Bizim həkim 

TƏBİB-in icraçı direktoru Azərbaycanda koronavirusla bağlı vəziyyəti açıqlayıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov ölkəmizdə koronavirusla bağlı vəziyyəti açıqlayıb. “Report” xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında məlumat verib. İcraçı direktor hazırda karantin rejiminin davam etdiyini xatırladıb. O bildirib ki, Abşeron rayonu Məhəmmədi qəsəbəsində yerləşən modul tipli xəstəxana koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. V.Qurbanov söyləyib ki, hazırda Azərbaycanda aktiv koronavirus xəstələri mövcud olduğu üçün və onların müalicələrinin stasionar rejimdə davam etdirildiyi üçün bununla bağlı tədbirlər də davam etdirilir.

Read More
Bizim həkim 

Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

Dekabrın 4-u saat 03:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Bizim həkim 

İki il fərqlə Gəncə və Mariupol: Viran qalmış abad şəhərlər, müharibənin əziyyətini çəkən mülki əhali – VİDEO

İki il bundan əvvəl Vətən Müharibəsi davam edərkən ermənilər təmas xəttindən xeyli uzaqda yerləşən Gəncəyə raket zərbələri endirərək mülki əhalini hədəf almışdı. Nəticədə, Azərbaycanın ikinci ən böyük şəhərində onlarla evə zərər dəymiş, mülki insanlar həlak olmuş, xəsarətlər almışdılar. Müharibənin sərt üzünü iki il sonra Ukrayna vətəndaşları da gördülər. Mariupol şəhərinin mülki əhalisi də işğalçı qoşunların zərbələrinə məruz qaldı, nəticədə müharibəyə qədər abad olan şəhər yerlə-yeksan edildi, insanlar həyatlarını, sağlamlıqlarını itirdilər. Bununla bağlı Baku TV video hazırlayıb:  

Read More
Bizim həkim 

Blinken Çavuşoğlu ilə Bakı və İrəvan arasındakı nizamlanmanı müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken çərşənbə axşamı Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüş keçirib. Görüşdə digər məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında nizamlanma prosesi, Ukrayna ətrafındakı vəziyyət, Qara dəniz vasitəsilə ərzaq ixracı ilə bağlı taxıl sazişi də müzakirə olunub. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yazılı açıqlamasında bildirilib. “Blinken və Çavuşoğlu Cənubi Qafqazdakı gərgin vəziyyəti müzakirə ediblər. Dövlət katibi qeyd edib ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında dialoqun təşviqi üçün fəaliyyətini davam etdirir”, – deyə açıqlamada vurğulanıb.

Read More
Bizim həkim 

Koronavirusa qarşı həblərin Azərbaycanda tətbiqi nəzərdə tutulurmu? – AÇIQLAMA

Artıq dünyada koronavirusa qarşı həblər gündəmdədir. “Pfizer”in “Paxlovid”, “Merck” dərman şirkətinin isə “Molnupiravir” adlı preparatları yaxın vaxtlarda satışa çıxarıla bilər. Bəs həmin dərmanların Azərbaycana gətirilməsi və istifadəsi nəzərdə tutulurmu? Məsələ ilə bağlı Trend-ə açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov sözügedən dərmanların eksperiment xarakteri daşıdığını bildirib. Onun sözlərinə görə, hələ bu istiqamətdə tədqiqatlar başa çatmayıb: “Həmin dərmanlar kütləvi istifadə edilə biləcək səviyyədə deyil. Əvvəl də belə dərmanlar çox olub, lakin özünü doğrultmayıb. Təcrübələr olsa, preparat özünü doğrultsa, beynəlxalq qurumlar tövsiyə etsələr, bizdə də bu istiqamətdə qərar verilə bilər. Lakin hələ…

Read More
Bizim həkim 

Uşaqların peyvəndlənməsi niyə vacibdir? – “Vaşinqton Post”

ABŞ-ın “Vaşinqton Post” qəzetində “Niyə uşaqların COVİD-19-a qarşı peyvəndlənməsi poliomielitə qarşı peyvəndlənməsi qədər vacibdir?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllif Braun Universitetinin dekanı Aşiş Cadır. ARANTV.AZ Novator.az saytının ingilscədən çevirdiyi məqaləni təqdim edir. 70 il bundan əvvəl yayılmış bir virus saysız-hesabsız amerikalının ölümünə səbəb oldu. Övladlarının yoluxmasından ehtiyatlanan valideynlər onları evdən çölə buraxmırdılar. ABŞ-ın yoluxma halları aşkarlanan şəhərlərində ciddi komendant saatı tətbiq olunmuşdu. Amerikalılar daha çox xəstəliyin onları, xüsusilə də uşaqları iflic edəcəyindən qorxurdular. Yoluxan uşaqların əksəriyyətini yalnız “dəmir ağciyərlər” adlanan nəhəng süni nəfəs aparatlarının köməyilə həyatda saxlamaq mümkün olurdu.…

