Bizim həkim 

Həkim-infeksionist: “Koronavirusa yoluxma sayı artarsa, həkim qıtlığı yarana bilər”

Təəssüf ki, hələ də koronavirusun spesifik müalicəsi və peyvəndi yoxdur. Əlimizdə olan tək vasitə isə çox sadə qorunma metodudur – maskadan istifadə, insanların sıx olduğu yerlərdən bacardıqca uzaq durmaq, respirator və əl gigiyenamıza riayət etmək. Trend-in məlumatına görə, bunu həkim-infeksionist Nəzrin Mustafayeva “Real İntervyu” verlişində deyib. O, həmçinin bildirib ki, qanımızda koronavirusa qarşı olan immunitetin bizi buna qarşı neçə ay qoruyacağını bilmirik: “Çünki bizim ölkədə koronavirusun müşahidə edilməsinin bir ili tamam olmayıb. Bunun üçün bir az zaman – aylar, illər lazımdır ki, müşahidələr yekunlaşsın”. Həkim-infeksionist əlavə edib ki, koronavirusa yoluxma…

Read More
Bizim həkim 

Azərbaycanda koronavirusa yoluxanların sayı 400-ə yaxınlaşdı: Dörd nəfər öldü – FOTO

Azərbaycanda koronavirusa (COVID-19) 369 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, dörd nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 2564 nəfərdir. Ölkədə son sutka ərzində 6734, hazırkı dövrədək isə 1193870 test aparılıb. Bu gün koronavirusa yoluxan üç nəfər ölüb. Ümumi ölənlərin sayı 616 nəfərdir. Ümumi yoluxanların sayı 42750 nəfər, ümumi sağalanların sayı 39570 nəfərdir.

Read More
Bizim həkim 

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 80 yeni yoluxma – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 80 yeni yoluxma faktı qeydə alınıb, 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5542, ötən müddət ərzində isə ümumilikdə 1 121290 test aparılıb.  

Read More
Bizim həkim 

Böyük Britaniya 90 milyon doza həcmində COVID-19 peyvəndi sifariş etdi

Böyük Britaniya hökuməti ABŞ-ın “Johnson & Johnson” və “Novavax” şirkətləri ilə müqavilə imzalayıb. ABŞ şirkətləri Böyük Britaniyaya 90 milyon doza həcmində COVID-19 peyvəndi ixrac edəcək. “Sky News” xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin vaksin üzrə işçi qrupunun rəhbəri Keyt Bingem məlumat verib. Bundan əvvəl isə Böyük Britaniya Fransanın əczaçılıq korporasiyası “Sanofi” və İngiltərənin “GlaxoSmithKline” şirkətindən 60 milyon doza həcmində koronavirus peyvəndi sifariş edib.

Read More
Bizim həkim 

Bakıda həkim əməliyyat zamanı ölüb

Bakıda həkim əməliyyat zamanı dünyasını dəyişib. “Report”un xəbərinə görə, hadisə ötən gecə paytaxt xəstəxanalarının birində qeydə alınıb. Belə ki, Ağstafa rayonunun Poylu kənd sakini, rayon poliklinikasının diş həkimi Mehdixan Xəkiyev ötən gün əməliyyat olunduğu xəstəxanada ölüb. Məlumata görə, stomatoloq bir müddət qaraciyər çatışmazlığından əziyyət çəkirmiş. Qeyd edək ki, M.Xəkiyev uzun müddətdir Ağstafa rayon poliklinikasında diş həkimi işləyirdi.

