Bizim həkim 

“Belə adamları işə buraxmayın!” – Baş epidemioloq “donuz qripi”ndən danışdı

Qonşu Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayının artması, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda 16 nəfərdə A (H1N1) virusunun aşkarlanması ilə bağlı açıqlaması əhali arasında narahatlıqlara səbəb olub. ARANTV.AZ Səhiyyə Nazirliyinin Baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri İbadulla Ağayevin vəziyyətlə bağlı modern.az-a müsahibəsini təqdim edir. – İbadulla müəllim, Azərbaycanda epidemiloji vəziyyət hansı səviyyədədir. Bugünədək “donuz qripi”nə yoluxanlar neçə nəfərdir? – Azərbaycanda “donuz qripi” yoxdur. Epidemiloji vəziyyət tam nəzarətdədir. – “Donuz qripi” yoxdur deyirsiz, bəs Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ölkədə 16 nəfərdə A(H1N1) virusunun təsdiqlənməsini necə izah edərdiz? – Kənddə, rayonda olan insanın…

Read More
Bizim həkim 

Dərmanların ekspertizası, geri çağırılması ilə bağlı yeni qaydaların layihələri hazırlanıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi dərman vasitələrinin farmokonəzarəti, ekspertizası, geri çağırılması ilə bağlı yeni qaydaların layihələrini hazırlayıb. ARANTV.AZ bildirir ki, mərkəzdən trend-in sorğusuna cavab olaraq, bildirilib ki, “Dərman vasitələri haqqında” qanuna edilən yeni dəyişikliklərdə dərman vasitələrinin farmokonəzarətinin, geri çağırılmasının, ekspertizasının həyata keçirilməsi ilə bağlı müddəalar öz əksini tapıb: “Dərman vasitələri haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1150-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Prezidentinin Fərmanına əsasən yeni “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”, “Dərman vasitələrinin farmokonəzarət Qaydası” və “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın layihələri…

Read More
Bizim həkim 

Tibbi sığorta hesabına müalicə ediləcək xəstəliklər – SİYAHI

2019-cu ildən etibarən bütün respublika ərazisində İcbari Tibbi Sığortanın tətbiqinə başlanılacaq. Bu fəaliyyətin icrası üçün isə artıq yeni “TƏBİB” adlı agentlik yaradılıb. Əhalini düşündürən suallar arasında icbari sığortaya hansı xəstəliklər, müayinələrin daxil olmasıdır. Xüsusilə də müalicəsi həddən artıq baha olan onkoloji xəstəliklərin də bu siyahıya daxil olub-olmaması suallar arasındadır. ARANTV.AZ  xəbər verir ki, 2020-ci ilin yanvar ayından başlayaraq Səhiyyə Nazirliyinin tabeliyində olan bir çox tibbi qurumlar və xəstəxanalar TƏBİB agentliyinin tərkibinə  daxil ediləcək. Bu müəssisələrin tam siyahısı isə yaxın zamanlarda təsdiqlənəcək. Hər kəs its.gov.az saytına daxil olmaqla  İTS-nın baza paketində qeyd…

Read More
Bizim həkim 

Həkimlərin ürək xəstələrinə təyin etdiyi ASPİRİN TƏHLÜKƏSİ

Artıq uzun müddətdir həkimlərin bir çox xəstələrə və yaşlı insanlara qan durulaşdırıcı kimi profilaktik məqsədlə aspirin tableti yazması standart hal alıb. ARANTV.AZ  xəbər verir ki, elmi baxımdan sübut olunub ki, infarkt və insult keçirən xəstələrə gündə bir aspirin lazımdır. Amma hələ ki, bu xəstəlikləri keçirməyən, normal insanlara qanı durulaşdırmaq və infarkt-insultdan qorunmaq məqsədilə aspirin qəbul etməsi, xüsusən 60 yaşdan yuxarı şəxslər üçün risklidir, daxili qanaxma verib, ölümə səbəb ola bilər. Yeni elmi təcrübənin nəticələri onu göstərib ki, özbaşına, həkim təyinatı olmadan və müayinələrsiz aspirin qəbulu xəstəni öldürə bilər. Yenicag.az

Read More
Bizim həkim Hadisə 

Sabirabadda ölümlə nəticələnən – Qəza

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki, rayonun Cəngən kəndi ərazisində Salyan rayon sakini Rövşən İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Lamiyə Mərdanovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Sabirabad rayon polis şöbəsi tərəfindən araşdırma aparılır. teleqraf.com

Read More