Bizim həkim 

Azərbaycanlı professordan koronavirusla bağlı proqnoz: “Yaxın bir həftədə…”

“Koronavirus sanki kabus kimi bir tərəfdən insanlığı sınağa çəkir, digər tərəfdən də postpandemik dövrün potensial problemləri ilə onu təhdid edir. Elmə məlumdur ki, hava-damcı yolu ilə yayılan respirator infeksiyaların bir sikli var. Hər bir yeni yoluxma virusun mutasiyaya uğramış, nisbətən dəyişilmiş yeni serovarı ilə baş tutur. Bu proses uzun müddət davam edə bilməz, hətta heç bir tədbir görülməsə belə! Sadəcə, tədbirlər itkiləri azaltmağa və pandemiyanı vaxtında söndürməyə hesablanıb. Yay aylarında artıq postpandemik dövrə qədəm qoymağımız gözlənilir… Koronavirus pandemiyası şoku hələ yaşansa da, proses yaxın bir həftədə dünyada enən xətt üzrə…

Read More
Bizim həkim 

Koronavirusa yoluxan azərbaycanlı həkim vətəndaşlara müraciət etdi – VİDEO

Azərbaycanda artıq tibb işçiləri arasında da koronavirusa yoluxma faktı var. Belə ki, koronaviruslu xəstələri müalicə edən həkim rezident İsmayıl Əliyev də artıq koronavirusa yoluxub. Bu barədə həkim şəxsi sosial media hesabında paylaşım edib. Koronavirus testinin cavabının pozitiv çıxdığını deyən həkim eyni zamanda vətəndaşlara səslənib: “Dünənə qədər görünməyən qəhrəmanlardan olsam da, artıq mən də bir COVID-19 xəstəsi kimi müalicə alacağam. İnsanlar karantin rejiminə əməl etmədikcə, biz həkimlərin virusa yoluxması da qaçılmaz olacaq”. İsmayıl Əliyev bununla bağlı İctimai Televiziyaya açıqlama edib. Həmin açıqlamanı təqdim edirik.  

Read More
Bizim həkim 

Bu ölkədə yüzlərlə tibb işçisi koronavirusa yoluxub

Ukraynada 334 tibb işçisi koronavirusa yoluxub. “Pravda” xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə naziri Maksim Stepanov “Podrobnosti nedeli” televiziya verilişində məlumat verib. Nazir bildirib ki, Ukraynada 2 203 koronavirusa yoluxmuş xəstənin 334-ü səhiyyə işçisidir. Onların şəxsi mühafizəsi üçün bütün zəruri tibbi avadanlıqlar alınır. M.Stepanov qeyd edib ki, həkimlərin koronavirusa yoluxması bütün dünyada müşahidə olunan haldır: “Təkcə İtaliyada 9 000 tibb işçisi koronavirusa yoluxub. Bu, virusa yoluxanların 12 faizi deməkdir”.

Read More
Bizim həkim 

“Gec-tez insanların çoxu bu virusa yoluxacaq və immunitet yaranacaq…” – tanınmış həkim-psixoloq

Azad İsazadə: “Yaranmış vəziyyətin 50 faizi əhalinin panikaya düşməsilə bağlıdırsa, 50 faiz real təhlükədir” Aylardır bəşəriyyəti təhdid edən koronavirus pandemiyası insanların bir çoxunda həm dı psixoloji sarsıntılara səbəb olub. Bu mənada mövcud durumda psixoloqların da üzərinə ciddi yük düşür. Tanınmış psixoloq, PsyLand – Psixologiya və İnkişaf Mərkəzinin rəhbəri Azad İsazadə Musavat.com-a geniş müsahibəsində COVİD-19 pandemiyası ilə bağlı suallarımızı cavablandırdı, sensasion sayıla biləcək fikirlər söylədi, insanlarımız üçün çox faydalı məsləhətlərini də əsirgəmədi. – Azad bəy, siz də bu fikirlə razısınızmı 21-ci əsrin səhiyyə sistemi viruslu mübarizədə aciz qaldı, bacarmadı, müharibədə uduzdu?…

Read More
Bizim həkim 

Psixoloq: “İnsanda ani boğulma, hərarət, titrəmə olarsa, o zaman…”

