Bizim həkim 

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT – FOTO

Şamaxı Rayon Mərkəzi Xəstaxanasına yeni direktor təyin edilib. Bu barədə TƏBİB idarə heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb. Onun əmri ilə Ehtiram Feyzullah oğlu Rüstəm-zadə Şamaxı Rayon Mərkəzi Xəstaxanasına direktor təyin edilib. Ehtiram Rüstəm-zadə 1989-1995-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.  1993-1998-ci illərdə Bakı şəhər 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasında tibb qardaşı, həkim-pediatr vəzifələrində çalışıb, xəstəxananın intensiv terapiya şöbəsində sağlamlığı kritik vəziyyətdə olan uşaqların müalicəsini həyata keçirib. 1996-1997-ci illərdə Sərhədsiz Həkimlər Təşkilatında İlkin Səhiyyə Xidmətləri Proqramında ümumi həkim kimi iştirak edən Ehtiram Rüstəm-zadə bir çox beynəlxalq tibbi layihələrin təşkilatçısı…

Read More
Bizim həkim 

Azərbaycanda daha 13 nəfər koronavirusdan öldü: 596 yeni yoluxma – FOTO

Azərbaycanda koronavirusa (COVID-19) 596 yeni yoluxma faktı qeydə alınıb, 322 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 13 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 11808 nəfərdir. Ölkədə son sutka ərzində 5081, hazırkı dövrədək isə 1368620 test aparılıb. Ümumi ölənlərin sayı 753 nəfərdir. Ümumi yoluxanların sayı 57040 nəfər, ümumi sağalanların sayı 44479 nəfərdir.

Read More
Bizim həkim 

Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü: 527 yeni yoluxma – FOTO

Azərbaycanda koronavirusa (COVID-19) 527 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, səkkiz nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 8397 nəfərdir. Ölkədə son sutka ərzində 6814, hazırkı dövrədək isə 1298348 test aparılıb. Ümumi ölənlərin sayı 679 nəfərdir. Ümumi yoluxanların sayı 50486 nəfər, ümumi sağalanların sayı 41410 nəfərdir.

Read More
Bizim həkim 

Azərbaycanda rekord koronavirusa yoluxma: Yeddi nəfər öldü – FOTO

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, yeddi nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 8009 nəfərdir. Ölkədə son sutka ərzində 10037, hazırkı dövrədək isə 1291534 test aparılıb. Ümumi ölənlərin sayı 671 nəfərdir. Ümumi yoluxanların sayı 49959 nəfər, ümumi sağalanların sayı 41279 nəfərdir.

Read More
Bizim həkim 

“Pandemiyaya son qoymağa çox az vaxt qaldı …” – Türkiyəli professor hazırladığı peyvənddən danışdı

Uğur Şahin: “Lisenziyanın tez veriləcəyi təqdirdə noyabr ayının 3-dən etibarən satışa başlayacağıq” Türkiyəli prof. Dr. Uğur Şahinin rəhbərlik etdiyi “BioNTech” Şirkətinin istehsalı olan koronavirus əleyhinə peyvənd dünyanın gündəmini zəbt edib. Məlumdur ki, dünya təxminən bir ildir ki, pandemiya ilə mübarizə aparır. İndiyə qədər dünyada milyonlarla insan koronavirusa yoluxub. 1 milyondan çox insan ölüb, bu virusa yoluxan təxminən 40 milyon insan isə sağalıb. Virus ortaya çıxdığından peyvəndin tapılması üzrə işlər davam edir. Demək olar ki, hər bir ölkə virusa çarə tapmaq üçün çalışır. Bu yaxınlarda bir neçə peyvənd insanlar üzərində sınaqdan…

Read More
Bizim həkim 

“Yoluxma sayının azalması insanların arxayınlaşmasına gətirib çıxardı” – Yaqut Qarayeva

