Cəbhədən Xəbər 

Hərbçilərimiz “Akıncı” hücum PUA-larını havaya qaldırdılar – VİDEO

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) pilotsuz uçuş aparatları (PUA) bölmələri ilə keçirilən təlim-məşq uçuşları davam etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təlim-məşq uçuşlarından əvvəl heyətlər tərəfindən PUA-ların döyüşə hazırolma vəziyyətinə gətirilməsi üzrə fəaliyyətlər icra olunub. Əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-ları tərəfindən hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunması, eləcə də digər tapşırıqlar yerinə yetirilib. Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə PUA heyətləri qarşıya qoyulan…

Read More
Cəbhədən Xəbər 

MN: “Ermənistanın dezinformasiya maşını fəaliyyətini davam etdirir”

“Ermənistanın dövlət strukturlarına bağlı bəzi sosial media kanalları Laçın istiqamətində guya bu gün səhər saatlarında baş vermiş hadisə ilə bağlı qeyri-peşəkar şəkildə montaj olunmuş, dezinformasiya xarakterli video paylaşıblar”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. “Təqdim olunan videonun metaməlumatlarının tədqiqi və aparılan qısa araşdırma nəticəsində müəyyən edilib ki, fərqli zamanda və fərqli coğrafi məkanda çəkilmiş videogörüntülərin bugünkü hadisə ilə heç bir əlaqəsi yoxdur”, – məlumatda deyilir.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun əsgəri Laçında azaraq itkin düşdü

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Read More
Cəbhədən Xəbər 

Türkiyənin milli müdafiə nazirinin müavini hərbi institutu ziyarət edib – FOTO/VİDEO

Ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının milli müdafiə nazirinin müavini cənab Şuay Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə hərbi institutun qərargahı qarşısında ucaldılan xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi ziyarət edilib, qarşısına qızılgüllər qoyulub, xatirələri dərin hörmət və ehtiramla anılıb. Qonaqlara hərbi institutun tarixi və əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim edilib, iki qardaş ölkə arasında hərbi təhsil sahəsində görülən…

Read More
Cəbhədən Xəbər 

Laçında azan hərbçimizin atasından AÇIQLAMA – FOTO

Bu gün səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal axtarış tədbirləri başlayıb. Bizim.media əlverişsiz hava şəraiti səbəbindən azan, əslən Şəmkir rayonundan olan hərbçimiz Ruslan Pənahovun atası ilə əlaqə yaradıb. Xəbəri yeni eşidən Eldəniz Pənahov oğluna görə narahatlığını ifadə edib: “Xəbəri indi eşitdik. Çox narahatıq. Yeddi aydır ki, Laçında hərbi xidmətdə idi. Sonuncu dəfə oğlumla dünən danışdıq. Səhhətinin yerində və hər şeyin qaydasında…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Türkiyənin milli müdafiə nazirinin müavini ilə ordudakı islahatlardan danışdı – FOTO/VİDEO

Fevralın 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin milli müdafiə nazirinin müavini Şuay Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdən əvvəl türkiyəli qonaqlar Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər. Müdafiə Nazirliyində keçirilən görüşdə Türkiyə nümayəndə heyətini salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin dostluq və qardaşlıq münasibətləri…

Read More
Cəbhədən Xəbər 

Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıblar – VİDEO

2024-cü ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi təyinatlıları ilə kəşfiyyat tapşırıqlarının icrası üzrə məşqlər keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Real döyüş şəraitinə uyğunlaşdırılmış təlim məşqlərində xüsusi təyinatlılar müasir texnologiya və yeni döyüş taktikasından istifadə edərək antiterror əməliyyatlarında, o cümlədən yaşayış məntəqələrindəki infrastruktur obyektlərində gizlənən şərti düşmənin terror qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqları icra ediblər. Xüsusi təyinatlılar zərbə PUA-sı tətbiq edilməklə şərti düşmənin müşahidə məntəqələri və uzunmüddətli atəş nöqtələrini sıradan çıxarıb, aerozol pərdəsindən və ərazinin qorunma xüsusiyyətlərindən istifadə etməklə mobil qruplar şəklində mövqelərə qəfil…

Read More
Cəbhədən Xəbər 

Ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin iştirakı ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilib – FOTO

2024-cü ilin hazırlıq planına əsasən, “N” hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Təlim toplanışının başa çatması münasibətilə bağlanış mərasimi keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərasimdə çıxış edənlər vurğulayıblar ki, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlim toplanışının əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı,…

Read More
Cəbhədən Xəbər 

MN: “Ermənistan silahlı təxribatlarını dezinformasiya ilə ört-basdır etməyə çalışır”

Azərbaycan Respublikası Müdafiə Nazirliyi fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə rəsmi məlumat verib. Atəşin bu koordinatlarda (40° 05′ 04” N; 45° 52′ 28” E coğrafi koordinatlarda) yerləşən Ermənistan silahlı qüvvələrinin postundan açıldığı dəqiqliklə müvafiq müşahidə vasitələri ilə təsbit edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bundan bir müddət sonra Ermənistanın Müdafiə Nazirliyi törətdiyi silahlı təxribatı ört-basdır etmək məqsədilə guya atəşin bölmələrimiz tərəfindən açılması barədə məlumat yaymış və…

Read More