“İnsanlar koronavirusla bağlı çox narahat olurlar və bu da panik tutmaların yaranmasına gətirib çıxarır. Evdə qalan insanların psixoloji baxımdan təmkinli olmaları vacibdir”. Bu sözləri Oxu.Az-a psixoloq Aytən Ələkbərova sosial şəbəkələrdə insanların neqativ paylaşımlarına münasibət bildirərkən deyib. O qeyd edib ki, insanlar bunu bir məzuniyyət, istirahət kimi düşünməli və karantin qaydalarına riayət etməlidirlər: “Bəzi insanlar aktiv həyat tərzi keçirdiyi üçün bir anlıq onlara “evdə qal” şüarı boğucu gəlir. Amma bu, ölkədə yayılan koronavirus pandemiyasının qarşısını almaq üçün təhlükəsizlik məqsədilə təyin edilən karantin qaydasıdır. Buna mütləq şəkildə riayət etmək lazımdır. Evdə kitab oxumaq, ailə…

Read More
Bizim həkim 

TƏBİB: “Koronavirusun qan komponentləri ilə yoluxduğu təsdiqlənməyib”

“Qan Bankında ən son tövsiyələrə diqqət yetirilərək, qan və qan komponentlərinin təhlükəsiz toplanması və tədarükü, bütün zəruri dəyişiklikləri yerinə yetirmək üçün ən son protokollar tətbiq edilir”. Bu barədə TƏBİB məlumat yayıb. Bildirilir ki, koronavirusun qan köçürülməsi ilə ötürülə biləcəyinə dair heç bir məlumat və ya sübut yoxdur. Eyni zamanda, qeyd edilib ki, dünyada koronavirus da daxil olmaqla hər hansı bir tənəffüs virusuna qanla yoluxma hallarına rast gəlinməyib, koronavirusun qan komponentləri ilə yoluxduğu təsdiqlənməyib.

Read More
Bizim həkim 

Hamının gözlədiyi tibbi maska istehsalı müəssisəsindən FOTOREPORTAJ

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda ən çox ehtiyac duyulan məhsullardan biri də tibbi maskalardır. Xəbər verdiyimiz kimi, Azərbaycanda bu tip maskaların istehsalını həyata keçirəcək müəssisə fəaliyyətə başlayıb. Qeyd edək ki, bu gün istifadəyə verilən “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye Parkının rezidenti statusu verilib. FOTO : Ramil Zeynallı

Read More
Bizim həkim 

Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu – RƏSMİ + VİDEO

Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxub. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. Azərbaycan Respublikasında 57 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Ümumilikdə, ötən dövr ərzində ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 641 şəxsdən 44 nəfəri müalicə olunaraq sağalıb, yeddi nəfər vəfat edib, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 4369 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Ötən müddət ərzində yeni yoluxma…

Read More
Bizim həkim 

COVID-19-a qarşı mübarizədə nəticə göstərən dərmanlar

Avropada koronavirus epidemiyasına yoluxmuş 3200 xəstədə sınanmış və nailiyyət əldə edilmiş dərmanların siyahısı açıqlanıb. “Sözçü” xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Almaniyada nəticə verən “Remdevisir” adlı dərman vasitəsinin sınaqlarına başlayıb və onun bu ayın sonunda istifadəsinə başlanacağı gözlənilir. Təxminən 100 min koronavirusa yoluxmuş xəstəsi olan Almaniyada ölənlərin sayının digər ölkələrlə müqayisədə az olduğu və daha da azalacağı qeyd edilib. INSERM adlı təşkilatın araşdırmalarına görə, 3200 xəstə üzərində sınanmış dərmanların siyahısı hazırlanıb. Siyahıda ilk yerdə ebolaya qarşı hazırlanmış “Remdevisir” yer alır. Malyariyaya qarşı 80 illik alman istehsalı “Chloroquin” tərkibli “Resochin” ikinci yerdə qərarlaşır.…

Read More
Bizim həkim 

Mama-ginekoloq: “Bir uşağı küvəzə qoymaq üçün 500 manat alınır”

Körpənin sağlamlığı özəl və ya dövlət doğum evində doğulmasından asılı deyil. ARANTV.AZ bildirir ki, bunu oxu.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova deyib. Onun sözlərinə görə, körpənin sağlamlığı özəl və ya dövlət doğum evində doğulmasından yox, digər vacib amillərdən asılıdır: “Ananın hamiləlikdən öncəki durumundan, hamiləliyi necə keçirməsindən, fəsadlaşmaların profilaktikasının aparılmasından, anada ekstragenital xəstəliyin olub-olmamasından, müalicəsindən, doğuşun düzgün idarə olunmasından və s. asılıdır. Bəzi uşaqlar doğulanda sağlamlıqlarında problem olur. Özəl klinikalar da göstərdiyi qulluqları pulla göstərir. Bir uşağı küvəzə qoymaq üçün bir gün üçün 350-500 manat arası…

Read More