Cəbhədən Xəbər 

Azərbaycan MN xəbərdarlıq edib: “Şərti sərhəddə Ermənistan qoşunlarının intensiv hərəkəti müşahidə olunur”

“Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur”. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir. Xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən…

Read More
Cəbhədən Xəbər 

Xocalıda qalıqları aşkarlanan iki nəfərlə vida mərasimi keçirilib – YENİLƏNİB + FOTO/VİDEO

Xocalı faciəsi zamanı itkin düşən, şəhər işğaldan azad edildikdən sonra meytinin qalıqları tapılan Əli Cavadov və Şiraslan Nəcəfovla 32 ildən sonra vida mərasimi keçirilib. “Report”un məlumatına görə, vida mərasimi Xocalıdan olan keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Goranboyda baş tutub. Qeyd edək ki, Xocalı faciəsi zamanı şəhid olan hər iki sakinin ailəsi Goranboy rayonunda məskunlaşıb. Üç qız, üç oğul atası olan Əli Cavadov 39 yaşında, səkkiz övladı olan Şiraslan Nəcəfov isə 40 yaşında öldürülüb. Onlar həm də yeznə-qayın olublar. Sabah onların nəşi Xocalı şəhərinə aparılaraq orada torpağa tapşırılacaq. Xatırladaq ki, Xocalı…

Read More
Cəbhədən Xəbər 

Xocalı şəhərində insan qalıqları tapıldı – FOTO/VİDEO

Martın 28-də işğaldan azad edilmiş Xocalı şəhərinin Qaladərəsi adlanan hissəsində yerləşən su anbarının yaxınlığında həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə insana məxsus olması ehtimal edilən sümük fraqmentləri və qalıqların aşkar olunması barədə Xocalı Rayon Prokurorluğuna məlumat daxil olub. Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Daxil olmuş məlumat əsasında Baş Prokurorluğunun peşəkar əməkdaşları hadisə yerinə ezam olunmaqla, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əməkdaşlarının…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov hərbi hissələrlə bağlı tapşırıq verdi

Martın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, nazirliyin baş idarə və idarə rəisləri, eləcə də hərbi hissə komandirlərinin bilavasitə və videobağlantı vasitəsilə iştirak etdiyi müşavirədə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların, həmçinin 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdıran müdafiə naziri Azərbaycan Respublikasının…

Read More
Cəbhədən Xəbər 

Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb

Azərbaycan Silahlı Qüvvələrinin Belarus Respublikasındakı hərbi attaşelik aparatının nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı, belarusəsilli Davidoviç Anatoliy Nikolayeviçin anadan olmasının ildönümü ilə əlaqədar onun məzarını ziyarət edib, önünə Müdafiə Nazirliyi adından gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, attaşelik aparatının nümayəndələri, həmçinin Milli Qəhrəmanın anası Kima Davidoviçin səhhəti və qayğıları ilə yaxından maraqlanıblar. Milli Qəhrəmanın anası övladının xatirəsinə olan ehtirama, eləcə də göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edək ki, A.Davidoviç Azərbaycanın ərazi…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyindən 30 yaşınadək hərbi vəzifəlilərə MÜRACİƏT – VİDEO

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər mart ayının 27-dən aprel ayının 26-dək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər. “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi…

Read More
Cəbhədən Xəbər 

Qarabağda ermənilərə məxsus növbəti dayaq məntəqəsi aşkar edildi – VİDEO

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ iqtisadi rayonunda əraziyə baxış zamanı Ermənistan silahlı qüvvələrinə məxsus növbəti tərk edilmiş dayaq məntəqəsi aşkar edilib. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Ağdərə rayonu ərazisində meşəlik zonada yerləşən dayaq məntəqəsindən 1 ədəd “T-72B” tankı, 4 ədəd “D-20” artilleriya qurğusu, artilleriya mərmisi ilə dolu 3 ədəd “Ural” və 1 ədəd “KamAZ” markalı hərbi avtomobil və xüsusi texnikalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən təxliyə edilib. Aşkar edilmiş dayaq məntəqəsində mövcud olan atəş vasitələrinin 10 noyabr 2020-ci ildən sonra yaranmış təmas xəttindən dərində…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda zabit olmaq istəyənlərin NƏZƏRİNƏ – VİDEO

Müdafiə Nazirliyinin hərbi hissələrinə psixoloq ixtisası üzrə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 30 yaşınadək olan vətəndaşlar martın 27-dən aprelin 20-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilirlər. Komissiyanın…

Read More
Cəbhədən Xəbər 

Pakistan xüsusi təyinatlıları: İstər quruda, istərsə də suda dünyanın ən güclüləri sırasında – VİDEO

“Caliber.Az”da yayımlanan “Dünya orduları” layihəsi Pakistan xüsusi təyinatlılarının döyüş hazırlığına həsr edilib. Müəllif bildirir ki, Pakistan Silahlı Qüvvələri istər quruda, istərsə də suda dünyanın ən güclü orduları sırasında yer alır. Süjetdə qeyd olunur ki, Pakistan ordusu ötən əsrin 1950-ci illərində, xüsusən, ABŞ-dən olan hərbi konstruktorların fəal iştirakı ilə yaradılıb. Daha ətraflı “Caliber”in yeni videomaterialında:

Read More