Manset 

“Allah mövcud deyil, bəşəriyyət 100 il ərzində…” – SENSASİYALI İDDİA

Böyük Britaniyalı nəzəriyyəçi, fizik Stiven Hokinq ölümündən əvvəl yazdığı “Ciddi məsələlərə qısa cavablar” kitabında Allahın mövcud olmadığını bildirib. ARANTV.AZ xəbər verir ki, bu haqda kitaba istinadən CNN telekanalı bildirib. Alim dəfələrlə bildirirdi ki, ateistdir. Onun sözlərinə görə, dünyada olan bütün prosesləri fiziki qanunlarla izah etmək olar. “Allah yoxdur, Kainatı heç idarə etmir”, – kitabın mətnində deyilir. Telekanal qeyd edir ki, alim kitabda bir neçə başqa iddia ilə çıxış edib. Hokinq yazıb ki, Yer kürəsindən kənarda həyat mövcuddur. Onun proqnozuna görə, bəşəriyyət 100 il ərzində Günəş sisteminin istənilən nöqtəsinə səyahət edə biləcək.…

Read More
Manset 

Axşam meyvə yeməyin! Həkimlərdən tövsiyə

Meyvə yüngül və kökəltməyən qida sayılır. Bu səbəbdən bir çox arıqlamağa çalışan qadınlar axşamlar daha kalorili qidaları 1 boşaq meyvə ilə əvəz edir. Lakin bu çox böyük səhvdir və nəinki arıqlamağa kömək etmir, əksinə artıq kiloların yığılmasına səbəb olur. Məsələ burasındadır ki, təbii şəkərlə zəngin olan meyvələrin istehlakı qanda şəkərin səviyyəsini qaldırır. Orqanizm şəkərin səviyyəsini normaya salmaq üçün insulinin istehlasını artırır. İnsulin piylərin parçalanması prosesini ləngidir və əksinə piylərin yığılmasına səbəb olur. Axşam saatlarında insanın hərəkətliliyi kəskin azalır, insan kalori sərf etmir və yediyimiz 1 boşqab “ziyansız” meyvə orqanizmdə piyə…

Read More
Manset 

Qadınlar yatanda arıqlayır – Yeni araşdırma

Amerikalı alimlərin yeni araşdırmaları zamanı üzə çıxıb ki, qadınların arıqlamaq üçün güclü dietaya oturmaları heç də istənilən effekti vermir. ARANTV.AZ bildirir ki,  bunun əsas səbəbi isə xanımların gecə tam yuxu almamaları ilə bağlıdır. Belə ki, tam yuxu alan xanımlar digərləri ilə müqayisədə iki dəfə artıq əlavə çəkini ata biliblər. Mütəxəssislərin qənaətincə, əgər xanımlar tam yuxu almırlarsa, onların bədənlərində güclü yorğunluq hissi yaradan hormonların sayı artır. Bu isə son nəticədə aclıq hissini ortaya çıxarır. (musavat.com)

Read More
Manset 

Yuxularınız sizin haqqınızda bunları deyir

Əgər siz tez-tez aqressiv və qarışıq yuxular görürsünüzsə, bu sizin psixoloji vəziyyətinizin heç də yaxşı olmadığı haqda məlumat verir. ARANTV.AZ xəbər verir ki, mütəxəssislər araşdırma apararaq belə qənaətə gəliblər. Onların sözlərinə görə, bir insan tez-tez belə yuxular görürsə, bu ya onun psixikası ilə, ya da problemləri ilə bağlıdır. Alimlər bir neçə könüllü üzərində araşdırma apararaq, onların yuxularını yoxlayıblar. Bunların bəziləri xroniki depressiv xəstəlikdən əziyyət çəkənlər olub. Onların arasında depressiyada olanların çoxu yatan zaman aqressiv yuxular gördüyünü etiraf edib. Bu da həmin insanın psixologiyasında problem olduğundan xəbər verir.

Read More
Manset 

Ən çox istifadə olunan bu dərmanlar ÖLÜMƏ səbəb ola bilər

İbuprofen və diklofenak bütün dünyada ən tanınmış və tez-tez istifadə olunan ağrıkəsici dərmanlardır. Lakin son elmi araşdırmalar bu dərmanların ciddi yanaşı təsirləri və ziyanları aşkar edib. ARANTV.AZ xəbər verir ki, Kopenhagen Universiteti alimləri araşdırmalar zamanı aşkar ediblər ki, ibuprofen və diklofenakın qəbulu insanda ürəyin qəfil dayanmasına səbəb ola bilər. Qeyri-steroid iltihabəleyhinə preparatların arasında tərkibində diklofenak olan preparatlar ən təhlükəli hesab edilir. Belə ki, onlar ürək dayanmasının riskini 50% artırır. İbuprofenin qəbulu isə bu ağır pozulmanın riskini 31% artırır. Bu araşdırma növbəti dəfə sübut edib ki, ziyansız dərman yoxdur və istənilər…

