Gündəm Manset 

Azərbaycanda Bilik Günüdür

Bu gündən ibtidai siniflər üçün tədris əyani formada başlayır. Təhsil müəssisələrində dərslər təhsilalanların sayından asılı olaraq, təsdiq edilən qrafikə uyğun olaraq, səhər saat 8-dən başlayaraq növbəli qaydada həyata keçiriləcək. Ümumi təhsil müəssisələrində əyani şəkildə Bilik günü keçirilməyəcək. Buna səbəb Nazirlər Kabinetinin təsdiq etdiyi xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydalara əsasən, təhsilalanların və təhsilverənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsinə yol verilməməsidir. Bilik günü onlayn qaydada baş tutacaq: “Təhsil Nazirliyinin rəhbər işçiləri, təhsilverənlər və ekspertlər qoşularaq qısa təbriklərini çatdıracaqlar.…

Read More
Gündəm Manset 

Qalib Məmmədov “alçaq məxluq” olduğunu söyüşləri ilə sübuta yetirir-VIDEO

  Son üç-dörd ildir ki, həyatımıza dərindən müdaxilə edən internet resurslarından, sosial şəbəkələrdən  istifadə edənlər, heç də belə bir imkanlardan xalqımıza məxsus ümumilli problemlərin həll olunması üçün istifadə etmirlər. Yəni, elə şəxslər var ki, bu gün onlar internet resurslarını, sosial şəbəkələri söyüş ritorikası, qaralama kampaniyası məkanına çeviriblər. Ələlxüsus, xaricə çıxıb gedən və Avropanın müəyyən ölkələrində siyasi sığınacaq alan şəbəkə fəallarından bəziləri, son vaxtlar bu cür eybəcər üsullardan daha çox istifadə edirlər. Söyüş şəbəkəsinin üzvləri xaricdə oturub həm “YouTube”, həm də müxtəlif sosial şəbəkələr vasitəsilə ölkəmizdə bəzi vəzifə sahiblərinin ailəsini, həyat yoldaşını,…

Read More
Gündəm Manset 

Çingiz Mustafayevin anadan olmasının 60-cı ildönümüdür

Bu gün Azərbaycanın şəhid telejurnalisti, Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür. Şəhidin anadan olmasından 60 il ötür. Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin-Yar kəndində Fuad Mustafayev və Naxış Mustafayevanın ailəsində anadan olub. Atası onu hərbçi görmək istədiyindən, Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseyə yollayıb. Novator fikirlərə malik Ç.Mustafayev 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olub. O, Azərbaycanın ilk DJ kimi də tanınır. Anası onu həkim görmək istədiyindən, Çingiz Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olub. 1983-cü ildə institutu uğurla bitirib. Daha sonra, o, İnşaat…

Read More
Manset Region Xəbərləri 

Seyid Yusif Ağanın anım günüdür

Seyid Yusif ağa 1926 cı il fevral ayının 3-də Bərdədə ruhani ailəsində anadan olub. Atası Seyid Hüseyn Ağa mötəbər şəxslərindən biri olub. Anasını iki aylığında itirən Seyid Yusif ağa atasının himayəsi altında böyüyüb. Seyid Yusif Ağa 2005 ci ilin avqust ayının 26 – da dünyasını dəyişib.Seyidin doğuldugu kənd Ağanın adını daşıdığından indi Seyid Yusifli adlanır. Hamı böyük ehtiramla üz tutur  Seyid Yusif Ağa ocağına. Seyid Yusif ağa ocağı yenə də ziyarətçilərlə dolu olur, yenə də qurbanlar kəsilir, ehsan süfrələri açılır. Şükürlər olsun böyük yaradanın məsləhətinə ki, bu müqəddəs ocağın istisini,…

Read More
Əsas səhifə Manset 

Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür. Mehriban Arif qızı Əliyeva – 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1981-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1990-cı illərdə İ.M.Seçenov adına Birinci Moskva Tibb İnstitutunda “Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçib. 1988–1992-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib. 1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi…