Həkim nəzarəti olmadan özünü evdə antibiotiklə müalicə edən xəstə ağırlaşaraq xəstəxanaya gəldiyi zaman onun müalicəsi üçün uyğun antibiotik tapmaq çətin olur. ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. Y.Qarayeva bildirib ki, payız-qış mövsümündə virusa yoluxanların sayında artımın gözlənildiyi barədə açıqlama verilmişdi: “Havalar hələ çox soyumayıb. Biz indi bəlkə də bunu əsas səbəb olaraq qeyd edə bilmərik. Demək, burada başqa səbəblər var. Yoluxma sayının azalması sentyabr ayından insanların arxayınlaşmasına gətirib çıxardı. Bu da yoluxma sayında artıma səbəb oldu”. Y.Qarayeva bildirib ki, aşkarlanan hər bir xəstə asimptomatik olsa…

Read More
Bizim həkim 

Gənclər elə bilirlər ki, xəstəliyi yüngül keçirəcəklər – Yaqut Qarayeva

Biz bilirdik ki, payız-qış aylarında virusa yoluxma sayında artım gözlənilir. Lakin hələ havalar soyumayıb, ona görə də, bunu hazırkı artımla bağlı səbəb kimi göstərə bilmərik. Görünür, başqa səbəblər də var, bəlkə də insanların sentyabr ayında “COVİD”ə yoluxma sayında azalmanın olmasına görə bir qədər rahatlanması bu nəticəyə gətirib çıxardı. Lakin bilməliyik ki, havalar hələ soyumayıb, bizi qarşıda yoluxma sayında daha da artım gözləyir. ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu AzTV-yə müsahibəsində TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva bildirib. O qeyd edib ki, yanvar ayının sonlarından Operativ Qərargah xüsusi planlar hazırlamışdı. Bir çox rayonlarda…

Read More
Bizim həkim 

“Bona Dea” Beynəlxalq Hospitalı cəbhəyə bir milyon manatlıq tibbi yardım göndərib – VİDEO

Bona Dea” Beynəlxalq Hospitalı Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusuna dəstək olub. Belə ki, “Bona Dea” Beynəlxalq Hospitalı rəhbərliyi cəbhə xəttinə bir milyon manatlıq tibbi yardım göndərib. Müvafiq qurumlara təhvil verilən tibbi avadanlıq və ləvazimatlar, oradan ön xətt bölmələrindəki hərbi hospital və xəstəxanalara göndəriləcək. “Bona Dea” Beynəlxalq Hospitalının həkim kollektivi yaralı hərbçilərimiz sağlamlığına qovuşması üçün tibbi yardım göndərilməsi ilə yanaşı, onların müalicəsində iştirak etmək niyyətlərini də bildiriblər.

Read More
Bizim həkim 

Alimlər koronavirus və qrip əleyhinə peyvənd-sprey hazırlayıblar

Eyni zamanda həm adi qrip, həm də COVID-19 əleyhinə burun spreyi hazırlanıb. Korrespondent.net xəbər verir ki, spreyi Honkonq Universitetinin alimləri düzəldiblər. Spreyin tərkibində qripə və koronavirusa qarşı peyvənd var. Sprey-peyvəndin insanlar üzərində sınaqlarına gələn ay başlanıla bilər. Ehtimal edilir ki, sprey virusların, o cümlədən COVID-19 infeksiyasının birbaşa burunda məhvinə kömək edəcək. Viruslar adətən insan orqanizminə burun vasitəsilə düşürlər. Peyvənd-spreyin klinik sınaqlardan keçirilməsi üçün əvvəlcə 100-ə yaxın adam cəlb etmək planlaşdırılır.

Read More
Bizim həkim 

Koronavirusa yoluxanların sayı kəskin artır – VİDEO

Xalq, millət olaraq şanlı tarix yaşadığımız bir zamanda indi hamımızın üzərimizə böyük məsuliyyət düşür. Axı bizim bu məqamdakı düşmənimiz bir yox, ikidir. Cəbhədəki görünən düşmən və görünməyən koronovirus. Son günlər ölkə üzrə koronavirusa yoluxmanın artması görülən qabaqlayıcı sərt tədbirləri qaçılmaz edir. Bəs virusun sürətlə yayıldığı yerlərdə, ictimai nəqliyyatda vəziyyət necədir? Paytaxt sakinləri özlərini bu düşməndən qoruyurmu, yoxsa düşmən birdir, o da erməni deyib gözəgörünməz təhlükəni heçə sayır? Ətraflı Baku TV-nin süjetində.

Read More