Read More
Bizim həkim 

Nevropatoloq koronavirusla bağlı şayiə yayanlara çağırış edib

“Koronavirusla əlaqəli insanların sosial şəbəkələrdə yazılan şərhlərinə aldanmamalı, mövzu ilə bağlı ekspertlərin açıqlamalarını nəzərə almalıyıq. Əks halda sosial mediada yayılan saxta xəbərlərə görə narahatlığın səviyyəsi artacaq”. “Report” xəbər verir ki, bunu 20 nömrəli uşaq poliklinikasının həkim-nevropatoloqu Humay Sədrəddinova deyib. O bildirib ki, eyni şəkildə xəstəlik haqqında mənfi söhbətlər narahatlıqlara səbəb ola bilər: “Əgər düşdüyünüz vəziyyətin psixoloji təsirlərini aşa bilməyəcəyinizi düşünürsünüzsə, psixoloji dəstək almağa laqeyd yanaşmayın. Koronavirus son zamanlar dünya gündəmində böyük yer tutan virus növüdür. Koronavirusun fizioloji problemlər yaratdığı deyilsə də, günü-gündən artması ilə insanlarda psixoloji reaksiyalar yaranır. Bu virus…

Read More
Bizim həkim 

Azərbaycanda koronavirusla bağlı son vəziyyət AÇIQLANDI – RƏSMİ

“Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artıb. Lakin ağır xəstələrin sayında, həmçinin ölüm faizində artım müşahidə edilmir”. Bunu Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsinin rəhbəri Pərviz Abubəkirov bildirib. Onun sözlərinə görə, bunun səbəbi ölkədə vaksinasiya prosesinin aktiv fazada davam etdirilməsidir: “Vətəndaşlar vaksinasiya prosesində nə qədər aktiv iştirak edərlərsə, ağırlaşmalar və ölüm faizi bir o qədər də azalar. Vaksinasiyanın əhəmiyyəti infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaqdır. Vaksinasiyanın tətbiq edilmədiyi günlərdə yoluxma və ölüm sayı ilə hazırkı vəziyyətin müqayisəli təhlili göstərir ki, hazırda  ölüm göstəricisi…

Read More
Bizim həkim 

“Delta” ən çox gəncləri və uşaqları hədəf alır?

Ölkədə yoluxma sayı yenidən 4 rəqəmli həddə çatdı; həkimlərdən yeni dalğa ilə bağlı əhaliyə çağırış… Dünyada və Azərbaycanda koronavirusla bağlı vəziyyət getdikcə kritikləşir. Ölkəmizdə koronaya yoluxma sayı artıq 4 rəqəmliyə çatıb. Son statistik məlumata əsasən, 1242 yeni yoluxma faktı qeydə alınıb, 345 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 349316 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334258 nəfər müalicə olunaraq sağalıb, 5051 nəfər vəfat edib, aktiv xəstə sayı 10007…

Read More
Bizim həkim 

Azərbaycanda 1 500 səhiyyə işçisi peyvəndin effektivliyinin dəyərləndirilməsi üzrə tədqiqata cəlb edilib

“Səhiyyə işçiləri arasında COVID-19 xəstəliyinə qarşı peyvəndin effektivliyinin dəyərləndirilməsi üzrə tədqiqat aparılır. Bu tədqiqatlar yeddi tibb müəssisəsinin işçiləri arasında – Bakının 7, 15, 18, 23, 24, 26 və 29 saylı birləşmiş xəstəxanalarında aparılır”. Bu sözləri mediaya açıqlamasında Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev deyib. Onun sözlərinə görə, Bakı şəhəri üzrə səhiyyə müəssisələrində çalışan tibb və qeyri-tibb işçiləri bu tədqiqata cəlb olunublar: “Səhiyyə müəssisəsində çalışan və COVID-19 xəstəliyinə qarşı peyvənd olunan 1 500 əməkdaş razılıq formasını imzalayaraq tədqiqatda iştirak edirlər. Tədqiqat 12 ay ərzində aparılacaq. İştirakçılar ildə…

Read More