Read More
Manset 

Gündə iki yarpağını yemək kifayətdir – REYHANIN 6 FAYDASI

Reyhan çox qədim zamanlardan bəri tibbi məqsədlərlə istifadə edilir. Gündə iki yarpağının belə yeyilməsi müxtəlif xəstəliklərdən qoruyaraq, sağlamlığa fayda verir. ARANTV.AZ sizə reyhanın faydalarını sadalayır. Bağırsaqdakı parazitləri atır Həzm sistemi xəstəliklərində olduqca təsirli olan reyhan yarpağı, gündə iki dənə yeyildikdə bağırsaqdakı parazitləri təmizləyir. Şişkinliyi azaldır Gündə iki yarpaq yeyilən reyhan bədəndəki şişliyi atmağa kömək edir. Depressiyadan qoruyur Gündə 2 yarpaq yeyildikdə anti-depressiya təsiri edir və insanı sakitləşdirir. İmmuniteti gücləndirir Antibakterial tərkibi sayəsində immuniteti gücləndirici təsiri var. Bronxları yumşaldır Bronxları yumşaldaraq, öskürəyin azalmasına kömək edir. Eyni zamanda da ağciyərləri təmizləmə xüsusiyyətinə də…

Read More
Manset 

Nar qabıqlarını atmayın!

İnsan sağlamlığına faydaları saymaqla bitməyən nar immun sistemini gücləndirərək, başda xərçəng olmaqla bir çox xəstəlikdən qurtulmağa kömək edir. Həmçinin qabıqları da orqanizm üçün çox lazımlıdır. ARANTV.AZ oxucuları nar qabıqlarının səhhətimizə faydaları ilə tanış edib. C vitamini baxımından olduqca zəngin olan nar dərinin kollagen quruluşunu dəstəkləyərək ona daha parlaq və sağlam görünüş verir. Nar suyunun dəri hüceyrələrini yeniləyərək müxtəlif dəri xəstəliklərinə yaxşı təsir etdiyi çoxdan sübut olunub. Nar qabığının tərkibindəki ellagik turşusu isə xərçəng hüceyrələrinin yaranmasına mane olur. Nar qabığı çayı dəri, mədəaltı vəzi kimi ciddi xərçəng xəstəliyinin müalicəsində effektiv nəticə…

Read More
Manset 

Səhər yeməyi önəmli imiş

Səhər yeməyi zamanı düzgün ərzaqların seçilməməsi beynin fəaliyyət mexanizmini təhlükəyə atır. ARANTV.AZ  xəbər verir ki, bu qənaətə Sidney Makkuori Universitetinin alimləri gəlib Məlumata görə, ekspertlərin fikrincə yüksək yağ və şəkər tərkibli qidalar ən pis menyudur. Onun mənfi təsirini qidalanmanın 4-cü günündən hiss etmək mümkündür. Alimlər 102 könüllü üzərində araşdırma aparıblar. Onlardan heç biri sağlamlıq problemindən və artıq çəkidən şikayətlənməyib. Birinci qrup səhər yeməyi zamanı qızardılmış tostlar yeyərək, şokoladlı-südlü kokteyl içib. Digər qrupa isə daha sağlam qidalar və ya az miqdarda faydasız menyu təklif edilib. Birinci və 4-cü gün insanlar yaddaş…

Read More
Manset 

Stresdən qurtulmaq üçün ağlayın

Yaponiyada çox sayda məktəb və şirkətlər şagirdləri və əməkdaşlarını stressdən azad olmaq və psixoloji sağlamlığını qorumaq üçün ağlamağa çağırıb. ARANTV.AZ xəbər verir ki, bununla bağlı “The Japan Times” nəşri məlumat yayıb. Ekspertlərin fikrincə, şadlığın və ya kədərin göz yaşları insanda gərginliyi azaltmağa və əsəb sistemini sakitləşdirməyə yardım edir. “Ağlama daimi stressdən qorunmaq üsuludur”, – Nippon Tibb Universitetinin professoru Cunko Umixara deyib. Qəzet yazır ki, Xidefumi Yeşida orta məktəbində beş ildən çoxdur ağlamaq üçün xüsusi dərslər keçirilir. Bu dərslərdə insanlara ağlamaqla stressdən azad olma üsulları göstərilir. “Əgər həftədə bir dəfə ağlasanız,…

Read More
Manset 

Ananın sağlamlığı qızın sağlamlığına necə təsir edir? 6 FAKT

Hər bir qadın gələcəkdə mümkün olan problemlərdən qabaqcadan xəbərdar ola bilər və hətta bu problemlərin qarşısını ala bilər. ARANTV.AZ xəbər verir ki, bunun üçün qadın anasına sağlamlığı ilə bağlı bir neçə sual verməlidir. Məsələ burasındadır ki, ananın sağlamlığı qızın sağlamlığına böyük təsir edir, anada olan bəzi xəstəliklərin olması qızı üçün ciddi risk faktoru sayılır. Beləliklə, gələcəkdə mümkün olan sağlamlıq problemlərdən xəbərdar olmaq istəyirsinizsə, ananıza bu sualları verin: 1. Menstrual dövr haqqında Ananızda menstrual dövrlə bağlı problemlər olubsa (ağrılı menstruasiyalar, müntəzəm olmayan menstrual dövr və s.), bu problemlər sizdə də əmələ gələ…

Read More