Cəbhədən Xəbər 

Azərbaycanın Baş Qərargah rəisi MDB Qərargah Komitəsinin iclasında iştirak edib

Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev MDB ölkələrinin Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin Moskvada keçirilən iclasında iştirak edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. İclasda Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan da nümayəndələr iştirak ediblər. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, görüş zamanı dünyada və MDB-yə üzv ölkələrin sərhədlərinin perimetri boyunca hərbi-siyasi vəziyyət əsaslı şəkildə təhlil edilib. “Görüş iştirakçılarına Rusiya hərbi-sənaye kompleksinin müəssisələri tərəfindən yaradılmış müasir silahlarla tanış olmaq imkanı yaradılıb. Onlara pilotsuz uçuş aparatlarına…

Read More
Cəbhədən Xəbər 

MN: “Azərbaycan əsgəri ehtimal edilən istənilən təxribatın qarşısını almağa qadirdir” – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, çətin relyefli və yüksək dağlıq ərazilərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun olaraq sutkaboyu döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir, fasiləsiz xidmət aparılır. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılır, onların döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanması üçün mütəmadi olaraq məşğələlər keçirilir: “Ordu sıralarında xidmət edən vətənpərvər gənclərimiz komandirlərin onlara aşıladığı hərbi biliklər sayəsində qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gəlirlər. Bu gün Ali Baş Komandanın diqqət və qayğısını…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan HDQ Türkiyə modelinə uyğunlaşdırılır – FOTO

Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) imkan və qabiliyyətinin inkişafı üzrə konfrans keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, konfransda əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfrans iştirakçılarını salamlayan birinci dərəcəli kapitan Teymur Mürşüdov Azərbaycan Ordusunun digər bölmələrində olduğu kimi, HDQ-nin də Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, aparılan islahatlar çərçivəsində müasir tələblərə cavab verən ştat-strukturun qurulması, hərbi qulluqçuların peşəkarlığının daha da…

Read More
Cəbhədən Xəbər 

Ölümsaçan erməni “irs”i!

Beynəlxalq ictimaiyyət işğal dövründə minaladığı ərazilərin xəritələrini Azərbaycana təhvil verməsi üçün Ermənistana təzyiq göstərməlidir Ermənistanla Azərbaycan arasında sülhə aparan yol hər iki tərəfin humanizm prinsiplərinə sadiqlik nümayiş etdirməsi ilə birbaşa bağlıdır. Ancaq 44 günlük İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən müddət göstərdi ki, Azərbaycandan fərqli olaraq Ermənistan sülh danışıqlarında qeyri-konstruktiv mövqe tutduğu kimi, beynəlxalq səviyyədə qəbul edilmiş humanist dəyərlərə də məhəl qoymur və bu sahədə hələ də cavabını gözləyən ciddi suallar var. Əgər Ermənistan etimad mühitinin formalaşmasında həqiqətən maraqlı idisə o zaman müharibədən dərhal sonra işğal dövründə minaladığı ərazilərin dəqiq…

Read More
Cəbhədən Xəbər 

Lələtəpədən başlanan Zəfər yolu

«Aprel döyüşləri bizim qəhrəmanlıq rəmzimizdir!» söyləyən Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrinə hər zaman hazır olan, düşmənə layiq olduğu cavabı verən hərbçilərimiz Azərbaycan Bayrağını Xankəndidə qaldırmaqla erməni separatizminin kökünü əbədilik kəsdilər Hər bir xalqın milli ideologiyası o zaman bəşəri dəyərlərlə zənginləşir ki, təfəkküründə, genetik xüsusiyyətlərində insanlığa xas keyfiyyətlər, humanizm, başqalarına hörmət cüzi də olsa hiss edilsin. Bütün dünya xalqları da bilir ki, saxta tarixi olan ermənilər millət, xalq deyil, etnik qruplardır. Bu tayfanın ideologiyasının əsasını terror, saxtakarlıq, məkr, dini, irqi ayrı- seçkilik, məsumluq cildinə girmək,yalanlarını reallıq kimi qələmə vermək,…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov: “Azərbaycanla Türkiyənin birgə layihələri ölkələrimizin müdafiə qüdrətini artıracaq”-FOTO/VİDEO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən birgə istehsalat layihələrinin iki qardaş ölkənin ordularının müdafiə qüdrətini daha da artıracağına əminliyini ifadə edib. H.Görgün öz növbəsində göstərilən qonaqpərvərliyə görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirib, dövlət başçılarımızın…

Read More
Cəbhədən Xəbər 

Aprel döyüşləri Azərbaycan Ordusunun qələbə əzmini bütün dünyaya göstərdi

Azərbaycan Ordusunun 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı – Aprel döyüşlərindən 8 il ötür. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ordumuz tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən ağır məğlubiyyətə uğradı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad edildi, həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Parlaq tarixi qələbələrimizdən olan, hərb tariximizə qızıl hərflərlə yazılan, qəhrəman oğullarımızın misilsiz şücaəti ilə qazanılan şanlı Aprel döyüşləri bütün dünyaya…

Read More
Cəbhədən Xəbər 

“Cəmi 18 dəqiqəyə “Ohanyan xətti” yarılmışdı”: Aprel şəhidlərinin yaxınları DANIŞDILAR – FOTO

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 8 il ötür. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb. Aprel döyüşləri İkinci Qarabağ müharibəsinə gedən yolda ən vacib hadisələrdən biri hesab edilir. Azərbaycan ərazisinin işğalçı və separatçılardan tam təmizlənməsinin bünövrəsi məhz Aprel…

Read More
Cəbhədən Xəbər 

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – FOTO/VİDEO

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) 2024-cü ilin döyüş hazırlığı planına əsasən, “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinəyetirmə bacarıqlarının və həyatdaqalma vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar müxtəlif fəaliyyətlər icra ediblər. Taktiki fəaliyyətlər zamanı xüsusi təyinatlılar xəritə üzərində tapşırıqları dəqiqləşdirdikdən sonra gecə qaranlığında şərti düşmənin arxasına sızaraq mövqelərə basqın tapşırığını icra ediblər. Təlimdə şəxsi heyətin sıldırım qayalıqlara dırmanaraq dağdan iplərlə enməsi, eyni zamanda, ekstremal şəraitdə yaralıların qayalıqlardan təxliyə edilməsi məşq etdirilib. Xüsusi təyinatlı…

Read More
Cəbhədən Xəbər 

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutub. Bu barədə müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, aprelin 1-də saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Read More