Cəbhədən Xəbər 

Azərbaycan və Türkiyə hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıb – FOTO

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşavirliyinin nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən Oxu.Az-a məlumat verilib. Bildirilib ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş nazirliyin Kommunikasiya Strategiyası ilə bağlı geniş məruzə ilə çıxış edib. Polkovnik həmçinin Azərbaycan Ordusunun şanlı qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində və sonrakı hərbi əməliyyatlarda informasiya sahəsində əldə edilən uğurlar və dezinformasiyalara qarşı aparılan mübarizə tədbirləri haqqında danışıb. Sonra qardaş…

Read More
Cəbhədən Xəbər 

Cəbrayılda minalar aşkarlanıb – FOTO/VİDEO

Cəbrayıl rayonunun Hovuslu kəndi ərazisində minalar aşkarlanıb. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib. Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları ərazidən 29 ədəd tank və piyada əleyhinə mina, üç avtomat, bir pulemyot, bir qumbaraatan və digər sursat aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.  

Read More
Cəbhədən Xəbər 

Azad edilən ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (08.04.2024 – 14.04.2024) barədə məlumat yayıb. Bu barədə ANAMA-dan Oxu.Az-a bildirilib. Məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda bir piyada əleyhinə mina, beş tank əleyhinə mina, 725 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 476,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Read More
Cəbhədən Xəbər 

General-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə iclas keçirildi

Cari ilin hazırlıq planına əsasən, Quru Qoşunlarında birinci rübün nəticələrinə dair yekun iclas keçirilib. Müdafiə Nazirliyindən Oxu.Az-a bildirilib ki, müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən iclasda Quru Qoşunlarının idarə, şöbə və bölmə rəisləri, eləcə də videobağlantı vasitəsilə birlik, birləşmə komandirləri, onların müavinləri və tabor komandirləri iştirak ediblər. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. İclasda tabelikdəki hərbi hissələrdə 2024-cü ilin birinci rübü ərzində xidməti-döyüş fəaliyyətinin təşkili, bu istiqamətdə…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun Daşkəsən istiqamətindəki mövqeləri atəşə tutulub – VİDEO

Aprelin 12-i saat 16:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Ağdamda mina partlayışı olub: Xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI – YENİLƏNİB

“İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan Mirfəttah Bağır oğlu Bağırovun vəziyyəti ağırdır”. “Report” xəbər verir ki, bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov bildirib. “Xəstə daxil olarkən diaqnozu sol pəncənin, sol baldırın aşağı üçdə biri də daxil olmaqla, pəncəsinin travmatik amputasiyası, sol baldırın arxa sahəsinin genişsahəli qəlpə yaralanması, travmatik şok ağır dərəcəli diaqnozu ilə daxil olub. Bununla yanaşı, o, şəkərli diabet xəstəsidir”, – V.Məmmədov deyib. Onun sözlərinə görə, hazırda lazımi tibbi müdaxilələr icra olunur və cərrahi əməliyyat planlaşdırılır. 18:16 Bu gün mina partlayışı nəticəsində…

Read More
Cəbhədən Xəbər 

“Xocavənd əməliyyatı”nda sağ qalan yeganə kəşfiyyatçı: “Mənə böyük işgəncələr verilirdi”

“Bir il 11 ay əsirlikdə olduğum zaman ağır yaralı olmağıma baxmayaraq, ermənilər tərəfindən mənə böyük işgəncələr verilirdi”. Bunu ”Report”un əməkdaşına açıqlamasında “Xocavənd əməliyyatı”nda sağ qalan yeganə kəşfiyyatçı Aqil Əhmədov deyib. “1997-ci ilin aprelində təxminən bu saatlarda yeddi qardaşım şəhid olub. Mən isə ağır yaralanmışdım. Huşsuz vəziyyətdə düşmən tərəfindən əsir götürülmüşdüm. Bir il 11 ay müddətində əsirlikdə saxlanıldım. Altı ay sonra ulu öndər Heydər Əliyevin səyi ilə şəhid qardaşlarımın nəşi düşməndən geri alındı. 1999-cu ilin martında Heydər Əliyevin təkidi ilə əsirlikdən azad olundum”, – deyə o bildirib. Aqil Əhmədov əlavə edib ki, artıq bir neçə…

Read More
Cəbhədən Xəbər 

Sərhədçi əsgərlərin ehtiyata buraxılması ilə əlaqədar silsilə tədbirlər təşkil olunub

Ramazan bayramı ərəfəsində Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə əlaqədar silsilə tədbirlər keçirilib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “İki sahil”ə bildiriblər ki, keçirilən tədbirlərdə sərhədçilərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında dövlət sərhədinin mühafizə və müdafiəsində əzmlə xidmət aparmaqdan qürur duyması vurğulanıb. Dövlət Sərhəd Xidmətinin sıralarında hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına vəzifələrini şərəflə yerinə yetirdiklərinə və Vətənə layiqincə xidmət etdiklərinə görə təşəkkür ifadə olunub. Xidmət etdikləri…

Read More
Cəbhədən Xəbər 

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub – VİDEO

Aprelin doqquzu saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi gənc əsgərlərin ailə üzvləri və yaxınlarına müraciət etdi – FOTO

Gənc əsgərlərin ailə üzvləri və yaxınları ilə görüşü məhdudlaşdırılıb. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu prosesi davam edir. Hərbi hissələrin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra çağırışçılar tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən təkrar müayinə olunurlar. Daha sonra mövsümə uyğun hərbi geyim və digər təminat növləri ilə təmin edilirlər. Təlim hərbi hissələrində gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq çağırışçılarla fərdi hazırlıq məşğələləri keçirilir, onlara hərbi xidmətin xüsusiyyətləri, təhlükəsizlik qaydaları, nizamnamələrin…

Read More