbi feldşer işi ixtisası üzrə 2024/2025-cü tədris ili üçün qəbul qaydaları: https://mod.gov.az//images/pdf/7a51dfc4a8cd9fa12a2feb03840819f8.pdf Azərbaycan Tibb Universitetinin…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər – FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Taktiki təlimə ümumilikdə 300 nəfərədək şəxsi heyət, döyüş, idarəetmə və gözətçi gəmiləri, katerlər, döyüş vertolyotları və pilotsuz uçuş aparatları cəlb edilib. Plana uyğun olaraq həyəcan siqnalı ilə baza məntəqəsindən ayrılan gəmilər Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda HHQ-nin aviasiya vasitələri ilə birgə dəniz enerji infrastrukturunun hava hücumundan müdafiəsinin təşkili, şərti düşmən hədəflərinin…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı – FOTO/VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Vurğulanıb ki, əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra praktiki uçuşlar yerinə yetirilib. Ssenariyə uyğun olaraq “Su-25ML” (“Laçın”) və “Su-25” tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra edilib. Hərbi pilotların döyüş hazırlığının təkmilləşdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşları zamanı qarşıya qoyulan tapşırıqlar yüksək peşəkarlıqla yerinə…

Read More
Cəbhədən Xəbər 

Naxçıvanda ordu aviasiya hissələri 1 nömrəli hazırlığa gətirildi – FOTO/VİDEO

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib. Təlimdə yuxarı komandanlığın idarəetmə məntəqəsindən verilən “HAZIRLIQ-1” komandası ilə ordu aviasiyası və hava hücumundan müdafiə birləşmə və hissələri 1 nömrəli hazırlığa gətirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Eyni zamanda, ehtiyatda saxlanılan Hava Hücumundan Müdafiə (HHM) bölmələri döyüş tapşırığına əsasən, təyinat rayonlarına çıxaraq döyüş tapşırıqlarını icra ediblər. 2 nömrəli hazırlıqda olan aviasiya vasitələrinin heyətləri ilə uçuşdan əvvəl brifinq keçirilərək şəxsi heyət qarşısında döyüş tapşırıqları qoyulub. Uçuş heyətləri tərəfindən “Mi-17” nəqliyyat-döyüş helikopterləri ilə yer hədəflərinə aviazərbələr praktiki uçuşla təqlid edilib, çoxqatlı…

Read More
Cəbhədən Xəbər 

Tovuzda erməni təxribatının qarşısı alındı – FOTO

Tovuz rayonunda kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter aşkarlanıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib.  

Read More
Cəbhədən Xəbər 

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 16-da Xankəndi şəhəri ərazisindən üç ədəd müxtəlif markalı avtomat silahı, bir tüfəng, bir qumbara, bir alışdırıcı, 14 patron darağı, 1 195 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.

Read More