Qarabağ su kanalında suvarma mövsümünə hazırlıq işləri aparılır- Fotoreportaj
Aran Qarabağ bölgəsində əkin sahələrinin böyük hissəsi Qarabağ su kanalı vasitəsilə suvarılır. Bölgə müxbirinə Yuxarı Qarabağ kanalı istismar idarəsinin rəisi Şakir İmanovun verdiyi məlumata görə, Yuxarı Qarabağ kanalı öz mənbəyini Mingəçevir su anbarından öz axımı ilə götürərək Yevlax, Mingəçevir, Goranboy, Tərtər, Bərdə, Agcabədi, Beyləqan, Ağdam və İmişli rayonlarını bol suvarma ilə təmin edir. Bununla yanaşı yaya aylarında Araz çayında su çatışmamazlığı olduqda Qarabağ kanalı vasitəsilə Bəhrəmtəpə hidroqovşağına su verilir. Yay vaxtı Araz çayına suyun verilməsi İmişli Saatlı, Sabirabad Biləsuvar və Cəlilabad rayonlarının təsərrüfatlarını su çatışmamazlığından xilas edir Yuxarı Qarabağ kanalı…
Read More