Read More
Bizim həkim 

Koronaviruslu xəstələri müalicə edən həkimlər VİDEO

2020-ci il ən çox koronavirus, pandemiya kəlmələri ilə yanaşı, həm də həkimlərlə yaddaşımıza yazılır. Baku.Tv xəbər verir ki, bəlkə də, yaranan vəziyyət ağ xalatlıları sevməyənlər üçün bir fürsət oldu. Çoxunun qəhrəmanına çevrilən bu şəxslər bu gün “Azərbaycanda itkilər azdı” deməyimizin səbəbkarlarıdır. Leyla Əliyeva da görünməyən qəhrəmanlardandır. Pandemiyanın ən pik həddinin yaşandığı zaman Azərbaycanın qərb bölgəsinə ezam olunmuş həkim deyir ki, Goranboy rayonuna yola düşəndə çox həyəcanlı olub, nə ilə qarşılaşacağını bilməyib. Yoluxanların sayı isə isə durmadan artırdı: “Biz gedəndə ən çox xəstə sayı Goranboy rayonunda idi. Ora gedəndə 130-a yaxın xəstə var…

Read More
Bizim həkim 

Avaskulyar nekroz: oynaq başının çürüməsi nədir? – Əsgəri əlillikdən xilas edən həkim danışdı

Avaskulyar nekroz bəlkə də bir xəstənin dünyada eşidə biləcəyi ən ağır, ümidsiz diaqnozlardan biridir. Əvvəllər yaşlı və xəstə insanlarda çox rast gəlinirdi, indi isə xəstəlik 25-30 yaşlı, daha çox kişiləri qəfil yaxalayır. Əslində, oynaq başının nekrozu birdən başlamır, illərlə davam edir, gizli gedir. ARANTV.AZ medicina.az-a istinadən Azərbaycanda ilk Ağrı Mərkəzlərindən birinin rəhbəri, ağrı və kök hüceyrə mütəxəssisi, anestezioloq həkim Vüsal Eyvazovun oynaq başının çürüməsi olan xəstələrə maraqlı müalicə metodu barədə müsahibəsini təqdim edir. Qeyd edək ki, həkim bu yaxında əsgərlikdə olan 19 yaşlı hərbçimizdə bu diaqnozu aşkarlayıb və müalicə edib.…

Read More
Bizim həkim 

“Koronavirusa yoluxanlar xəstəxanaya infarktla da gətirilə bilər” – Almaniyada yaşayan azərbaycanlı həkim

“COVID-19 pandemiyası ilə mübarizənin növbəti mərhələyə keçdiyi indiki zamanda virus haqqında elmi məlumatlar da yenilənir. Belə ki, pandemiyanın başlanğıcında ağır xəstələrdə kliniki gedişatın belə olmasının səbəbi kimi təkcə ağciyərin pnevmoniyası göstərilirdisə, zaman-zaman kliniki mənzərəni çətinləşdirən digər faktorlar da öyrənilməyə başlanılıb”. ARANTV.AZ medicina.az-a istinadən bildirir ki, bu barədə APA-ya açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib. Həmin faktorların biri barədə danışan N.Abdullayev bildirib ki, ürək əzələsinin ilkin olaraq virus nəticəsində iltihabı prosesə cəlb olunması barədə mətbuat və televiziya vasitəsi ilə kifayət qədər tövsiyələri…

Read More
Bizim həkim 

Respublika Klinik Xəstəxanasında xəstə qəbulu dayandırılıb – RƏSMİ AÇIQLAMA+YENİLƏNİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva “Qafqazinfo” ilə əlaqə saxlayaraq,  Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni xəstə qəbulunun dayandırıldığını bildirib. “Xəstəxanada yeni qəbul qaydaları müəyyənləşdirilir. Bu səbəbdən tibb müəssisəsi bir həftə yeni xəstə qəbul etməyəcək. Eyni zamanda, həmin müddətdə orada profilaktika məqsədi ilə dezinfeksiya işləri aparılacaq. Xəstəxanada olan pasiyentlərin müalicəsi əvvəlki qaydada davam etdiriləcək”, – R.Əliyeva deyib. 11:52  “Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb işçiləri arasında koronavirusa yoluxma halının baş verməsi və xəstəxanın fəaliyyətini dayandırması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir”. Bunu Modern.az-ın sorğusuna cavab…

Read More