Manset 

Şəhidlik: Hər bir əsgərin ali və müqəddəs rütbəsi

… General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov, Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizirlər İlqar Zeynallı, Yaşar Babayev, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgərlər Xəyyam Daşdəmirov, Elçin Mustafazadə. …Bir neçə gün bundan əvvəl onlar şəxsiyyətlərini bildirən sənədlərində bu cür tanınırdılar. Tərcümeyi-hallarında ictimai mənsubiyyətləri ilə bağlı qeydlərdə bəzi fərqlər olsa da, eyni peşənin sahibləri idilər. Kişilik məktəbinin məzunları olan, artıq eyni adı daşıyan Vətənin sadiq əsgərlərinin vəzifələri ana qədər müqəddəs olan torpağı qorumaq idi. Artıq rütbəsindən, əvvəl tutduqları vəzifələrindən, yaşlarından, doğulduqları məkandan asılı olmayaraq dünyaya göz…

Read More
Cəmiyyət Manset 

Bu əməliyyat, son günlər ərzində baş vermiş hərbi toqquşma – bizim növbəti şanlı qələbəmizdir – İlham Əliyev

İyulun 12-də erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirmişlər və bu gözlənilməz zərbə nəticəsində bizim hərbçilərimiz həlak olmuş, yaralanmışlar. Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etmişdir. Bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur; Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbçilərimizin intiqamı alınmış, onların qanı yerdə qalmamış və düşmənə elə bir zərbə endirilmişdir ki, uzun illər bundan sonra da yaddan çıxarmayacaqlar; Təhlükəsizlik Şurasının toplantısı çağırılmış, vəziyyət müzakirə edilmişdir. Operativ vəziyyət imkan verən kimi jurnalistlər, səfirliklərin nümayəndələri həmin bölgəyə dəvət ediləcək, onlar vəziyyətlə tanış olacaq…

Read More
Cəmiyyət Manset 

Ali Baş Komandan Azərbaycanın haqlı mövqeyini bir daha dünyaya bəyan etdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci il iyulun 6-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına geniş müsahibə vermişdir. Ölkə başçısı müsahibəsində qeyd etmişdir ki, Ermənistanın daxilində də demokratiyanın, insan haqlarının pozulması halları geniş vüsət alıb. Bunun əsas səbəbi erməni lobbisi və onun maliyyə vəsaitidir. Erməni lobbisi Ermənistanı bütün təşkilatlardan müdafiə edir. Bunu Avropa Şürası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin başçısı kimi görmüşəm. O vaxt ermənipərəst deputatlar və əslən Avropa ölkələrindən olan varlı ermənilər bütün imkanlarından istifadə edərək Ermənistanı bütün tənqidlərdən qoruyurdu. Bizdə kifayət qədər siqnallar var ki, bəzi…

Read More
Manset Region Xəbərləri 

Bərdədə karantin rejiminin vəziyyəti ilə bağlı reydlər davam etdirilir-FOTOLAR

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və aidiyyəti ərazilər üzrə  mobil qruplarının üzvləri ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabinetinin  03 iyul 2020-ci il tarixli 236 nömrəli Sərəncamı, Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində rayon və şəhər rəhbərləri qarşısında qoyulan tələb və tapşırılarlarla bağlı Bərdə şəhərində reyd keçiriblər. Onlar sakinlərlə, qida məhsulları satışı ilə məşğul olan ticarət obyektlərində çalışan şəxslərlə görüşüb, vətəndaşlarla maarifləndirici söhbətlər aparıblar.  Bakı küçəsində “Bolmart” supermarket, H.Əliyev prospektində “Araz…

Read More
Cəmiyyət Manset 

Bərdə rayon İcra Hakimiyyətində koronovirus pandemiyası ilə əlaqədar karantin rejimin rayonda sətləşdirilməsi ilə əlaqədar onlayn müşavirə keçirilmişdir.

Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, inzibati ərazi dairələri üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin və sahə rəisləri və inspektorlarının iştirakı ilə keçirilən müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev koronoviros pandemiyası ilə əlaqədar rayondakı mövcud vəziyyət və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 iyl 2020-ci il tarixli 236 nömrəli Sərəncamı barədə məlumat verdi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkənin 15 şəhər və rayonunda, o cümlədən Bərdədə sərtlərşdirilmiş karantin rejimi tədbiq olunduğunu. Bərdədə yeni növ koronavirus infeksiyasının daha da geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən…

Read More
Əsas səhifə Manset 

Mübarizsiz 10 il…

Bu gün Milli Qəhrəman İbrahimov Mübariz Ağakərim oğlunun şəhid olmasından 10 il ötür. ARANTV.AZ  xəbər verir ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvarın Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa…

Read More
Əsas səhifə Manset 

15 iyun Milli Qurtuluş Günüdür

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. ARANTV.AZ xəbər verir ki, Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtuldu. Həmin gün Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçilib. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngidi və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas oldu. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında…

Read More
Manset Sosial 

Bakıda bəylə gəlin karantin günü toy etdilər – Fotolar

Bakıda bir-birini sevən gənclər karantin qadağasına görə təxirə düşən toylarını gerçəkləşdirmək üçün çıxış yolu tapıblar.ARANTV.AZ xəbər verir ki, Ramal və Selfinaz adlı cütlük evlərinin həyətində özlərinə toy ediblər. Məclisə yalnız səbəbkarların az sayda yaxınları qatılıblar. Toydan fotoları sosial şəbəkədə keçmiş teleaparıcı Səma Camalqızı paylaşıb. O, şəkillərə “Karantində toy edənlər sırasına qoşulduq. Əsas sevgi və xoşbəxtlikdir” şərhini yazıb. Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah martın 14-dən etibarən ölkə ərazisində bütün toy məclislərinin keçirilməsini qadağan edib.   Axşam.az

Read More
Gündəm Manset 

Bu gün onların bayramıdır…

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. ARANTV.AZ  xəbər verir ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqlarının…

Read More
Gündəm Manset 

Azərbaycanda Respublika Günü qeyd edilir

Bu gün Azərbaycanın milli bayramı-Respublika Günü qeyd olunur. 102 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. Uzun bir dövr Azərbaycan Rusiyanın müstəmləkəsi olub. Ancaq Azərbaycan xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün mübarizələr aparıb. XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli oyanış, xalqların müstəmləkəçilikdən azad olmaları və milli dövlətlərin yaranması əsri kimi də daxil olub. 1917-ci ildə Rusiyada baş vermiş inqilab…

Read More