Read More
Manset Region Xəbərləri 

Bərdə bələdiyyəsinin sədri  Sadiq Xəlilov yüz ailəyə qurban əti payladı-Video

Bərdə bələdiyyəsinin sədri Xəlilov Sadiq 100 ailədən artıq ailənin qapısın döyub Qurban bayramın təbrik edti. Bərdə bələdiyyəsinin sədri  Sadiq Xəlilov qurban bayramı münasibətilə torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhid ailələrini Qarabağ qazilərini məcburi köçkünləri və eləcə də aztəminatlı ailələri ziyarət edib. Arantv.az-ın  məlumata görə, ziyarət zamanı Bərdə bələdiyyəsinin sədri  Müqəddəs Qurban bayramı münasibəti ilə yüz ailəni təbrik edib, onlara  qurban sovqatları təqdim etmişdir. Bu təşəbbüsü minnətdarlıq hissi ilə qarşılayan sakinlər göstərdikləri diqqətə görə,  Sadiq Xəlilova öz təşəkkürlərini ifadə ediblər.      

Read More
Manset 

1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Mənəvi sərvətimiz  olan ana dilimizi qoruyaq!  Milli-mənəvi dəyərlərimizin qorunmasında böyük  xidmətləri olan   ulu öndər Heydər Əliyev  varlığımızı təsdiqləyən dilimizin saflığının qorunmasına xüsusi diqqət göstərmişdir.  Azərbaycan dili uzun illəri əhatə edən formalaşma dövründə siyasi, dini,  mədəni münasibətdə olduğu  xalqlar arasında ünsiyyət vasitəsi  kimi  başqa dillərə də  təsir etmişdir. Xalqımızın ən qiymətli sərvəti olan dilimizə başqa  millətlərin  nümayəndələrinin verdikləri qiymətdən də aydın olur. Ölkəmizdə yaşayan və dinindən, dilindən, milliyyətindən asılı olmayaraq Azərbaycan dilini ikinci ana dili kimi  qəbul  edən bütün vətəndaşlar üçün ünsiyyət vasitəsi  olan doğma dilimizin xalqımızın elmi, bədii məntiqi təfəkkürünün…

Read More
Manset Sosial 

Ümid, sevgi, qayğı, xeyirxahlıq, həmrəylik bayramı…

Bir-birini əvəzləyən günlərin işığında təqvim vərəqinə nəzər saldıqda,  bayram tarixlərinin yaxınlaşdığını gördükdə qəlbimizə və ruhumuza  sevinc hissləri dolur. Sanki əhvalımızda şadlıq  gülləri qönçələnir, həyat eşqi yüksəlir. Çünki bayram elə bir məfhumdur ki, yaşından asılı olmayaraq hər kəs onun gəlişinə körpə uşaq kimi sevinir. Bayram bərəkətdir, ümiddir, sevgidir, qayğıdır. Bu gün millət, xalq, müsəlman olaraq bölüşdüyümüz sevincli və özünəməxsus özəl günlər var. Bunlar dini bayramlarımız olan Ramazan və Qurban bayramlarıdır. Bu bayramlar dünya müsəlmanlarının ortaq şadlıq günlərinə çevrilib. İllərdir ki, ölkəmizdə keçirilən bayramlar milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təcəssümünə…

Read More
Cəmiyyət Manset 

Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq.

Şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb.  8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Eyni zamanda, əlillər üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, bu il bu sahədə ən böyük göstəriciyə nail olunub. Sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox…

Read More
Gündəm Manset 

Bu gün Milli Mətbuat Günüdür

Bu gün Azərbaycan mətbuatının yaranmasının 145-ci ildönümüdür. ARANTV.AZ-ın məlumatına görə, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə alıb. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxıb. “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurub. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görüb. “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb. Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanıb. Azərbaycan mətbuatının ilk müjdəçisi “Əkinçi”dən sonra bu…

Read More