Cəbhədən Xəbər 

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutub. Bu barədə müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, aprelin 1-də saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Read More
Cəbhədən Xəbər 

Ermənistan Azərbaycan ilə şərti sərhəddə hücum xarakterli dayaq məntəqələri qurmağa davam edir – VİDEO

Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi barədə 31 mart 2024-cü il tarixində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat yayılıb. Şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda deyilir. Bildirilib ki, yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları…

Read More
Cəbhədən Xəbər 

Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşib

Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Məlumata əsasən, qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların 18 nəfərə məxsus olduğu (dörd nəfərin azyaşlı olması ehtimal edilir), müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunma və nişanlanmalarının təmin olunmaması müəyyən edilib. Bildirilib ki, aşkar edilmiş insan qalıqları xüsusiyyətlərinə görə ən azı…

Read More
Cəbhədən Xəbər 

MN: Ermənilərin 480 km boyunca izləmə apardığı vasitələr antiterror tədbirlərində sıradan çıxarılıb – FOTO

Azərbaycan Ordusu tərəfindən Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirlərinin ilkin mərhələsində Ermənistan silahlı qüvvələrinin səngər, atəş mövqeyi və dayaq məntəqələrində, eləcə də daimi dislokasiya yerlərində əvvəlcədən yerləri müəyyən edilmiş izləmə-müşahidə vasitələri legitim hərbi hədəf olaraq sıradan çıxarılıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir. Qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinə məxsus 200-dən artıq optik-elektron və müşahidə kameraları bölmələrimizin və mülki sakinlərimizin hərəkətini izləmək, onlara qarşı müxtəlif xarakterli təxribat fəaliyyətləri həyata keçirmək məqsədilə kustar üsulla hazırlanaraq 480 kilometrədək keçmiş təmas xətti boyunca 10-15 və 20-30 metr hündürlükdə quraşdırılmışdı. Qarabağ iqtisadi rayonunda…

Read More
Cəbhədən Xəbər 

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başlayıb

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başlayıb. Bu barədə Oxu.Az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) məlumat verilib. Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 21-də Azərbaycan vətəndaşlarının 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Read More
Cəbhədən Xəbər 

Xocalıda kütləvi məzarlıqda daha iki şəxsə aid qalıqlar aşkarlanıb

“Hazırda Xocalı soyqırımı qurbanlarının sümüklərinin aşkarlandığı yerdən daha iki nəfərə məxsus olduğu ehtimal edilən qalıqlar var”. APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib. Onun sözlərinə görə, hazırda ərazidə qazıntı işləri davam etdirilir. Tapıntısına rast gəlinən hər iki şəxsin sümükləri qablaşdırılaraq, Bakıya Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndəriləcək: “Qazıntı işlərinə bu gün başlanılıb. Hələ ki, bir şəxsə məxsus sümük qalıqları aşkar olunub. Qazıntının divarının o biri tərəfində isə sümük qalıqlarının ucları görünür. Orda da ən azı yəqin ki,…

Read More
Cəbhədən Xəbər 

Qarabağ münaqişəsinin ilk şəhidlərindən birinin məzarı tapıldı – FOTO

Qarabağ münaqişəsinin ilk şəhidlərindən birinin məzarı tapılıb. Bizim.Media xəbər verir ki, məzar Ağdam rayonunun işğaldan azad edilmiş Qarağacı qəbiristanlığında tapılıb. Belə ki, şəhid Əli Kamal Oğlu Hacıyevin qardaşı Arif Hacıyev uzun müddət idi ki, məzarı axtardığını deyir. Qəbiristanlıq erməni vandalları tərəfindən tamamilə dağıdıldığı üçün axtarışlar nəticə verməyib. İllər sonra məzar bu gün aşkar edilib. Qeyd edək ki, Əli Hacıyev 1988-ci ildə Qarabağda yaşayan ermənilərin torpaq iddialarına qarşı aksiya zamanı şəhid olub. Həmin ilin 22 fevralında Ağdam şəhərindən Əsgəran qəsəbəsi istiqamətinə təşkil olunan dinc aksiya zamanı 23 yaşlı Əli Hacıyev və 16…

Read More
Cəbhədən Xəbər 

Gözlərinə mismar vurulub diri-diri basdırılanlar: Yaşı əsri ötən dəhşətli faciənin hekayəsi – VİDEO

“Quba Soyqırımı zamanı kişilərin gözü qabağında qadınlarına təcavüz edib, hamilə qadınların qarınlarını deşərək övladlarını bətnindən çıxarıblar”. Bunu “Report”a müsahibəsində 65 yaşlı Quba şəhər sakini Yavuşa Simanduyev deyib. Y.Simanduyevin sözlərinə görə, o bu barədə ata-babalarından eşidib: “Biz onların söylədikləri tükürpərdici hadisələri eşidərək böyümüşük. Dediklərinə görə, ermənilər nəinki azərbaycanlılara, eyni zamanda orada yaşayan digər etnik qruplara qarşı da amansızlıqlar törədiblər. Atam söyləyirdi ki, o vaxtı ermənilər kim qarşılarına çıxıb, güllələyiblər, insanlara zülm ediblər. Ən dəhşətli məqamlardan biri isə odur ki, kişilərə əzab vermək, qürurlarını sındırmaq üçün onların qarşısında qadınlarına təcavüz ediblər. Hətta bəzi…

Read More
Cəbhədən Xəbər 

“Tunel qırğını”nın şahidi: “Gözümün önündə anamı, atamı qətlə yetirdilər” – VİDEO

“Gözümün önündə anamı, atamı qətlə yetirdilər”. Bu sözləri APA TV-yə müsahibəsi zamanı “Tunel qırğını”nın şahidi olmuş Müşfiq Əliyev deyib. O faciə zamanı ermənilərin törətdikləri vəhşiliklər və qeyri-insani davranışlardan söz açıb. Qeyd edək ki, 1993-cü il 31 mart tarixində törədilən faciə zamanı bir çox Kəlbəcər sakini ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib. Ətraflı müsahibəni təqdim edirik:

Read More